GÜNƏŞ DOĞACAQ !!!

GƏNCƏLİLƏRİ NƏYƏ VƏ NİYƏ TƏHRİK EDİRLƏR 

—————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

—————————

İsrarla bu məsələlərdən kənar durmağa, baş alıb gedən sərsəm avantüraların içində yer almamağa çalışdım. Tamı-tamına mövcud sistemin naqisliklərindən qaynaqlanan bu vahim olayların nə qurbanlarına nə də qurbanlıqlarna yandaşlıq etmək həvəsim heç olmadı, marağım da zatən yoxdu. Dediyim kimi, bütün olub-bitənlərin yönətici sistemin zehniyyətindən qaynaqlandığını bilirəm deyə,  bu vəhamətlərin son bulduğunu da düşünmürəm və sabah, ya da o bir gün daha ciddi faciələrin yaşanmayacağı, daha böyük fəlakətlərlə üz-üzə qalmayacağımız anlamnda qəti olaraq zəmanətimiz də yoxdur, buna təminat verəcək qurumlarımız da. Necə deyərlər, hər şey Allahın ümidinə qalıb, ard-arda gələn faciələr sistemin tıxandığının nəticəsidir və dövlətin bütün sütun dayaqları ya tamam çöküb, ya da çatlaq verərək qəza vəziyyətinə gəlib. Dövlət ərkanında oturanların  və hakimiyyət sahiblərinin bunu  etiraf etməyə hələlik gücləri yetməsə də, “bəlkə də ötüşdü” anlayışı ilə olub-bitənləri görməzlikdən gəlmələri durumu daha da təhlükəli hala gətirməkdə, məmləkəti daha vahim fəlakətlərə doğru sürükləməkdədir. Hər ötən gün üçün şükür edib, növbəti günün gətirə biləcəyi faciələrə qatlaşmaq havasında və həvəsində yaşamını sürdürən toplum, bu vəziyyətə nə qədər davam gətirə biləcəksə artıq. Əlbəttə ki, bu tamam başqa bir söhbətin mövzusudur…

Amma son günlərin həyacan gətirən və təşviş içərən, sözün birbaşa və məcazi mənasında ölkəni ağuşuna almış zülmətin qaranlıqlarında, necə deyərlər,  “it hürən və ya işiq gələn” tərəfə getməli olduğunu şaşırmiş insanların qeyri-müəyyən halı indi çoxlarının işinə yarayır kimi görsənir və Gəncədə növbəti dəfə çirkli oyunlara hesablanmış, çirkin planlarını  reallaşdırmağa, həyata keçirməyə çalşan xeyli qüvvələr peyda olub. ABŞ-dan Avropaya, avropadan Kanadayacan çeşidli təşkilatçılar peydahlanblar. Hərə bir yandan bu gün Gəncədə guya olacaq etiraz aksiyasının təşkilatçısı olduğunu iddia edir, hələ bəziləri, burda “gizli” qüvvələrinin olduğunu və o qüvvələr vasitəsi ilə prosesi idarə edəcəklərini yazırlar. Elə bir avantüraya start verilib, elə bir çirkin oyun qaydaları gündəmə gətirilib ki, adamın ayaqları altıından yer qaçır…

Bu mənada nidi Sizlərə təqdim edəcəyim Fb statisu olduqca ilginc və bir o qədər də diqqətə layiqdir. Belə bir avantürist gediş kimin ağlının məhsuludursa, olsun, amma bəribaşdan deyim ki, burda yazılanların və az qala şüar şəklində cəmiyyətə təqdim edilən iqtibasların həqiqətə uyğun olduğuna şəxsən mən inanmıram. Sağlam məntiq də bunu deyir ki, indiki vəziyyətdə Elmar Vəliyevin oğlu belə sərsəm fikirlər söyləməklə deyil, hələ də ölümlə həyat arasında çarpışdığı deyilən atasının qayğısına qalmalı, onun  barəsində düşünməli, başlarına gələn ağır qəzanın gətirdiyi dərdlərlə uğraşmalıdır. Oysa, belə bir ağır durumda və həssas dönəmdə Elmir Vəliyevin   bu qədər fəlakət saçan açıqlama ilə gündəmə gələ biləcəyini heç düşünmürəm. Bir kərə olanlar olub artıq və adam da yəqin, ağlını tam itirməyib ki, belə ağıır bir vəziyyətdə bu cür təhrikedici avantüraya getsin. Yox, əgər o, gerçəkdən də bunu edibsə, adamı dərhal psixiatora göstərib, ağıl dəngəsinin yerində olub-olmadığını aydınlaşdırmaq lazımdır…

———————————————————————————-

TƏHRİK AVANTÜRASDIR BU !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Gəncəlilər qorxaqdır… Elmir Vəliyev…

Фото Vaqif Caniyev.

——————————————————————————————–

Amma hər necə olubsa artıq, cin şüşədən çıxıb. Gerisi haqda isə heç düşünmək belə istəmirəm. Birilərinin dəqiq Gəncəni qarıışdırmaq istəyi ortadadır və bu gün Gəncəyə Daxili Qoşunların yeridilməsi, yerli polisin ətraf rayonların polis qüvvələri ilə möhkəmləndirilməsi haqda gələn xəbərlər də, yaranmış durumun çiddiyyətinə dəlalət edir. Bu arada, biri Elmir Vəliyevə desin ki, bu kimi şeylər nə papalarının gül balalarının altına girəcəyi işdi, nə də gözlərini açandan istər  evdə, istərsə də çöldə “yox” sözü eşitməmiş, “olmaz” kəlməsini duymamış uşaqların oyuncağdı.  Amma yenə də kəndi bilir, mən deməli olduğumu dedim…

Onsuz da həyatları dözülməz həddə gəlmiş, dərdləri başlarından aşan Gəncə əhlinə isə bircə sözüm var, bu günlərdə sağduyulu davranmaqda yarar, səbrli olmaqda xeyir var, bu sərsəm avantüraya və avantürist təhriklərə uymasınlar. Zatən bütün zülmət gecələr aydınlığa, bütün qaranlqlar da işığa hamilədi, sönməz, hər gecənin bir əbədi gündüzü vardır.  Zamanı dolmadıqca günəşi doğuracaq  nə qüdrət var, nə də qüdrətlilər. Zamanı dolunca günəş doğacaq, mütləq doğacaq və Azərbaycan o günəşin istisinə, nuruna bələnəcək. Avantüristlərin hədəfində isə günəş doğuncaya qədər öz çirkin niyyətlərinə çatmaq, çirkli planlarını  həyata keçirmək var, o qədər… 

1 şərh

  1. Elmir deyilen birisi,deyesen çaşıb.Onun çox güman ki,heç neden xeberi yoxdur.Xatırlatma:”Son 100 ilde AZERBAYCANda 5-defe inqlab olub”.Men deyerdim ki,Türk olaraq inqilabçı
    milletik.Haqsızlıqla barışmazıs.Qaldı Genceyə,Gəncə Böyük Nizamini,Cavad xanı ve 100-lerle Qehremanlar millete bexş edib.
    Sen ise anadollular demişken dünen ki, küçüksen.Valideynerin derdini çeksen,daha iyi olar.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*