“HÖKMÜ MƏHKƏMƏNİN YOX, SİZİN VERDİYİNİZ QƏNAƏTİNDƏYƏM”

eldar-sabiroglu

ELDAR SABİROĞLUNDAN İLHAM ƏLİYEVƏ

AÇIQ MƏKTUB 

Məktubdan seçmələr

ilham-eliyev-51-300x242“Onsuz da ən böyük pisliyi edərək oğlum Rüfət Səfərovun günahsız yerə 9 il azadlıqdan məhrum edilməsinə hökmü məhkəmənin yox, Sizin verdiyiniz qənaətindəyəm”

Eldar S.“Ədalət və qanun Sizin şəxsi qənaət və qərarlarınızdan sonra gələn anlayışlardır”

“Tamamilə yanılmış və uzun illər xidmətində dayandığım iqtidarın mahiyyətini dərk edə bilməmişdim”

“Cəzalandırmağa nə var ki, tut, başını kəs, burax…”


Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının keçmiş üzvü Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun siyasi motivlə həbs olunması ilə əlaqədar ölkə başçısı İlham Əliyevə açıq məktub yazıb.

Məktubda deyilir:

Hörmətli Prezident!

rüfət səfərov-08Bilirəm ki, bu tərzdə müraciətim tərəfinizdən müsbət qarşılanmayacaqdır. Çünki Siz belə azad hərəkəti xoşlamırsınız. Ona görə də münasibətinizdən asılı olmayaraq açıq məktubla müraciət etmək məcburiyyətində qaldım. Qəbulunuza düşmək olmur, digər əlaqə formalarının da önü bağlıdır.

Artıq iş-işdən keçib. Edəcəyinizi etmisiniz. Bundan sonra nəyə görəsə ehtiyatlanmağa lüzum görmürəm. Onsuz da ən böyük pisliyi edərək oğlum Rüfət Səfərovun günahsız yerə 9 il azadlıqdan məhrum edilməsinə hökmü məhkəmənin yox, Sizin verdiyiniz qənaətindəyəm.

Buna heç bir şübhəm yoxdur. Hər iki məhkəmə instansiyasında – Lənkəran Ağır Cinayətlər Məhkəməsində və Şirvan Apellasiya Məhkəməsində sifarişli münasibət özünü açıq biruzə verirdi. Keçmiş müstəntiqin ağır cəzalandırılması barədə tapşırıq təsadüfi ola bilməzdi.

rüfət səfərov-09Hakimiyyətin bu həssas məqamı xüsusi diqqət mərkəzində saxlaması iki səbəbə görə cəlbedici idi: birincisi, Rüfət Səfərovun hüquq sistemindəki rüşvətxorluq, qanunsuzluq, özbaşınalıq hallarına açıq etiraz edərək, müstəntiq vəzifəsindən istefa verməsi, ikincisi, bu nadir nümunənin mərkəzdənqaçma meyillərinə fürsət verə biləcəyini əsas götürmək, Sizi sərt tədbir görməyə vadar etmişdir. Ancaq doğrusu, bu qədər amansız və qisasçı olduğunuzu təsəvvürümə gətirə bilməzdim. Nifrətiniz sonsuzdur. İxtiyar Sizin əlinizdədir. İstədiyiniz vaxt mənim də qollarımı qandallayıb, oğlum Rüfətin yanına göndərmək imkanına maliksiniz. Ədalət, qanun Sizin şəxsi qənaət və qərarlarınızdan sonra gələn anlayışlardır. Bu, sözlərin altını çəkəcəyimə inanın ki, hazıram. Sizdən artıq hər şeyi görə bilərəm.

eldar-sabiroglu-0024Rüfət nə etmişdir ki?! Öz mövqeyini ifadə edən bu gənc, azad sözə, özgür fikrə arxalanaraq qanusuzluqlara səsini ucaldıb. Görəsən, başqa hansı addımı atmışdır ki, ona bu dərəcədə qəddar münasibət gösdərilirdi? Bəlkə cənab Prezident, ölkənin talanmasında, rüşvətxorluğun və insanların qanını zəli kimi soran korrupsiyanın çiçəklənməsində Rüfətin hansısa bağışlanmaz bir rolu olub, indiyəcən cəmiyyət bundan xəbər tutmayıb? Bəlkə keçmiş müstəntiq dövlətə qarşı hər hansı silahlı üsyana hazırlaşırmış?

Oğlum bu yolların və digər çirkin işlərin sahibi olmayıb. Onun üzünə öyrədilmiş, yalançı şahidləri -vəzifəli şəxsləri qoyaraq cinayət məsulyyətinə cəlb ediblər. İnsan taleyi ilə oynamaq necə də asan imiş! Bircə tapşırıq, sifariş bəs edər ki, bu taleyi zəhərin içərində boğub alt-üst edəsən. Sifariş zəncirvari qaydada hərəkətə gətirilərək Prezident Adminstrasiyasından Zərdab rayon icra başcısı Lütfəli Babayevə qondarma şahidlərin tapılması üçün tapşırıq verilir, Baş Prokurorluq da öz növbəsində vaxtı itirmədən saxta ittihamlar üçün zəmin hazırlamağa başlayır. İlk addımdaca, müstəntiqin iş Zakir Qaralovotağında və evində heç bir sənəd, heç bir order təqdim olunmadan axtarışlar aparılmış, onun mobil telefonu, kompyuteri, bəzi özünə məxsus sənədlər icazəsiz olaraq müsadirə olunur.

