GERÇƏK YOL …

aydin-s

Aydın ŞÜKÜR

… ELMLƏ, İNAMLA VƏ İMANLA GEDİLƏN HAQQIN YOLUDUR

ziya-gokalpataturk

Siyasət və bu sənəti özlərinə peşə edənlər, əsasən üç yerə bölünər:

1.  Siyasətşünaslar.
2.  Siyasətçilər.
3.  Siyasətbazlar.

və bu bölünənlər açıq və şəffaf görsənərsə, siyasətdə əxlaq öz yerini tapar, xalq parakəndə yaşayış tərzindən qurtular və cəmiyyətləşmə imkanı qazanar, hüquqsuzluq aradan qalxar və azadlıqlar bərqərar olar, dövlət qüdrətlənər.. 

1. Siyasətşünaslar, xalqların say seçmə insanları olar. Məsələn tanıdıqlarımızdan, Əli Bəy Hüseynzadə, Ziya Gökalp, Əhməd Ağaoğlu. Bu insanlar xalqın dərdini dərk edər, çözər, anlayar, onu elm halına gətirib qaynaq yaradarlar və bu qaynaqdan, siyasətçilər, həyata tətbiq etmək üçün yararlanarlar. 

əli bəy hüseynzadəziya-gokalp-001ƏHMƏD BƏY AĞAOĞLU

2.  Siyasətçilər, xalqların içərisində az sayda olar. Məsələn, Mustafa Kamal Ata Türk, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçi Bəy. Onlar, siyasətşünasların yaratdığı ideoloji qaynaqdan yararlanmaqla, xalqın oyanışında iştirak edər, talelərini xalqın taleyinə bağlayar, xalqın aparıcı simasına çevrilərlər və xalqa təmannasız xidmət yolunu tutarlar.

mustafa-kemal-ataturkm%c9%99h%c9%99mm%c9%99d-%c9%99minelcib%c9%99y

3.  Siyasətbazlar, hər kəsin ola biləcəyi bir çoxluq təşkil edər. Bura, təsir altına düşənlər, təhdid olunub bu işə qoşulanlar, “həvəskarlar”, dolanışıq yolunu “siyasət”də tapanlar aiddir. Siyasətbazlar, siyasətşünasların ideoloji qaynaqlarını dərk etmədən, mahiyyətini anlamadan əzbərləyib “natiqlik” qabliyyətlərini ortaya qoymaqla, xalqın sevimlisi olan siyasətçiləri özlərinə “lider” elan edərək, xalqı aldatmaqla, boşboğazlıq etməklə xalqı əsas hədəfdən yayındırmaqla məşğul olarlar. Onlar üçün müqəddəs heç bir anlayış olmaz və bunların himayədarları ölkənin xaricindən olar.

ataturk-ve-vatana-ihanet-001–  Bir də var, fikir adamları. Fikir adamları daha çox siyasətşünasları anlayıb, siyasətçiləri qəbul edir və siyasətbazlara qoşulmurlar. Syasətşünasların ideoloji qaynağından yararlanıb, siyasətçilərin yolunu qəbul edib, onların adı altında heç bir bazarlıq etmədən, xalqın sağlam təfəkkürlə cəmiyyətləşməsinə yardımçı olmaqla, təmannasız çaba göstərərlər.

Gerçək YOL, elmlə, inamla və imanla gedilən Haqqın YOLudur…

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir