“EY ÜSTÜNDƏKİ NAMUS LƏKƏSİNİ BƏRBƏZƏK KİMİ GƏZDİRƏN ZAVALLI MİLLƏTİM …

rüstəm-5Rüstəm BEHRUDİ

… BU SONDU” !!!

Ermeniler Qarabağı heç vaxt Azerbaycana qaytarmayacaqlarını bir daha beyan etdiler.

Bes sen ne düşünürsen, meğlub olub, tehqir olunan xalqım?!
Esgeri, girdiyi torpaqdan esger çıxara biler ancaq!

Bakıdan Şuşaya ölen yolumuz, silah qaldırmağa erinen qolumuz, bize güvenen sağımız-solumuz yazıq!

Ey üstündeki namus lekesini berbezek kimi gezdiren zavallı milletim, bu sondu, zamanı geldi:

Gedek, ölek, ya öldürek,
Birdefelik bitsin bu iş!

Bu gün Azerbaycan her zamankından daha çox, ortada qalmış ana tabutudu – yeddi oğul böyüdüb ortada qalan ana tabutu!


P.S.

Çilik-çilik olmuş aynada görünən əksimiz kimidi bu məmləkətin halı. Toz basmış aynaların tozuna sığınıb, öz əksini görmək istəməyən adamların halına yazıq!

rüstəm-4Rüstəm BEHRUDİ

AZƏRBAYCAN ORTADA QALMIŞ ANA TABUTUDU!!!

BU MƏMLƏKƏTDƏ HEÇ KİM NAMUS VƏ LƏYAQƏTİNİ QORUMAQ ÜÇÜN VURUŞUB ÖLMƏK İSTƏMİR!!!

 

…Dünyada danışmaq lazım olduğu anda susmaqdan böyük dərd yoxdu. “Dar ağacına salam verməyimdən”, “Ölümə xoş gəldin” deməyimdən uzun illər keçdi. Nə dar ağacına getdim, nə ölümə.İçimdəki “Böyük insan” olmaq istəyindən doğan hüzn və kədəri, ruhumdakı əbədiyyət qorxusunu“olmaq elə olmamaqdır” fəlsəfəsinin dumanı ilə ovutmaq istədim. “Göyü sevib yerin Adamı olmaq”dan qorxdum. “Haqq adından danışıb canından keçmək, mələklərin qanadından süzülən  qanın yiyəsi olmaqdı” düşündüm. “Dünəndən sonra bu gün, bu gündən sonra sabah gəlir” düşüncəsi yaddımənə. Bizim sabahımız bu gün, bu günümüz dünən olub həmişə. Şairi (Nəsimi, Füzuli, Cavid) qədər böyük, arxasında 1 milyon qaçqını dayanan, şəhidlərindən  üzr istədiyim, əsgəri qədər kiçik və qorxaq məmləkətimizin taleyi dünyanın taleyidi elə. Biz dünəndən bu günə, bu gündən sabaha yox, təəssüf ki, sabahdan bu günə, bu gündən dünənə gedən bəşər övladıyıq.

Vüsallardan ayrılığı, yaxınlardan uzaqları gözəl, dilənçisi ilə hökmdarının, şairi ilə döyüşçüsünün, çadırı ilə sarayının, alimi ilə nadanının fərqlənmədiyi bir məmləkətdə kiməsə söz demək, ürəyini açımaq zor bir işdi, dostlar!

Baş daşının çiçəkdən, iblisin mələkdən gözəl göründüyü, mələklərin Tanrıdan daha çox sevildiyi gün gəldi, zalım dostlar! Dostlar, çiçəklərin ləçəklərindən, ağacların yarpaqlarından əvvəl öldüyü gündü Azərbaycanda! Alimlə şairin günüdü bu gün hər kəsdən daha çox.

Şərəf və ləyaqəti təhqir olunan əsgər susubsa, alimin sözbəsöz səpdiyi iman, yurd sevgisinin nə vaxtsa mənim əkdiyim dar ağacına tuş olmayacağına kim zəmanət verə bilər?

Ovunmaz,  tükənməz bir dərd içində:

Danışsam, söhbətim, sözüm bu ellər,

 Duman içindədi bizim bu ellər.

Oturub ağlasam dəli deyəllər,

Oturub kədərli bir yazı yazım; – dedim.

 rüstəm behrudi-21-21

I  yazı

UCALIĞINDAN ENDİRİLMİŞ  MİLLƏT!

Bu  xalq qanı suyla  yudu,
Yudu,  ancaq sonu  budu…
Gəl  qan  ilə qanı  yu  di;
Daha  bəsdi  çökdüyümüz.

 

Millət kimi təhqir olunmağımız, ucalıqdan endirilməyimiz və buna sevinməyə məcbur edilməyimiz sözlə ifadə olunası dərd deyil, dostlar!

Ləyaqət və namusu təhqir olunan, ana-bacısı, qız-gəlini düşmən əlində girov qalan, 1 milyon qaçqından 100 minlik ordu çıxarıb, üstündəki namus ləkəsini yuya bilməyən millət, millət deyil! Bir istiqlal, Vətən savaşı, verməyin zamanı gəlmədimi? Əsgəri girdiyi torpaqdan əsgər çıxarar” fikri təmiz ana dilində, türkcə deyilməyibmi? Biz hər dəfə danışığa barmağımızı şəhidlərin qanına batıraraq imza atmadıqmı? İmza atmaq üçün barmağımızı batırdığırnız Qan öz qanımız deyil, ruhunu təhqir elədiyimiz şəhidlərin qanıdı!

Bu qanın bahasına sülh sazişi imzalamağa (özü də məğlub tərəf kimi) heç kimin haqqı yoxdu!

Günlərin bir günü sülh yolu ilə torpaqlarımız qaytarılsa belə, (dünya tarixində belə bir şey olmayıb) üstümüzdəki bu namus ləkəsini, lap Allah belə gəlsə, yuya bilməyəcək.

Bütün barışıqların sonu savaş, bütün savaşların sonu sülhdü. Bizə savaşdan sonrakı sülh gərəkdi, barışıqdan sonrakı sülh yox!

Bu millətin qulaqları kar, gözləri kordu elə bil. Çadırda doğulanın vətəni çadır, dilənçinin vətəni küçələrdi. Bu millətin yarısı çadırda, yarısı küçələrdədi. Vətənimiz yoxdu bizim, yoxdu!

Ona görə yoxdu ki, böyük Mirzə Cəlil deyirdi: “Vətən ibarətdir vətəndaşlardan”.

Zalım dostlar!

Danışsam, söhbotim, sözüm bu ellər,
 Duman içindədi bizim bu ellər.
Oturub ağlasam, dəli deyəllər,
Oturum kədərli bir yazı yazım.

 rüstəm behrudi-12

II  yazı

MƏNİM  HARAM MÜSƏLMANDI?

“Bu günkü Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır”, – deyirdi Mirzə Cəlil. Vətən savaşı din savaşından ucada olub həmişə. “Vətəni sevmək imandadır” deyilib. İmanımız yoxdu bizim. Bir vaxt pıçıltımız yetirdi Tanrıya. İndi Allahın qulaqları kardı dualarımıza. Çünki “Vətəni sevmak imandadır“, imanımız yoxdu, bizim Din adamlarımız cihada çağırmaq əvəzinə, partiya qurub hakimiyyət savaşına qoşulubsa, onda, zalım dost:

Qapımı  döy, qapımı vur,
Çatmaz mənə  çalınan sur.
 Çünki  mənim  ruhum duymur,
Tövbə,  dua,  namaz daha.
 
Döndüm yalqız bir ağaca,
Çarə yoxdu olacağa.
Mən ölmüşəm, qalx ayağa,
 Məzarımı  dur qaz daha.
 
Məndən  məni  uma-uma,
Gəlib girdin tabutuma,
Düzlüyümdən yalanıma,
No yoldu  ki?  –  Lap az daha
 
Qıldıq  yerə düşən andı,
 Dur,  adıma bir şam yandır.
Mənim  haram  müsqlmandır,
Mənə çarə olmaz daha.

Zahm dost!

