“HANSI GÜN ZƏLİMXAN KÖÇÜB DESƏLƏR, …”

Sərdar-010101

z%c9%99limxan-yaqub-abid%c9%99-006

Sərdar ƏLİBƏYLİ

“… DÖNÜB, BİRCƏ KƏRƏ, “OFFF” DEYƏRSİNİZ.” !!!

 

Dünən mərhum Xalq Şairi  Zəlimxan Yaqubun anım günüydü. Bu münasibətlə keçirilən, tanınmış ziyalıların, millət vəkillərinin, Şairin yaxınlarının və dostlarının da qatıldığı  rəsmi törəndən öncə, onun qəbirüstü abidəsinin açılışı mərasimi keçirilib. Əlbəttə ki, ənənəvi qaydada, çıxışlar edilib, nitqlər söylənib, rəsmiyyətə uyğun olan nə varsa hamısı həyata keçirilib. Düşünürəm ki, bu mənada daha deyəcək bir söz yoxdu.

z%c9%99limxan-yaqub-abid%c9%99z%c9%99limxan-yaqub-abid%c9%99-002z%c9%99limxan-yaqub-abid%c9%99-003z%c9%99limxan-yaqub-abid%c9%99-005

Amma, bu axşamın gec saatlarında , Ədalət Dəlidağlını dinləməklə, Zəlimxan Yaqubu anmaq, xatırlamaq keçdi içimdən Zira, Zəlimxan dünyasının saraylarına varmaq, Zəlimxan dühasının nuruna bələnərək, türk dünyasının şeir kəhkəşanını dolaşmaq,  o saraylarda taxtları qurulan Yunis İmrədən, taaa Səməd Vurğuna qədər, bu kəhkəşanın sönməz ulduzlarına “salam” verib “əleyk” ala bilmək üçün  təkcə bəlağətli sözlərin, pafoslu çıxışların yetərli olmadığını düşünməkdəyəm. Zatən, kim necə çalışsa, nə qədər cani-könüldən istəsə belə, Zəlimxanın özünnən də, sözünnən də yaxşı nəsə deyəsi, nəsə danışası deyil ki. Amma Ədalət Dəlidağlının sazının müşayiətində səslənən şeirləri, məncə, Zəlimxanı daha dolğun və daha sərrast anlada, onun çağlayan ritorikasını, şaqraq bəlağətini yaddaşlarda təzələyə bilir. Oysa, şairin anım günü törəninə Ədalət Dəlidağlının bir ifasını da əlavə etmək cəsarətində bulunmaq istiyirəm. Nə də olsa, aramızda haqqı-say olub, evində duz-çörək kəsdiyim Dostum Zəlimxanın – BÖYÜK ŞAİRİN RUHU bağışlayar məni.     




 P.S. 

 Bu yazını da arxivdən çıxardım, yaddaşlar bir də təzələnsin deyə.

 ZƏLİMXAN YAQUB AZƏRBAYCANA SON SÖZÜNÜ DEDİ

“NƏ ŞAHA ARXALAN NƏ TACA SÖYKƏN” !!!

zəlimxan yaqub şeirləriZəlimxan Yaqubun xatirə gecəsində hər şey yaxşıydı, təkcə Mədniyyət nazirinin açılışda məruzə xarakterli giriş sözünü deməsinnən başqa. Ya, bu adam elə bil ki, qəsdən özünü həm tənqid, həm də gülüş hədəfinə çevirmək istiyir. Yaxşı daa, nazirdi bildik, amma adam bizim türkcədə danışa bilmir. O zaman danışmaması lazım, hələ-hələ əsrarəngiz ritorikası, bənzərsiz nitqi, fenomenal natiqlik qabiliyyəti olmuş şair Zəlimxanın xatirə gecəsində bu cür danışmaq heç olmazdı. O məruzəni də, elə nazirin Nazim Hikmətadından, normal diksiyası olan bir aktyor da oxuyardı və bunnan da dünya dəqiq dağılmayacaqdı.

Yerdə qalan, həm bədii, həm də təşkilati məsələlərə görə isə, Əbülfəs Qarayevi də, digər təşkilatçıları da təbrik eləməyə dəyər. Bu gün məncə, Zəlimxan Yaqub Azərbaycan xalqına ömrünün son heabatını verdi və Azərbaycana son sözünü dedi.
zəlimxan yaqub şeirləri-1Saraya bu gün öz şaririnin son hesabatını dinləməyə, son sözünü eşitməyə yüzlərlə yurddaşları, soydaşları gəlmişdi. Və güman ki, şairin hər kəsə fərdi olaraq ünvanlanmış son sözü varıydı, ya da hərə öz eşidə bildiyi sözü duydu. Zəlimxan səsinin sehrində azan, Zəlimxan şeirinin axar-baxarında sıralanan, Zəlimxan sözünun işığına bələnib , Zəlimxan dühasının nurunnan saraya səpələnən hikmət zərrələrindən hərəyə bir pay düşdü məncə. Mənə isə şair dostum Sərdar Əlib.Zəlimxanın ruhu muğam üstündə pıçıldadı ki:

“NƏ ŞAHA ARXALAN, NƏ TACA SÖYKƏN” !!!!!!!!!!!!!!!!!!!!!

 Sərdar ƏLİBƏYLİ

 03.03. 2016


 P.S.

Zəlimxan Yaqub-2Nə vaxta arxalan, nə baxta aldan,
Nə dövran, nə də bir çağ vəfalıymış.
Minbir daşürəkli dostdan, tanışdan
Bir daşlı, qayalı dağ vəfalıymış.
Nə toxa bel bağla, nə aca söykən,
Nə şaha arxalan, nə taca söykən,
Özün basdırdığın ağaca söykən,
Bağbandan min dəfə bağ vəlalıymış. 
Zəlimxan dilində min dürlü dastan,
Gah toydan söz açır, gah da ki, yasdan.
Bahalı köynəkdən, əlvan libasdan
Kəfən etibarlı, ağ vəfalıymış.

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir