“EY MÜQƏDDƏS RUHUM, OYAN, OYAN, OLSUN SƏNƏ ƏYAN …”!!!

RÜSTƏM BEHRUDİ-61

O, ALLAH ŞAİRİ, HAQQ ŞAİRİDİ!

O, MİLLƏT ŞAİRİ, XALQ ŞAİRİDİ!

O, SEVGİ ŞAİRİ, EŞQ ŞAİRİDİ!

BUYURSUN MƏCLİSƏ,

RÜSTƏM BEHRUDİ!!!

——————————————————————————

“AZADLIQ HAQQINDA BİR MAHNI ÖLDÜRÜR MƏNİ…”!!!

rüstəm-5Rüstəm BEHRUDİ

YAZIQ DİBÇƏKLƏRDƏ YANIB, KÜLƏ DÖNƏN ÇİÇƏK AZADLIĞIMIZ, 

YAZIQ MƏNƏ,  KOR OLURAM TÜSTÜNƏ…  

 

“AZADLIQ SUSAN MEYDANDI BİR DƏ,

KÖZ KİMİ BAĞRINA BASIB BAKI.

BİR DƏ YATAN QİYAMDI,

QİYAMDI RUHUMDAKI.” !!!

Azadlıq bu şirin sözdə nələr var,rüstəm behrudi-21-21

Azadlıq yoxdursa, viranələr var.

I

Bütün pərdəsiz pəncərələr

Qəm pəncərəsidir, qəm …

…Istanbulda Kadıköydə

Çamlıca xəstəxanasınınrüstəm behrudi-12

pərdəsiz pəncərələrindən

Həyətdə qar altında çiçəkləyən

Gilənar ağacına baxa-baxa

Sən və Azadlıq haqqında

düşünürəm…

Və elə bu an;

xatırlayıram –RÜSTƏM-6

Sən azad olasan deyə

Nə cür əl çəkdim azadlığımdan.

II

Azadlıq!

Ah, mənim azadlığım!

– Qarımış bacı, yenilmiş qardaş,

Gəlməyəcəyini bilə-bilə

Oğul yolu gözləyən ana…ana-oğul

Tanrım! Ölüm yatağında

Ölüm də çox asan görünür

azadlığı olmayana.

III

Azadlıq Bakıda

Gecələr sağ-solu

Fahişələrlə dolu

Gedib dənizə dirənənazad qadın

Ən uzun bir küçənin adıdır…

Bakıda Azadlıq sadəcə

bir küçənin adıdır.

Azadlıq!

Bu şirin söz dilimdə

zəhər dadır;

Azadlıq Bakıda

Gecələr sağ-solu

Fahişələrlə dolu

Gedib dənizə dirənənazadliq_prospekt

Ən uzun bir küçənin adıdır…

Bakıda Azadlıq sadəcə

bir küçənin adıdır.

“Azadlıq” susan meydandı bir də

Nə zamandı köz kimi

bağrına basıb Bakı;azadlıq meydanı

Bu meydan indi addı

Bir də yatan qiyamdı,

qiyamdı ruhumdakı.

Bu məmləkətdə şairlər lal-kar,

Əvəzində Bakının küləkləri dəlidi,azadlıq meydanı-001

Əvəzində Bakının çiçəkləri dəlidi…

Azadlıq – Bakıda soyunan bir qadın heykəlidi…

IV

…Azadlıq Sinqapurdaorxideya

orxideya çiçəyidi;

Bu məmləkətdə dibçəkdə doğulub

Dibçəkdə yaşayıb, dibçəkdə ölər.

Yazıq dibçəklərdə yanıb, külə dönən

çiçək azadlığımız,sayqon-001

Yazıq mənə, kor oluram tüstünə…

…Azadlıq Sayqonda

Düşmən qərargahına uzanan

250 km-lik yeraltı tuneldi

Təkbaşına döyüşçü Kuçili qızlarsayqon

Gəlin gedən kimi gedər,

gedər düşmən üstünə.

V

Qərbdə Azadlıq!amsterdamda azannotr-dam-de-pari-2

– Amsterdamda azan səsidi,

Parisdə pəncərəsi pərdəsiz

Notrdam kilsəsidi…

Vatikanda mavi keşişlərin

duaları, andı,

Londonda şəhərə çökən dumandı,vaticandumanli albion

dumandı azadlıq.

VI

Şərqdə Azadlıq –

Azadlıq anı

Lüt-üryan hacıların

Məkkədə şeytana atdığı daş;MƏKKƏDƏ ŞEYTANA DAŞ

Qərbdə Azadlıq –

Kələkbaz Leonardo Da Vinçinin

Isanın Torino kəfənidi,

Sirri açılır yavaş-yavaş.İSANIN TORİNO KƏFƏNİ

Şərqdə Azadlıq –

Çində Çin səddidi,

Qüdsdə ağlayan divarlar.

Kəbənin hər il təzələnən örtüyüdü

Və bir də ilbəil dəyişən zəvvarlar.

VIIcin.seddi

“Azadlıq”

Amerikanın qulağının dibində

Kuba adlı bir ada;

Xalqı Azadlıq haqqında

Çe Gevara adlı mahnı oxuyurKƏBƏ

Acqarına səhərdən axşamacan

Havanada, Varedorada.

Azadlıq adası – Kuba…

Kuba azadlığın köksündə bir yara.Che-Guevar

“Azadlıq” adasında

Azadlıq haqqında bir mahnı

Öldürür məni,kuba havana

Mahnımın adı – Çe Gevara.

VIII

Kim nə deyir desin,

Azadlıq qılıncların

oxuduğu nəğmədi;rüstəm-4

Çünki,

Azadlıq qan tökməkdi,

Fərqi yoxdu

Başqasının olsun, ya özününkü…

IXŞUŞANIN DAĞLARI

Hər il

“Azadlıq” meydanından

zəvvarlar gedir.

Allahın evinəRÜSTƏM-6

sevinə-sevinə.

Bu nə yoldu Tanrım?!

Bu nə yoldu imanlı

Imansızla bir gedir.

Şuşadan keçməyən yol

Kəbəyə nə cür gedir?!

Тanrım, nə cür gedir?!

KÜLƏKLİ BAKIX

Bu nə cür şəhərdi, Tanrım?!

Şairləri yox,

küləkləri dəlidi

Sevənləri yox,KÜLƏKLİ BAKI-001

çiçəkləri dəlidi.

“Azadlıq”!,

Azadlıq Bakıda soyunan bir qadın heykəlidi.

 

1 şərh

  1. ÇOX YAXŞIDIR!!! İKİ YERDE ARABIN TÜRK DİLİNİN GURULUŞUNU, ANLAMINI POZAN VE BAĞLAYICISI İLE CÜMLE BAŞLAMAGDAN BAŞGA. BEYLER, BEYİMLER!!! TÜRK DİLİNDE VE BAĞLAYICISI İLE CÜMLÜ BAŞLANMIR, BAŞLANMAZ!!! YANILMIRAMSA, GABAGLAR DA OXUMUŞDUM. UĞURLAR!!!

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*