Beləliklə, 10 yanvar 2016 ci il tarixdə Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə Baş İdarəsinin açdığı cinayət işinə əsasən, Rüfət beş gündən sonra həbs edilir. Qorxu hissi, müstəqil qərarlar çıxarmaqda sərbəst mövqeyi əlindən alınan, bir sözlə, asılılıq təzahürləri Baş Prokuror Zakir Qaralovu sərt, eyni zamanda heç bir ölçü-biçiyə sığmayan addım atmaya sövq etmişdir. Üz qarası sayıla biləcək bu qərar hüquq tariximizə pozulmayan bir ləkə kimi düşmüşdür.

Cənab Prezident!

eldar-sabiroglu-0023İlham- mehribanMən hər şeyi olduğu kimi qələmə almaq niyyətindəyəm. Nə artırmaq, nə də azaltmaq fikrim var. Sabiq müstəntiqin barəsində 3 ay 20 günlük həbs qətimkan tədbiri seçilir. Bir həftə sonra isə, 5 dəqiqəlik məhkəmə qərarı ilə, əlləri qandallanaraq Bakı 1 Saylı İstintaq Təcridxanasına göndərilən Rüfət Səfərov, Sizin müdaxilənizdən sonra, elə həmin Binəqədi məhkəməsinin 5 dəqiqəlik qərarı ilə ev dustaqlığına buraxılır. Mən və həyat yoldaşım, bu münasibətinizə görə, Sizə və xanımınız Mehriban Əliyevaya təşəkkür və minnətdarlığımızı sosial mediada paylaşdıq. Çox sevindik ki, bununla hər şey qurtardı və Rüfətin üzərinə yüklənmiş qanunsuz və ədalətsiz ittihamı aradan qaldıra biləcəyik. Lakin heç yubatmadan qeyd edim ki, tamamilə yanılmış və uzun illər xidmətində dayandığım iqtidarın mahiyyətini dərk edə bilməmişdim.

Bir müddət ev dustaqlığında olan sabiq müstəntiqi nə istintaqa dəvət etdilər, nə də onunla hər hansı bir üzləşdirmə aparıldı. Günlərin birində ayılıb gördük ki, torba tikməkdə ustalaşmış istintaqçılar Rüfətin ətırafında əməlli-başlı hörgü əməliyyatı apararaq, yalançı şahidlərin sayını artırıblar.
Bəziləri də rayondan teleqramalar göndərməklə Rüfət Səfərova rüşvət verdiklərini iddia etdilər.

Cənab Prezident!

ruf%c9%99t-s%c9%99f%c9%99rovzakir qaralovƏgər mənim oğlum rüşvətə bu qədər meyilli idisə, nədən müstəntiq vəzifəsindən istefa verirdi? Elə işindəcə qalıb rüşvətini davam etdirəydi.

Diqqətinizə daha  vacib bir məsələni çatdırmağı əhəmiyyətli hesab edirəm. Görəsən, 2014-15-cı illərdə Rüfət Səfərovun “aldığı “ rüşvəti vaxtında ifşa etməyə hansı səbəblər maneçilik törədirdi ki, bu qədər ləngimə ilə, Baş Prokurorluq özünü biabırçı şəklə salırdı? Axı, onlardan bunları soruşmaq gərəkdir. Zakir Qaralovdan onu da soruşmaq gərəkdir ki, müstəntiqi bu addımı atmağa hansı amillər məcbur edib. Yoxsa cəzalandırmağa nə var ki, tut, başını kəs, burax…

Başa düşürəm ki, hakimiyyət bunu boşuna buraxa bilməzdi. Amma istintaq işi o dərəcədə çiy və savadsız hazırlanmışdı ki, buna kimsəni inandırmaq mümkün deyildir. Sadəcə gülüş doğurur. Birinci inistansiya və apellasiya məhkəmələrində də hakimlərin qeyri peşəkarlıq nümayış etdirmələrinin şahidi olduq. Təssəvür edin, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyev heç bir qanun-qaydanı nəzərə almadan işi yekunlaşdırmağa çalışırdı. Hiss olunurdu ki, aldığı sifarişin, göstərişin yükü çox ağırdır…

HakimHətta o qədər alışqan vəziyyətdə idi ki, nə təqsirləndirilən şəxsin özünə son söz, nə də vəkil Bəhruz Bayramova müdafiə üçün son çıxış verildi. Beləliklə, Azərbaycan qanunvericiliyini və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaları heçə sayan hakim prosesi yekunlaşdıraraq hökmü oxudu və kağız-kuğuzunu yiğışdırmadan tələsik salonu tərk etdi. Məhkəmədə elə hadisələr baş verdi ki, adam dəhşətə gəlirdi. Babək Hacıyev adlı bir şahid gəlmişdi.

