“HEÇ KİM, HEÇ NƏ UNUDULMUR!”!!!

“ONLAR ÖZ QANLARI İLƏ HƏRB TARİXİMİZƏ ŞANLI, ŞƏRƏFLİ BİR SƏHİFƏ YAZDILAR” !!!

… Bu gün  (16.10.2018) Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının(DAQAH) üzvü, Qarabağ qazimiz 1ci qrup əlil Həsənov Hüseyn bəyin təşəbbüsü və təşkilatçılığıyla ilk tədbirimizi – anım mərasimi – düzənləndik. 21 il öncə 1997 ci il aprel ayının 7 də kəşfiyyat tapşırığını yerinə yetirərkən, ermənilərə əsir düşməmək üçün, özlərini partladan səkkiz igid balalarımızın (onlardan biri Aqil Əhmədov möcüzəli şəkildə sağ qalıb. Bir il on bir ay erməni əsirliyindən sonra hal-hazırda bizimlədi) 2-ci Fəxri Xiyabanda torpağa əmanət edilən gündür. Anım mərasimini Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri, DAQAH-ın Təşkilat Komitəsinin üzvü Jalə Cəfərova açaraq mərasimə toplaşan şəhid ailələrini, ziyalıları, ictimai-siyası fəalları salamladı. Təbrizdə işgüzar səfərdə olan Qarabağ qazisi, DAQAH-ın Təşkilat komitəsinin rəhbəri Rövşən Əhmədlinin anım mərasiminə ünvanladırdığı fikirlər səsləndi:

“Vətəndən uzaqda olsam da bu gün qəlbən sizlərləyəm. Mərasımə toplaşan şəhid balalarımızın analarına demək istəyirəm ki 1997 ci il aprelin 7 də, kəşfiyyat qrupunun xüsusi tapşırığiyla, Qarabağa erməni mövqelərinə göndərilən cəsur balalarımız leytenant Ağayev Elxan, leytenant Yarəhmədov Vüqar, çavuş Rzayev Anar, çavuş Həsənov Aqşin, çavuş Ələkbərov Nizami, çavuş Cavadov Fariz, çavuş Əhmədov Aqil öz mübarizliklərylə tarıx yazdılar. Onlar həm də bizim balalarımızdır. Biz onları unutmadıq və unutmayacağıq. Şəhid analarımızın qarşısında baş əyirəm və demək istəyirəm ki, zalimin zülmü qiyamətə qalmayacaq.”

Daha sonra xüsusi teyinatlı hərbi hissənin komandiri polkovnik Xətai Baxışov, Güney Azərbaycan konqresinin sədri, Abdulla Əmir Haşimi Cavanşir bəy, Şəhid Həsənov Aqşinin anası Xanım Həsənova, DAQAH in Təşkilat komitəsinin üzvü psixoloq , dossent Lümunət xanım Əmrahlı, Şəhid Vüqar Yarəhmədovun oğlu Vüqar bəy (qeyd edim ki Vüqar atasının şəhid xəbəri gələndə hələ ana bətnində iki ayliq körpə idi) , çıxış etdilər. Mərasım Himnimizin səslənməsiylə başa çatdı…

Bu gün eyni zamanda ağır, üzücü bir gün oldu. Mərasimdən sonra dünən uzun sürən xəstəlikdən dünyasını dəyişən Qarabağ qazimiz Etimad Əsədovu son mənzilə yola saldıq…

DAQAH adndan

Jalə CƏFƏROVA

16.10.2018

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*