HƏR ŞEYİN BİR ƏVVƏLİ, BİR DƏ SONU OLUR, SINIRSIZ HAKİMİYYƏTİN DƏ !!!

“CAHANDA HƏR HÖKMÜ BİR ZAMAN VERİR,

DÜNƏN DÖVRAN SÜRƏN BU GÜN CAN VERİR”

 

Bu da, tarixin səhnəsini biabırcasına tərk edən, hələlik sonuncu diktatorun – Zimbabvenin 40 illik hökmdarının istefa xəbərinin ölkə parlamentində elan olunması səhnəsidir. Amma bu səhnənin ən maraqlı boyutu bilirsinizmi nədədir? Taa dünənəcən Muqabenin hər gəlişini və gedişini girultulu və sürəkli alqşlarla müşayiət edən, onun əllərini öpmək, ətəyinə yalmanmaq, ayaqqabılarını belə yalamaq üçün amadə olan parlamanlar, nazirlər, generllar və üst-düzey məmurlar korpusu, Muqabenin istefa xəbərini öyləsinə bir sevinc və şadyanalıqla qarşılayrlar ki, bunu sözlə ifadə etmək çox çətindir…
Sizi bilmirəm, sayğıdəyər oxucular, mənim əziz və əsl müsəlman qardaşlarım, amma mən bu görüntülərə baxarkən Muqabedən daha çox parlamentin binasına toplaşmş şarlatanlar ordusuna nifrət elədim və o anlarda içimdən:

“TFUUU, SİZİN ÜZÜNÜZƏ, YALTAQLAR SÜRÜSÜ, MƏDDAHLAR YIĞINI, “

–  demək keçdi. Və bu səhifəni yazmağa da o hisslər məcbur elədi məni. Bütün hallarda bu görüntülərin özü də, çoxdan deyilmiş iki böyük həqiqətin növbəti dəfə təkrarı və təsdiqiydi:
1. Tarix təkcə öyrənmək üçün deyil, o, həm də öyrənib dərs almaq  elmidir !!!
2. Dahi şəxsiyyətlər başqalarnın, ağıllı adamlar özlərinin səhvindən, axmaqlar isə, nə özlərinin, nə də başqalarnın səhvlərindən  özləri üçün dərs alıb nəticə çıxarırlar. 

Mugabenin istefası Parlamentdə açıqlandı. Parlament nümayindələrinin səvinclərinə diqqət edin. Onlar daha tapşırıq ilə yox azad, müstəqil qərarlar qəbul edəcəklər.Əlbəttə onların da maaşı qalxacaq😊. Subaylar üçün olsun🎁

Posted by Abdul Abilov on Tuesday, 21 November 2017

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir