EYNULLANI MƏHKƏMƏLƏRDƏ ÜZƏDURANLARA BƏNZƏTDİM

Sərdar-010101Sərdar ƏLİBƏYLİ

ADAM BAŞDAN SONACAN QEYRİ-SƏMİMDİ VƏ YALAN DANIŞIR

%c9%99v%c9%99z-eynulla-001Qərəzli və aqressiv görünmək istəmirəm, amma bir-iki məsələni də deməsəm, özümə qarşı haqsız olacam. Zatən, son zamanlarda mənim bu oğlanla, əslində ikimizə də dəxli olmuyan səbəblərdən, sərt və bir az da aşırı tənqidi polemikalarım yaşanır ki, bu da mənim istəklərim dışında olan məsələdi. Bu dəfə söhbət Eynulla Fətullayevin “Qaynar Qazan”da danışdıqlarından gedir və burda da bəzi müşahidələrim oldu ki, bunlardan bir neçəsini paylaşmağı vacib bildim.
 
Eynulla, əvvəlcədən də yazdığım kimi, başdan sonacan qeyri-səmimiydi, ayrıca da bir xeyli yalanlar danışdı. İkincisi, bir çox suallardan, çox ustaca yayınmaqla, mətləbdən qaça bildi, ki, o bunu eynulla-f-0021gerçəkdən də ustaca bacaran biridi və bu mənada, onun haqqını da vermək gərəkir. Hətta arada bir vəziyyəti qurtarmaq üçün, sezdirmədən, heç dəxli olmuyan mətləblərə belə vara bilir Eynulla. Amma ən əsas məsələ odur ki, bəzi suallara bilərəkdən cavab vermədi və sadəcə, “indi o barədə xatırlamıram” deməklə keçinməyə üstünlük verdi. Açığı, bu məqamlarda Eynullanı, bizim, elə bir zamanlar onun özünün də, məhkəmələrdə üzümüzə duran işverənlərə bənzətdim. Eyni zaman kəsiyində baş vermiş olayların ən xırda detallarını belə anbaan əzbərə xatırlayan birinin, elə həmin olayın çox önəmli, bəzən də birbaşa özünə bağlı bölümlərini unutması, xatırlamaması, hardasa mümkünsüzdür və xeyli sayda əlavə cavabsız qalan suallar doğurur.
 
%c9%99v%c9%99z-eynullaBu mənada, özüm üçün bir çox məsələləri ayırd eliyə bildim. Bəzi məqamlara görə isə üzüldüm. Hər halda, mən Eynullanı daha hazırlıqlı bilirdim və nə olursa olsun, onu məhkəmədə çarpaz suallardan şaşırmış və nə deyəcəyini qarışdıran üzəduranların durumunda görmək istəməzdim…
Təəssüf, çox təəssüf ki, indi Gündəlik Azərbaycan haqqında təsəvvürlərin özü o qədər dolaşıqdır ki, Raelanı Azərbaycanın durumunu anlamaq çox çətindi. Eynulla da bu gündəliyin labirintlərində reallıqlardan çox uzaq düşüb, o qədər.



P.S.

“Qaynar Qazan”da Eynulla Fətullayev (III sonuncu hissə)-dən bir parça. 

%c9%99li-k%c9%99rimli-eynulla-f%c9%99tullayev– Sərdar Əlibəyli soruşur: ““Реальный Азербайджан” və “Gündəlik Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru kimi “Xural” qəzetinə müsahibəsində Eynulla Fətullayev “Əli Kərimliyə, haqqımda yazılan ittiham və təhqirlərdən dolayı nəzarətində olan bütün qəzetlərdə üzr istənilməli olduğunu telefonla xəbərdarlıq etdim” deyə bunları söyləmişdi: “Səhəri gün hamısı məndən üzr istədilər. Əks təqdirdə, mən Əliyə nə edəcəyimi söyləmişdim. Təbii ki, Əlinin üzr istəməkdən savayı yolu yox idi. Çünki o da yaxşı bilirdi ki, mənim də əlimdə bu gün Azərbaycanın ən yüksək tirajlı iki qəzeti var. Mən də bildiklərimi yazsaydım…” Aradan çox uzun zaman keçib. Söhbət Elmar Hüseynovun qətlindən sonra baş verənlərdən gedir. Eynulla Əli Kərimli haqqında nələri bilirdi ki, ona görə AXCP sədrinin üzr istəməkdən savayı yolu olmayaydı. Heç olmasa, indi o bildiklərini açıqlaya bilərmi?”

– Açığı, bu, heç mənim xatirimdə deyil.

– Mənim də yadımda deyil.

– Amma bir şeyi deyə bilərəm. Vaxtında siyasi səhnədən getmək lazımdır. Azərbaycanın siyasi xadimlərinə…

Əli Kərimli siyasətdən gedib artıq

Əli Kərimli Razi Nurullayev-1img_0370

– Yəni siz Əli Kərimliyə deyirsiniz ki, “siyasi səhnədən get?”

– O gedib artıq.

(parçanın sonu)


Zəruri qeyd: Müsahibədən bu parçanı ona görə təqdim eləmədim ki, sualın müəllifi özüməm, əsla. Ona görə bu bölümü oxucuların diqqətinə və ictimai rəyin mühakiməsinə təqdim eləməyi vacib bildim ki, burda, yuxarıda barəsində danışdığım komponentlərin hamısı var;
1. Adam tamamilə qeyri səmimidir,
2. Yalan danışır,
3. Sualın mahiyyətindən yayınıb, söhbəti dəxli olmayan müstəviyə keçirir
4. Məhkəmədə üzəduranlar kimi, sərf eləməyən cavabı verməmək üçün, “xatırlamıram” deyir.
Bir daha qeyd eliyim ki, bunlar mənim müşahidələrimin nəticəsidi və dediklərimin doğruluğunu istənilən məkanda üzbəüz söhbətdə sübut edə bilərəm.  

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir