HACI ƏBDÜL NƏDƏN VƏ NİYƏ DANIŞIR ???!!!

BU BOYDA “BOMBA”NIN PARTLADLMASI İZSİZ ÖTÜŞƏ BİLMƏZ !!!

————————–

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

—————————

Hacı Əbdülün dəhşət saçan, cəmiyyətə soyuq duş təsiri bağışlayan açıqlamalarıında həqiqət payıının nə qədər olduğunu indi sübut etməyin mümkün olacağını düşünmürəm. Əsas şahid və deyilənə görə, cinayətin əsas şahidi və icraçısı olduğu söylənilən Yaqub Rzayev(Ala Yaqub) artıq çoxdan həyatda yoxdur. Cinayətin daha doğrusu, terrorun sifarişçisi olduğu deyilən Tamerlan Qarayevin isə bu haqda nə deyəcəyi də bəri başdan bəllidir. Yəni, Ala Yaqubun ifadəsi ortada yoxsa, Tamerlan Qarayevə qarşı nəinki ittiham irəli sürülməsi, hətta şahid kimi işə cəlb olunması belə, özlüyündə absurd görsənəcək və münkünsüzdür… Əgər hakimiyyət daha bir səfirini qiyamçı və mühacir statusunda görmək istəyirsə, bu artıq başqa bir məsələdir…

Hacı Əbdülün bu qədər illərdən sonra belə bir “bomba” ilə ortalığa çıxmasının ən dəhşətli yönü və əsas məqsədi başqadı məncə. Əslində isə bu “bomba”, elə sözügedən illərdə olduğu kimi, hakimiyyət uğrunda mubarizənin bir vasitəsi kimi partladılıb. Xətlərin haralara apardığını və belə mübarizə vasitəsinə kimlərin əl atdığını, ya da əl atmaq zorunda qaldığını zaman göstərəcək. Əbəttə ki, partladılmış bu “bomba”nın fəsadlarının və dağntılarının nələrə mail olduğunu yaxın vaxtlarda hər kəs görəcək. Zira, bu boyda “bomba”nın partlaması izsiz və fəsadlarsız ötüşə bilməz. Ona görə də birilərinin ciddi sürprizlər hazırladıqları və birilərinin də ciddi sürprizlərlə qarşılaşmalı olacaqları qaçılmaz kimi görsənir.

Dediyim kimi, bu “bomba” 27 ildən sonra, həqiqətlərə ayna tutmaq üçün deyil, hakimiyyət uğrunda mübarizə malzəməsi kimi partladılır ki, məsələnin məhz bu boyutu təəccüb və təəssüf doğurur. Hələ bu məsələnin Qarabağ davasına, eləcə də, dövləti və milli maraqlarımıza hansı zərbələri vurduğu və vuracacağı haqda geniş danışmaq istəmirəm. Zatən, bu haqda düşmənlərimiz kürreyi-ərzə geninə-boluna danışacaqlar, hətta danışmağa başladılar belə. Yalnızca onu deyim ki, Hacı Əbdülün bu açıqlaması, mənaca fərqli olsa da, mahiyyətcə, Eynulla Fətullayevin bir vaxtlar Xocalı faciəsi və bu faciənin qurbanları ilə bağlı yazdıqlarının birəbir təkrarıdır. Eynulla o zaman yazmışdı ki, Xocalı qurbanlarının meyitləri üzərindəki vandalizm aktlarını bizimkilər, daha dəqiqi isə, Xalq Cəbhəsinin adamları törədiblər. İndi də bu deyir ki, vertalyotu da biz özümüz vurmuşuq. Erməni terroruna və terrorçularına dünyanın gözündə və beynəlxalq ictimaiyyətin nəzərində bəraət qazandırmaq üçün bundan yaxşı vasitəni ermənilərin özləri belə düşünə bilməzdilər. Belə… !!!!!!

———————————————————————————————-

P.S.

Bu arada bir xatırlatma da eliyim, ən yeni tariximizin hakimiyyət uğrunda mübarizənin kəlləçarxa çıxdığı və olar-olaz mümkün vasitələrin işləmə qoyulduğu bütün zamanlarda Azərbaycan sağalmaz yaralar alıb və torpaq itkisinə məruz qalıb. Üzərində ciddi-ciddi düşünülməli məsələdi. Hər kəs düşünsün…

1 şərh

  1. Böyük oyunun növbəti mərhləsi davam edir. hacı əbdül düşünülmüş şəkildə ortaya çıxarılmış bir pekədir. “Ermənilər bizim düşmənimiz deyil” oyununun nəticəsi olaraq aparılan işin davamı. Qarabağla bağlı bütün işlərin günühları bizlərin üstünə yazılacaq və ermənilər təmizə çıxarılaraq günhsız elan olunacaq. Bununlada ermənilərlə barışıq rəsmi olaraq qüvvəyə minəcək. Məqsəd ancaq və ancaq budur.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*