“HAKİMİYYƏTƏ FİKİR VERDİKDƏ GERİZƏKALILIĞIN SONU OLMADIĞINI GÖRDÜM…” !!!

“BİR GERİZƏKALI GÖZÜ-KÖNLÜ DOYMAYAN CİNAYƏTKAR DƏSTƏNİN ƏLİNDƏ GİROV VƏZİYYƏTİNDƏYİK…”!!!

————————————-

Əhməd ORUC

 Azadlıq Partiyasının sədri

————————————-

Yaponiyada, Koreyada, Çində, eləcə də bir sıra inkişaf etmiş ölkələrdə hər il müxtəlif təyinatlı robotlar arasında çeşidli nominasiyalar üzrə yarışlar keçirilir və hər il robot texnologiyasında ciddi  irəliləyişlər olur.  Bu hakimiyyət ölkəni inkişaf etmiş dünyadan o qədər təcrid edib ki, o qədər geridə qalmışıq ki, bir robotun ölkəyə gətirilməsi  ölkə gündəmini 15 gündür zəbt edib, onunla şəkil çəkdirən kim, müsahibə alan, ona milli papış tikən kim, şer yazan kim… Bir növ, çağdaş sivilizasiyadan kənar, cəngəllikdə yaşayanların birdən müasir texnoloji dövrlə qarşılaşması təəssüratı yaranır…

Dünya bu cür inkişaf etdiyi bir vaxtda bizim hakimiyyət hər yerdə heykəl əkmək, oğurluq, əyrilik, vətəndaşları basqı altında saxlamaq, şərləmək, tutmaq, cərimələmək kimi sahələrdə inkişaf edir. Bütün hakimiyyət, xüsusilə DİN vətəndaşları cərimələmək üçün hər tində, dalanda tələ qurur, “büdcəyə vəsait yığır və həmin vəsaitə İtaliyada qəbristanlıq təmir edir, erməni kilsələrinə pulsuz qaz verir”. Hakimiyyətdəkilərin bu millətə qarşı nifrətinin, basqısının, cərimələmək, cəzalandırmaq istəyinin nədən qaynaqlandığını dərk eləmək çox çətindir. Dövlət ərkanında yer alanların hətta hamısı başqa millətdən olsa belə, ona heç bir pisliyi keçməyən insanlara qarşı bu cür əzazillik məntiqlə başa düşülən deyil.

Gürcülər insan yaşaması üçün normal cəmiyyət qururlar. Bizimkilər  Avropada sığınacaq almaq üçün kamplarda, polis bölmələrində, izolə olunmuş yerlərdə min bir əzab çəkir, təhqir olunurlar, gürcülər isə Avropanın istənilən ölkəsində avropalılarla bərabər hüquqa malikdir. Ermənilərin də yaxın vaxtlarda bu hüquqlara sahib olacağı aydın görünür. Biz isə bir  gerizəkalı, nə gözü, nə könlü doyan  cinayətkar  dəstənin əlində girov vəziyyətindəyik.

Mən elə bilirdim ki, insan zəkalılığının sonu olduğu kimi, zəkasızlığın da bir sonu olar. Amma bu hakimiyyətə fikir verdikdə gerizəkalılığın sonu olmadığını gördüm…

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*