GERÇƏYİN ÖZÜ VƏ YA SEÇKİ NİYƏ NÖVBƏDƏNKƏNAR OLDU???!!!

BAP SƏDRİ   BU HAQDA RUBLİK AÇIQLAMA VERƏN İLK SİYASİ XADİM OLDU !!!

Elşad MUSAYEV:

“… Əsas səbəb 1-ci vitse-prezidentin timsalında Paşayevlərin rəsmi olaraq prezident kürsüsünə yiyələnməsinin qarşısını almaq olub.”

” … amma 7 il dözə biləcəkmi? Bunu  zaman göstərəcək…

 

————————————————————————————————————

Fb-NİN GÜNDƏMİNDƏN 

Növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas səbəbi 1-ci vitse-prezidentin timsalında Paşayevlərin rəsmi olaraq prezident kürsüsünə yiyələnməsinin qarşısını almaq olub. Bununla həm daxili, həm də maraqlı xarici qüvvələr oyundankənar vəziyyətə salınıb. İndiyədək söylənilən diğər söyləntilər əsas səbəb deyil. Ölkədəki ağır iqtisadi-sosial vəziyyətə, böyük xalq narazılığına baxmayaraq, etiraf edək ki, müxalifətin oyundankənar vəziyyətə salınması da əsas səbəb deyil. Çünki, hərtərəfli zəiflədilmiş, pərakəndə vəziyyətə salınmış müxalifət mövcud reallıqlar çərçivəsində yalnız İlham Əliyev və onun nəzarətində olan dövlət strukturları ilə deyil, onu hakimiyyətdə saxlamağa qərarlı iri güclərlə də mübarizə aparmalı idi ki, buna da güc çatdırmaq indiki şəraitdə sadəcə mümkün deyil. Qalanı texniki işlərdir… Seçki təyinatından dərhal sonra bəzi “müxalif” liderlərin növbədənkənar seçkiləri qanuni elan etmələri də, yaradıcı təşkilatların, dindarların, hiyləgərcə region donu geyənlərin İlham Əliyevin namizədliyini vaxtından əvvəl dəstəkləmələri də, dalbadal namizədlərin irəli sürülməsi də texniki işlərdir. Hacı Əbdülün Maştağada tədbir keçirməsinə şərait yaratmaq isə məzələnməkdən başqa bir şey deyil.

Gözləntilər nədir? İlham Əliyev prezident kürsüsünə yenidən sahib olandan sonra qeydiyyatdan keçmiş bütün namizədlər onu təbrik edəcək, o da öz növbəsində “qələbə” nitqində ənənəvi olaraq birillik AXC hakimiyyətini söyəcək. Bəzi siyasi məhbusları azad edəcək, yerlərinə başqalarını içəri salacaq. Vəzifə təyinatında iki əsas klan arasında müəyyən gərginliklər olacaq. Yeni parlament seçkiləri keçiriləcək və s… Amma Avropadakı, Amerikadakı müxaliflərin də timsalında daha radikal, daha sərt təpkilərlə üz-üzə qalacaq. 7 il dözə biləcəkmi? Bunu isə zaman göstərəcək…

Сердар АЛИЕВ 

Elşad bəy növbədənkənar seçkinin məhz Mehriban Əliyevanın olimpin zirvəsizə varmağı hədəfləyən yolunu kəsmək üçün reallaşdırıldığını, açıq və publik olaraq, birmənalı şəkildə söyləyən ilk siyasi xadim, fəaliyyətdə olan partiya sədri oldu. Məncə də, BAP sədri bu deyimində çox haqlıdır və bunun ötəsində indi baş verənlərin hamısı təfərrüatlar silsiləsinə aid olmaqla, texniki xarakter daşımaqdadır. Bu arada mən də özümdən bir məsələni əlavə edim ki, əslində İlham Əliyevin özünü də bu işə, bir növü, təhrik etdilər və prezident bu addıma getməyə məcbur buraxıldı. Bu məsələ o qədər aydın görsənir ki, barəsində danışmamaq ya məqsədli xarakter daşıyır, ya da siyasətən korluq əlamətidir. !!!!!!!!!!!!!!!!!

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*