HEYDƏR VƏ İLHAM ƏLİYEVLƏR HAQQINDA “MUSA PEYĞMBƏR” NAĞILI !!!

BU DEPUTAT  NƏ DEMƏK İSTƏYİR BELƏ???!!!

Zahid ORUC:

Milsiz Məclisin üzvü

“Heydər və İlham Əliyevlər Azərbaycanın Musa peyğəmbəridir”!!!

“Musa peyğəmbər yəhudiləri əsarətdən qurtaranda necə etmişdisə, İlham Əliyev də öz xalqını həmin üsullarla, qələbələrlə və uğurlarla müstəqilliyə öyrədir. Bəli, tarixi fakt məhz bundan ibarətdir. Azadlığımızın düz 25 ili əliyevlərin adı ilə bağlıdır. Milyonlarlarla soydaşımızın sığındığı vahid bir dövləti quran kişilər məhz Ata və Oğul Əliyevlərdir.”

Sərdar ƏLİBƏYLİ:

“Reket” redaktor

“Bə bunlar deyirdilər ki, Heydər Əliyev çiçəklənən Azərbaycan qurub, İlham Əliyev də bu quruculuğu davam etdirir. Sən demə, Onlar 40 ilin ötəsində bizi səhrada fıırladırlarmiş, eləmi? Zahid Oruc oxumuş, mütaliəli gənclərdən biridi axı, gərək belə ciddi səhvlərə yol verməsin, məndən deməsi ki, bu cür düşünülməmiş açıqlamaların düşəri düşməzi olur. Birdən bu açıqlamanın altından eşələyib ötən 40 ildə ölkənin nədən xarabazarlığa çevrildiyini, millətin niyə ac-susuz olduğunu, əhalinin kütləvi şəkildə intihara, ya da köçə meyilləndiyini çıxaran yaman dillər danışsa, Ağayi Zahid Orucun bunun altından çıxması bir az zor olacaq, ona görə. Bə nədi bə, səhrada, özü də 40 il dolandırılmağın sonu ya ölümdü, ya da bir yolunu bulub ordan qaçmaq, kimin qismətinə nə düşərsə artıq.” !!!

———————————————————————————————–

P.S.

Sözün düzü,  bu açıqlamanı görəndə, ilk ağlıma gələn, lətifəsi Zahid müəllimdən uzaq olsun, “Keçinin ölümü gələndə çobanın çomağına sürtünər” Ata Sözümüz oldu. Və birdən ağlıma gəldi ki, ey dili-qafil, Musanın da əsası vardı axı. Açığı, mən ha çalışdmsa, burda bir əlaqə qura, bir məntiq tapa bilmədim, zatən mənim ağlıım da o qədərinə ərməz axı. Amma yenə də, hesab elədim ki, Musanın əsasının həm də möcüzəli olduğunu müəllimə xarıırladım, birdən unutmuş olar deyə…  

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*