HƏYASIZLĞIN SON HƏDDİ, YOXSA …!!!

BAŞINI(zı) BAŞLARA QOŞMAZDAN ÖHCƏ, CÜMLƏ QURMAĞI ÖYRƏN(in), AY YOLDAŞ(lar) !!!

—————————-

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

—————————-

Mənim əziz və əsil müsəlman qardaşlarm, sayğıdəyər oxucularım, bu gün, aşağıda sizlərə linkini təddim etdiyim və iki gün öncə burdan yayınladığım yazıya, Yaşar İsgəndərli adlı istifadəçi tərəfindən, bir sıra yanları və yönləri ilə,  olduğca ilginc, diqqətlərə şayan olunası bir şərh yazılıb. Buyurun, sizlərə bir zəhmət, mənə xəcalət, həm mənin yazımı bir də oxuyun, həm də  sözügedən internet istifadəçisinin şərhinə də bir göz atın.   

SURƏT HÜSEYNOV KİMİN KADRI OLUB, ONU ELÇİBƏYƏ KİMLƏR NİYƏ VƏ NECƏ TƏQDİM EDİBLƏR???!!!

İsgəndərli Yaşar

YAZILDIĞI TARİX: 23/05/2018 VƏ SAAT 09:53

 

Mə bu ritorik adlandırılan suallara aşağıdakı cavablarl verərdim:

1.R.Qazıyevi A.Mütəllibov təyin etmişdi,A.Mütəllibov da Moskvanın diktəsi ilə işləyirdi.Azərbaycanla müharibəni isə,ermənilər ,Rusiyanın yaxından köməyi ilə aparırdılar.Belə olan təqdirdə,Rusiyanın göstərişi ilə təyin edilmiş Müdafiə Naziri R.Qazıyevin bu postda qalmasını hansı prezident qəbul edə bilərdi?,
2.Sizin intiriqa adlandığınız,bu gediş,ölkənin müdafiə sistemini Rusiyanın əlindən almaq üçün ciddi bi gediş idi.
3.Həmin vaxt nə saray var idi,nə də intiriqalar,ölkə müharibə vəziyyətində idi,ölkədə ruh yüksəkliyi göz önündə idi,uğurlar var idi,bu uğurları saxlamaq üçün,Rusiyanın kadrları,xoşluqla,uzaqlaşmalı idilər.Əgər sizin vəkillik etdiyiniz R.Qazıyev MİLLİ idisə,niyə sakitcə kənara çəkilmədi?!
4.Ə.Elçibəy böyük siyasətçi idi.Adi bir müəllim vəzifəsinə belə rüşvətlə təyin olunanlar,Azərbaycanda oz gücünə,prezidentlik vəzifəsinə yüksəlmiş,Elçibəyi(L.Məmişov və onunkimilər)suçlamağa uğursuz cəhd edirlər.Ə.Elçibəysiz ölkədə heç bir ciddi mısələ həllini tapmırdı.
5.Siz görünür Milli Qəhrəman titulunun nə qədər yüksək olmasının fərqində deyilsiniz.Sadəcə müqayisə edin:Azərbaycanın neçə (Hərçən onların bəziləri siyasi mülahizələrə görə verilib,Ç.Mustafayev və Ş.Şükürov) Milli Qəhrəmanı var və neçə nəfər yüksək vəzivə tutmuş,tutan və tutacaq məmurları?!
6.Həmin dövrdə Ə.Elçibəy üçün bir prinsipial məsələ var idi,q da qarabağın azad olunması.Həmin halda kiminsə cığallıq edəcəyini bilə bilə,ona bəhanə verməmək üçün,Ə.Elçibəy ABBASA DA MİLLİ QƏHRƏMAN adı verməyə razılıq verərdi.Və məsələ heç də elə olmayıb ki,R.Qazıyev deyib ki,Surətə MİLLİ QƏHRƏMAN adı verilməsə paradı pozacaq,sadəcə paradın pozulmasına bunsuz da cəhdlər var idi bu da ona bir təkan verə bilərdi.
7.Həmin hakimiyyətdə MİLLİ olmayanlar,kimlərin hara qulluq etməyi 04 iyun qiyyamında aşkar göründü.İndi siz də onlardan birini dəstəkləməklə,həmin qiyyamı dəstəkləmiş olursunuz,amma mən sizi “MİLLİ” Adlandırmaq fikrindən uzağam.
Ritorik suallarınıza,ritorik cavablarım sizi qane etmədisə,P.Hüseyndən cavab almağa çalışın.Bu işdə sizə,Q.Məmmədov,L.Məmişov və N.Cəfərov məmuniyyətlə kömək edərlər.
Mənim heç kimi müdafiə etmək missiyam yoxdur.Amma siz
Elçibəy hakimiyyətini “MİLLİ” adlandırmaqla indiki hakimiyyətin milli olduğunu qəbul etmiş olursunuz. 

(Zəruri qeyd:  Yazının, üslubuna, stilinə və çeşidli səhvlərinə, yazılış formasına bilərəkdən toxunmadım – S.Ə.)

Oxudunuzmu? Yeri gəlmişkən bu dostumuz, eyni şərhi mənim yazımın Fb paylaşımına da yazıb. Adam, öz ağlınca, guya mənə “master klass” göstərib və özünün ritorik sualları ilə cəmiyyət qarşısnda məni “ifşa” edib. Əslində mən bu küləyin hardan əsdiyinin və ya əsdirildiyinin fərqindəyəm. Amma burası mənim bildiklərimdi və mənə qalsın. Bu cür küləklər əsdirməklə ortalığı bulandırmaq, kafaları qarışdırmaq istəyənlərə deyəcək bir sözüm də yoxdu. Nə vaxt özləri cəsarət edib qarşıma gələrlərsə, söhbət edərik. Ki, bu mənada da bir problemim yoxdu mənim. Hər zaman dedim və indi də o fikrimdə qalıram ki, nə mənim, nə də bir başqasının yazdığı və ya söylədiyi “Quran ayəsi” deyil. Bir yanlşlığım olursa da belə, nə qəm,  bu konuda da bir anlaşmaya varıla bilərik yəqin. Sadəcə, bəzi “dahi”lərə belə qaragüruhçulara güvənmənin çağdışı məsələ olduğu uyarısını yapmağı vacib bildim. Bu Yaşar İskəndərlinin  də kimliyini tanımam, nəçiliyini, kimin kimi, nəyin nəsi olduğunu da bilməm. Adamı çox incitmək də içimə sinmir. Amma,  belə birini nə mühəttab alacaq, nə də, ritorik olsa belə, ona  cavab verəcək halım yoxdu mənim. Bununla belə, hörmətsizlik olmasın deyə, bir kaç cümlə demək vacibiyyəti duydum:

1. Baxın, Yaşar İsgəndərli, mənim əziz və əsil müsəlman qardaşım, bu cür kirli və çirkli, həm də 1-ci sinif səviyyəsindən də aşağı savad tutumlu bir yazı ilə cəmiyyət qarşısına çıxmaq, sadəcə ayıbdı. Əvvəl-əvvəl, heç deyilsə,  dilin yazılış qaydalarını, xəbərin, mübtədanın yerini, ardınca da orta səviyyədə cümlə qurmağı oyrənməyə çalışın. Dedim ya, bu cür yazı ilə ozünü ortalığa  atıb, başını başlara qoşaraq  “mən də varam” demək ayıbdı, burası mitinq meydanı deyil ki, səsin batınca qışqırıb çapan çalasan, azacıq da, savad, intellekt və dürüst bilgilər tələb edən bir yerdi. Bununla belə, yenə də kəndin bilən kimi davam da edə bilərsən, amma özün bir yana, müəllimlərinə yazq olur, məndən söyləməsi…

2. Çox hörmətli Yaşar bəy, bu boyda məsələlərin altına çiyin vermək və olduğca ciddi bir polemikaya mühəttab olmaq istəyi ilə “R.Qazıyevi A.Mütəllibov təyin etmişdi,…” kimi bir cümlə qurmaq, ya həyasızlığın son həddidir, ya da ümumiyyətlə dünyadan və müdaxil olmağa cəhd etdiyiniz mövzudan bixəbər olmağınızın göstəricisidi. İndiki halda hansı versiyanın həqiqət olduğu haqda bir söz demək istəməm, umuruma da deyil,  zira, hər iki variantda sizinlə  nə haqdasa danşmaq sadəlövhlük yox, axmaqlıq əlamətidir. Mən, bəlkə də bir baxışdan sadəlövh görünə bilərəm, amma dəqiq axmaq deyiləm, biləsiniz.

3. Bütün sonrakı suallarınızın hamısının birinci cümlədən törəmə olduğunu nəzərə alaraq, onları da cavabsız buraxıram. Çünki dediyim kimi, sizin, bilmədiyiniz, ümimiyyətlə bixəbər olduğunuz bir  mövzuda ekspert və ya hal şahidi kimi görünmək istəyiniz ola bilər, amma mənim bu kimi qeyri-ciddi işlərlə uğraşmağa nə vaxtım, nə də həvəsim var. Bəzi məkanlarn sakinləri, bir də görürsən ki, gələ-gedən kişilərin qarşısna dikilərək, tutaq ki, “Mən Leninəm”, “Mən Stalinəm”, “Mən Napoleon Bonapartam” və ya “Hitlerəm” deyirsə, belələrinə kimsə baş qoşmaz və xəfif təbəssümlə yan keçib, yoluna davam edərlər.  Açığı sizin bu suallarınz da məndə xəfifcə təbəssümdən savayı heç bir assosasiya doğurmadı. Yaşar bəy, bilirsinizmi yadıma nə düşdü? Bir müddət öncəsiydi, sizin kimi “çoxbilmiş” yazarlardan biri, bərkgedən saytlardan birində yazmışdı ki, sən demə Rəhim Qazyev əsgərlikdə olanda, bir vaxtlar SSRİ-nin müdafiə naziri olmuş marşal Ustinovun sürücüsü olubmuş və o zaman da “QRU” tərəfindən “verbovka” edilibmiş. Burda maraqlı olan bilirsinizmi nədi? Bəlli olanda ki, Rəhim Qazıyev ümumiyyətlə əsgərlikdə olmayıb, nə  yazar, nə də sayt, o boyda yalana görə təkzib verməyi və o böhtana görə də Rəhim bəydən üzr istəməyi ağıllarına belə gətirmədilər. Bəlli metoddu, “Çamuru at, özü qalmasa da, ləkəsi qalacaq” misalı…   

4. Yeri gəlmişkən “Mənim heç kimi müdafiə etmək missiyam yoxdur” cümləsi ilə nə demək istədiyinizi qanammadım. Əgər belə bir missiya yoxdursa, hardan ağlınıza gəldi və bunu məxsusi olaraq vurğulamaq  nəyə lazımdı? …

5. Son olaraq üzərinə belə həvəslə vurğu yapdığınz “MİLLİ” məsələsinə gəlincə, öz fikrinizdə qalın, dedim ya, birilərinin ozünə “LENİN” “SATALİN” deməsi, hələ onların “proletariatın dahi rəhbəri” və ya, “millətlər atası” olması anlamına gəlməz. Bu arada, əgər gerçək millilik sizin anladğınız mənaya gəlirsə, qüsura baxmayın, məni anti-milli adlandıra bilərsiniz, etiraz etməyəcəm. Zira bizim “milli” ifadəsinin anlayış olaraq qavranılmasında ciddi fikir ayrılığımız var, biləsiniz… 

—————————————————————————————

P.S.

Bu arada, Yaşar İsgəndərlinin sizə təqdim etdiyim şərhini üzərinə, Fb-də daha bir şərh də gəlib:

Elçin Eziz

 Serdar Alibeyli bey əfnid nərdəsniz buyurn sualları cavblandrın.

Amma, Elçin Əzizi şəxsən tanıyıram, hətta köhnədən dosluğumuz da var, biləsiniz. Və mənim də dostum Elçin Əzizə bir sualım olacaq, səmimi cavab gələrsə, söz, mən də ona cavab verəcəm…

Elçin Eziz bəy əfəndi, nərdəsin, sən də Rəhim Qazyevin Ayaz Mütəllibov tərəfindən təyin edildiyini düşünürsən???!!!

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*