“Vətəni sevmək imandandır”. İmanımız yoxdu bizim. İman gətirmək bir şeyi qəlbinlə təsdiqləmək deməkdi. Məmələkətimiz düşmən əlində. Şuşa, Ağdam, Füzuli… İman gətirməyə yerim varmı, zalım dost?!

 Rüstən-2

III yazı

BALACA DAR AĞACLARI  ƏKİLİR!

Dostlar! Böyük olan, düşmən olsa belə, yenə böyükdür. Böyük Pyotr hakimiyyətə gələn zaman belə bir fərman vermişdi: kim kəndir almağa kifayət edəcək qədər rüşvət alıbsa, həmin kəndirlə dar äğacından asılmalıdır. Fərman sonradan imzalanmasa da, Pyotrun vaxtında rüşvətin sonu dar ağacı idi. Azərbaycanda kəndir bol, dar ağacı yox. Nazirlər, İcra hakimləri, haqq-ədalət qoruyucuları, bir sözlə, əlində möhür olan, sözü keçən hər kəsin kəndirin bolluğundan da xəbəri var, dar ağacının yoxluğundan da. Dar ağacı yoxdursa, kəndir qorxulu deyil. Ancaq, zalım dostlar, xöbəriniz olsun! Çadırlarda doğulan balaca uşaqlar, elə çadırların önündəcə, çadırlarda can verənlərin qanı ilə suvarılmış balaca dar ağacları əkirlər. Şuşadan doğan qara Günəşin işığında böyüyür o dar ağacları, zalım dostlar!

 

IV vazı

SAVABIMIZ GÜNAHDI   BİZİM!

Hər gün sözə çevrilib ölür, günah kimi dirilirəm, zalım dostlar. Yarpaqlarından əvvəl ölən ağaca bənzəyir bu məmləkət! Bu məmləkət bütlərlə dolu bir Allah evidi! Allahdan daha çox onun mələklərinə dua qılınır burada. Qanadlarından qan süzülən mələklər yazır günah və savabımızı. Bu Allah evində günahımız savab, savabımız günahdı bizim.

Zalım dostlar! Bu gün bu məmləkətdə:

 

Kim danışsa haqq adından,
 Demək indi çıxıb qandan.
Mələklərin  qanadından,
Süzülən qandı,  görünmür.

 

Görünmür, qardaş, görünmür.

Çünki:

Haqq özü bir yoldu, 
Bir oyun
Kim desə haqqa qol qoyun,
Orda İblislə qol-boyun
Bədəndə candı, görünmür.

Ancaq görünməlidi, mütləq bir gün görünməlidi, zalım dost!

 RÜSTƏM-6

V yazı

AZƏRBAYCAN   KƏRBƏLA MEYDANl DEYİL

Bu gün Bakı Kufə şəhəridi, ancaq Azərbaycan Kərbəla meydanı deyil. Çünki heç kim namus və ləyaqətini qorumaq üçün vuruşub ölmək istəmir.  

Çünki axıtmalı qanlarımız axmır, ehsan etməli mallarımız bu torpaqdan çox-çox uzaqlardadı. Çünki Kərbəla meydanının Imam Hüseyni vardı, Hüseynimiz yoxdu bizim!

Səsimizə səs verən yoxdu bu məmləkətdə,

Gedək ölək, ya öldürək,
Birdəfəlik bitsin bu iş!

 rüstəm-5

VI  yazı

MƏN  SİZİ  DEYİRƏM,  SİZİ EHEYY…SİZ…

Sən – cənab prezident, sən – Sabir Rüstəmxanlı, sən – İsa Qəmbər, sən – Sərdar Cəlaloğlu, sən – Əli Kərimov, sən – Etibar Məmmədov və Siz – adını çəkib-çəkmədiyim adamlar! Araz Fərat çayı, Azərbaycan Kərabəla meydanı deyil, çünki İmam Hüseyn olmağa gücünüz yox. Əgər Azərbaycan Kərbəla meydanı deyilsə, demək heç olmazsa, onda bir ana tabutudu. Ana tabutuna girməyə bütün oğulların eyni dərəcədə haqqı var. Bir ana tabutu ortada qalıb. Bəs siz haradasınız, sevdiyim adamlar, haradasınız?

Bu gün bir ana tabutu ortada. Miras savaşı bitməzmi?

Zalım dostlar!  Sizə bir sualım var:

“Olmaq, yoxsa olmamaq gözəldi?”  Şairlər, alimlər üçün olmaq elə olmamaqdı.   Adlarını   çəkdiklərim şair deyillər axı, zalım dostlar.

VII   yazı

ÖLÜM  XOŞ GƏLDİN,  XOŞ GƏLDİN!

Şuşada, Ağdamda, Kəlbəcərdə təmiz, müqəddəs adamlarını, atam, anam, bacım, qardaşım kimi sevdiyim Cəbrayılda düşmən çəkmələrinin təpikləri altında təhqir olunan müqəddəs şəhidlərin ruhlarının pıçıltısı var qulaqlarımda:

Alçaq  da sən,  uca da sən,
Cavan da son, qoca da sən.
Sən hər şeydən ucadasan,
Ölüm  xoş gəldin,  xoş gəldin.

 

Ölümə xoş gəldin demənin zamanı gəlmədimi, zalım dostlar!?

 RÜSTƏM-7

VIII   yazı

“ƏLEYKÜM SALAM” DEYƏN  BİR KİŞİ  YOXMU  BU MƏMLƏKƏTDƏ?

Çilik-çilik olmuş aynada görünən əksimiz kimidi bu məmləkətin halı. Toz basmış aynaların tozuna sığınıb, öz əksini görmək istəməyən adamların halına yazıq!

Əsgərinə Ölməyi əmr eləyən (qalib gəlməyi yox) bir sərkərdə yoxmu bu məmləkətdə?!

Uzanan atəşkəs daha böyük atəşlərə düşməyimizdi bizim!

Eli yağmalanan, bölünən, bölən,
Çayları quruyan, gölləri ölən;
Haqq-hesab çokmoyə gələn mənəm, mən,
Salam dar ağacı!

Əleyküm salam”   deyən bir kişi yoxmu bu məmləkətdə?

 rüstəm-12

IX yazı

DUA

Əleyküm salam” deyən bir kimsə yoxsa bu məmləkətdə, Tanrıya bu   millət  adına  dua  oxumaqdan başqa əlacım yoxdu mənim:

Şaman  kimi  sözlərdən
Mən tale toxuyuram,
Ürəyimdə sək-səkə,
Ruhumda bir zəlzələ.
Hər gecə göy üzünə
mən dua oxuyuram;

–  İlahi,  bu  milləti yox olmaqdan  hifz elə.

 

P.S.

Bütün hallarda insanın fərqlənmək istəyi İblis istəyidi. Allahın dərgahında İblis də mələklərdən biriydi. Onun fərqlənmək istəyi onu mələklikdən çıxarıb İblis elədi.

P.P.S.

 

rüstəm-4Rüstəm BEHRUDİ

ƏLAMƏT

Yer üzündə hər şey, başqa bir şeyin əlamətidi. Çiçəklər ilk baharın, xəzəllər payızın əlamətidi. Ruhumuzu soyan fədakarlıq sonda  zəifliyin əlamətidi. Güclü adam fədakarlıq eyləyə bilməz.

Yer üzündə hər şey başqa bir şeyin əlamətidi. Olanlar olanın, olmayanlar olmayanların əlamətidi. Bütün zamanlarda müxalifət zəifliyin, iqtidar  zorun və gücün əlamətidi. Əlamət onların ifadə vasitəsidi. Yer üzündəki otlar, çiçəklər, ağaclar, çaylar, dənizlər, dağlar və adamlar Tanrının əlamətidi. Tanrını göstər deyən adamlar,  görməyə gözünüz varmı?

Əsa  Musanın, çarmıx İsanın, Quran Məhəmmədin əlamətidi.

Tövrat Musanın, İncil İsanın, Quran Məhəmmədin tənhalığıdı. Tənhalıq allahın,  Allah tənhalığın əlamətidi.

Günah savabın, savab günahın əlamətidi. Şuşada  minarəsi uçmuş sahibsiz Allah evi dindarın, dindar sahibsiz Allah evinin əlamətidi. Allah evi sahibsiz qalanda cihad  yoxdusa, Allah da yoxdu.

Pəncərə hücrənin, hücrə pəncərənin əlamətidi. Hücrədən imana açılan toz basmış pəncərəni açmanın  zamanı gəldi.

Yer üzündə hər şey başqa bir şeyin əlamətidisə, Qarabağ da məğlubiyyətimizin əlamətidi. Uduzan adamın barışıq istəyi qorxaqlığın, qorxaqlıq yaltaqlığın əlamətidi. Yaltaq kişi fahişə qadından fərqli bir şey deyil.

Qələbə ölmədən öldürə bilməyin əlamətidi. Biz torpaq itirmişik Vətəni yox, döyüşü uduzmuşuq, Müharibəni yox.

Döyüşsüz barışıq gələcək müharibənin əlamətidi. Bizə döyüşdən əvvəlki barışıq yox, döyüşdən sonrakı sülh gərəkdi. Bütün barışıqlar gələcək müharibənin, bütün müharibələr gələcək sülhün əlamətidi.

Yer üzü göy üzünün əlamətidi. Yer üzü görünən göy üzüdü əslində. Bir vaxt yer üzü göy üzündə necə itəcəksə, yer üzünün günahlarını da göy üzü eləcə udacaq.

Bizim günahlarımızı günahdan başqa nə yuya  bilər ki? Döyüş (özü də son döyüş) bizim var olmağımızın əlamətidi. Olmaq istəmirsinizmi, zalım dostlar?

Mənə ölməyi bacaracaq gücü ver, Tanrı!  Para yoxsulluğun, sevda  dəliliyin, ölüm var olmağın əlamətidi. Ölüm yox olmaqdı. Olmayan şey yox ola bilməz ki!

Nəticəsi olmayan siyasət sentimental boşboğazlığın, dumanlı xəritələr yaşanmış iqtidarın əlamətidi.

Əxlaq,  bədənin can atdığı, ruhun əzab çəkdiyi şeylərdən imtina etmək bacarığıdı insanın. İmtina eləmək bacarığı əxlaqın, əxlaq heç kimdən heç nə ummadan yaşaya bilməyin əlamətidi. Əxlaq ləyaqətin əlamətidi. Şərəfin şöhrət hissinə qul olanın ləyaqəti olmur.  Bizdə hamı şərəfini qorumağa çalışır. Ləyaqətini qorumaq heç kimin yadına düşmür.

“Mən gündə yüz dəfə ərə gedə bilərəm” deyən ulduz müğəninin televiziya ekranında Azərbaycan xalqına əxlaq dərsi oxumağı, qiyamətin, qiyamət Allahın gücsüzlüyünün əlamətidi. Allahın gücsüz olduğu ölkədə fahişələrin və şairlərin çoxluğu cəhənnəmin, cəhənnəm Iblisin əlamətidi. Məmələkətdə şairlər fahişələrdən çoxdu indi. Şairlər fahişələrə əl açır. Bu nə əl çağıdı belə? “Maç-maç, quc-quc”la vəŞəklimi çək”lə tamaşaçı qarşısına çıxan müğənni alverin, alver bazarın əlamətidi. Bazar yeri başlanır bu “mahnılardan sonra. Ruhu sözlərində çırpınan bir ölkənin, qanı ürəyindən içinə axan məmləkətin yaralarıdı bu sərsəmləmələr. Bir azdan təzə telekanallardan «mavilər»in üsyanını Qarabağ uğrunda döyüş kimi təqdim etsələr heç təəccüb eləməyin. Biz hara gedirik, zalım dostlar. Əvvəli və sonu olan bir yolun özü yoxdu. Yolun özü yoxdusa, əvvəl də yoxdu, son mənzil də. Sarayında “gədə” saxlayan bir türk hökmdarı tanımıram mən (bu ifadə farslara məxsusdur), Türk olduğumuzu unutduqmu, zalım dostlar.

Son baharda öləcək yarpaq soyuq ay işığında necə yuyunursa, günahlarımızdan eləcə soyunmağımız gərəkdi daha. Ölüm gəlib tapacaq bizi, günahlarımızdan soyunmağa vaxtımız olmayacaq.

An əbədiyyətin, əbədiyyət anın əlamətidi. Vaxt, zaman ölçüsü olmaqdan çıxır daha. Vaxt, vaxt deyil daha. Vaxt olub olmamağın əlamətidi indi.

Bakı! Ruhumun paytaxtı, azadlığımın və əsirliyimin şəhəri. Səndən Şuşaya yol öldü, görmədinmi? Təslim olan Şuşa inildəyə-inildəyə gözəlləşən Bakının əlamətidi.

Vaxtı gələndə hakimiyyətdən getməyən iqtidar zorbalıq mücəssəməsi, vaxtı gələndə hakimiyyətə gələ bilməyən müxalifət pozğun qadın kimidi. Zorba kişi pozğun qadının, pozğun qadın zorba kişinin əlamətidi.

İqtidar bütün hallarda qələbənin, müxalifət məğlubiyyətin əlamətidi.

Yaltaqlıq qorxaqlığın, qorxaqlıq əclaflığın əlamətidi. Yaltaqlıq, qorxaqlıqla əclaflığın arasındakı yolun əlamətidi. 

Yanan cəhənnəmə od vurmaq, dağa daş daşımaq, dənizə su aparmaq dəlilik əlamətidi. Biz cəhənnəmi yandırmağa can atıb, dağa daş daşıyan, dənizə su aparan adamlarıq. Ancaq dəliliyi boynumuza almağa gücümüz çatmır.

Zalım dostlar, əgər siz türksünüzsə, mən türk olmaqdan utanıram.

Utanmaq həya əlamətidi.

Bu gün türk olmaqdan utanıram. Türk ölmaq zor bir işdi. Ölümə xoş gəldin deməyin zamanı var.

 

Bitdim,  yoruldum, Tanrım
Sənnən şeytan arası.
Önümdə durub artıq,
Şeytanın arabası.
 
Getməliyəm onunla,
Qala bilmərəm daha.
 Ya ona yenməliyəm,
Ya da gücsüz Allaha.

 

Gücsüz Allahla, bərbəzəkli arabası ilə göz qamaşdıran İblis arasında seçim eləyə bilməyən adsız bəndələrin günahını kim yuyacaq?

Can verir neçə vaxtdır,
Dibçəkdə bir çiçək tək.
 Ya  bu  gün, ya da  sabah,
Başım yerə düşəcək.

 

Qoy əyilmədən yerə düşən başlar sağ olsun! 

P.S.

İçimdəki  İblisi qovmaqdansa, onu içimdəcə mələyə çevirməkdən gözəl şey yoxdu dünyada”.
«NOTA bene qəzeti
29 uyul – 4 avqust  2008-ci il

4 şərh

  1. Məqaləni oxuduqca, milyonlarla Xalqımızın qəlbində qövr eləyən, milyonların dərdi olan torpaqlarımızın düşmən tapdağında olmasından qəlbi parçalanan ölkəmizin əsil vətəmdaşlarının səsi idi bu yazı!!!!!!!!!!!!! Şəxsən mənim uzun illərdir qəlbimi dələn erməni dığasının mənim vətənimdə dünyada misli olmayan təbiəti, dərdə dərman suları ilə zəngin torpaqlarımızda meydan sulamasına artıq adi hal kimi baxır, səhərdən axşamadək bərbad telekanallarında şadyanalı bərbd şoularla millətin başlarını qatıb, unudqan şərait yaradılıb! Torpaqlar az qala yaddan çıxıb!!!! Qeyrəyimizə bərəkallah deməkdən başqa söz tapmıram! Bu yazının 99 faizi uzun illərdir qəlbimi parçalayan düşündüklərimlə üst-üstə düşür! Hesab eləyirəm, təkcə mənim yox, mənim kimi milyonlarla əsil Vətəninin vətəndaşların fikirləri ilə də üst-üstə düşfüyünü düşünürəm!!!!!!!!!!!!!!! Hər dəfə şadlıq evlərinin, otellərin, konsert zallarının açılışı, şəxsi mülkiyyət sahiblərinin ucaltdığı hündür binalar münasibətilə kəsilən lentlə birlikdə ürəyimin bir parçası da kəsilir, Şəhidlərimizin surəti, anaların fəryadı gəlir göz qabağına!!!!!!! Fikirləşirəm, həqiqətən,
    “Can verir neçə vaxtdır,
    Dibçəkdə bir çiçək tək.
    Ya bu gün, ya da sabah,
    Başım yerə düşəcək. “

  2. deli pyotrun uc vesiyyeti bizim elehimize deyilen vesiyyetlerdi gorbagor deyibki eger biz dunyaya agaliq etmek isteyirikse russyanin paytaxti konistan tinopol olmalidir yeni istanbul iranla turkiyenin arasini daim vurun onlar isti munasibetde olmasinlar sunnu- wie meselesini daim qabardin azerbaycan bize azerbaycanlilarsiz lazimdir ermeni kimdir qarabag iwgal ede bizim curetimiz catmirki deyek qarabagi russiya iwgal edib bawlamiwiq havani sapa duzmekle mewgul olmaga havada sapa duzulen deyil yadinizdadirsa resul quliyev bir defe hirslenmiwdi e ne qarabag qarabag salmisiniz kimdi qarabagla mewgul olan hele biz tdeyirik ki qarabag bize lazim olan vaxti alacagiq xaqim xalqim deyir xalqi yeyenler vallah bu millete yazigim gelir bewi alvercidir mini dilenci budu azadligi gole milletin qocasi ibnedir cavani sarsaq tupurum var yoxuna bele…..

  3. Sovet dövründə yolum düşdü Qarabağa…1984-ci il idi….Stepanakerdən Şuşaya gedən yolun əvvəlində iki dildə yazılmışdı Şuşa sözü…ermənicə və rrusca…kim deyə bilər,O vaxt Azərbaycanda dövlət dili hansıydı…Azərbaycan dili idisə erməni dili orda nə qələt edirdi….Bakıdan gələn heç kimi,hətta yüksək səviyyəli məmurları da stepan əkənin kəndində adam yerinə qqoymurdular…səhv deyirəm,?Ay o vaxtın insanları…katib erməni.polis rəisi erməni,hərbi kommisar eerməni….daha nə bilim nə…və kkimlər..çox şey yazaram…amma nə olsun və kimə llazımdır..a.y millətin yarımçıq öövladları..kef edin,şer yazın musiqi yaxın daha nə bilim nələr…..bir də yaddan çıxmasın,mütləq bölüm nu milləti,şəhərliyə rrayonluya…onda erməni özü qaçacaq…mütləq qaçacaq,bizim qeyrətimizi görüb,qaçacaq…

  4. Əzizim Rüstəm bəy, on illərdir Siz yazan hisslər, duyğular, istəklər, əlçatmaz görünən arzularla qovruluruq. Zaman-zaman dilə gətiririk, elə dildə də qalır. Biz niyə beləyik, biz niyə dil pəhlivanıyıq, niyə bu xalq deyilən toplumun böyüyü-kiçiyi yoxdur. 25 ili tamam olur ən böyük ağrılarımızın, Xocalının, Laçının, Şuşanın, Xankəndinin və s. Qarabağ torpaqlarımızın işğalının. Bəlkə yubiley “keçirək” bu böyük “şücaətimizə”?? Bir adi hesablama aparan varmı: 25 il əvvəl bizim nəslin 26-27 yaşı vardı, o zaman mənim indiki yaşımda – 52 yaşda olan neçə nəfər sağdır? Deməli o zaman orta yaşlı nəslin çoxu dünyasını dəyişib, Vətən, torpaq, yurd nisgili ilə…Qarabağ agrı-acısını öz gözü ilə görmüş, vuruşmuş, mübarizə aparmış indiki orta nəsildəmi bu həyatdan nisgillə, şəhidlərimiz yanına xəcalətlə köçəcək???

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*