Çıxışı zamanı bildirdi ki, mənim Allahım var, nə Rüfət Səfərov məndən rüşvət istəyib, nə də mən ona rüşvət vermişəm. Hakim A. Hacıyev soruşanda ki, bəs siz özünüz ibtidai istintaqda belə ifadə vermisiniz. Şahid belə cavab verdi ki, o zaman mən xəstə idim, müstəntiq yazdı, mən də inanıb ifadəyə imza atdım. Hakim dərhal fasilə elan etdi. İki saatdan sonra, məhkəmə binasına daxıl olarkən, həmin şahidi polislərin əhatəsində gördük. Məhkəmə başladı, bu dəfə başını qaldırıb Allahına baxan şahid səhvini etiraf edərək Rüfətə rüşvət verdiyini elan etdi.

Cənab Prezident!

Görün məhkəmələrimizdə insanlar nə vəziyyətə salınır. Ancaq ədalət naminə deməliyəm ki, sifariş olmasaydı,  hakim  nə özünü, nə də şahidi insanların gözü qarşısında bu qədər alçaltmazdı.

Apellasiya məhkəməsində isə başqa bir mənzərə, görüntü ilə qarşılaşdıq. Hakim Ələsgər Novruzov özünü çox yumşaq aparırdı. Əslində isə sonda nə edəcəyini özündən başqa bilən yox idi. O, daha çox panbıqla baş kəsən təsiri bağışlayırdı. Şikayətimizi təmin etməyən hakim hökmü qüvvədə saxladı və Rüfət Səfərovu 1 saylı Bakı İstintaq Təcridxansına yox, Şüvəlandakı 3 saylı  təcridxanaya yola saldılar. Yerinin dəyişilməməsini nə qədər xahiş etsək də, məhəl qoymadılar. Lakin bir neçə gündən sonra Rüfət Səfərovu Şüvəlandan köhnə yerinə qaytarıdılar. Səbəbini bilmədik. Kürdəxanı təcridxanasında da son Rüfət Səfərov-2günlər ona qarşı pisixoloji təziq və təsirlərdən istifadə olunurdu. Kamerada yanına 25 illik xususi təhlükəli residivisti gətirib salmişdılar. Fikrimcə, bu təsadüfi yox, bilərəkdən edilmişdir. Ya Rüfətin həyatı üçün hər hansı təklükə hazırlanır, ya da bir inisident yaradıb yeni cinayət işinin açılmasını istəyirmişlər.

Nəhayət, indi Rüfət Səfərov cəzaçəkmə müəssəsinə göndərilmişdir.

Cənab Prezident!

Tutmaq, həbsə atdırmaq hər an, hər dəqiqə Sizin əlinizdədir. Son dərəcə xahiş edərdim ki, Sizə təqdimat verənləri, kiminsə barəsində ölçü götürmək üçün qarşınıza sənəd qoyanları dinləyərkən daxilinizdəki səsə qulaq asın! Əgər o səs Sizi haqqa çağırırsa, onu əsirgəməyin! Axı, Siz dövlətin başında duran adamsınız. Hamı Sizi tərifləməz ki! Tənqid edənlərə ikrahla yanaşmayın. Onlara yaxın durun. İnanın ki, yaltaqları dinləməkdən  bu işin faydası daha çox olacaq. Sizin işinizə ən çox badalaq vuran, beynəlxalq aləmdə Azərbaycanın adına söz-söhbətlər gətirən ətirafınızdır. Təmizlənin bu ətırafdan!

heyd%c9%99rl%c9%99rSon olaraq bir xatirəni söyləməklə bu məktubuma nöqtə qoyuram . Mümkündür ki, acıqlanasınız. Eybi yox. Mən onsuz da səmimiyyətin hansı məsəfədə olduğunu, artıq neçə illər idi ki, aydın görürdüm. Ona görə də həyacanlı deyiləm.

Yadınızdan çıxmayıbsa, 1997-ci ildə “İlham Əliyev böyük siyasətə hazırdır” başlığı altında “Frans-Press” agentliyinə verdiyim müsahibə dünyanın bir sıra önəmli nəşrlərində, o cümlədən “Vaşinqton tayms” qəzetində ışıqlandırıldı. Ölkə içində bütün mətbuat vasitələri, televiziyalar müsahibəyə yer verdi.

Arxivimdə qəzet materialları durur. Səhərisi Milli Məclisin foyesində məni gülərüzlə qarşılayıb təşəkkürünüzü bildirdiniz. Və qoltuq cibinizdən çıxararaq Heydər Əliyevin qucağında təzəcə dunyaya gəlmiş balaca Heydər və xanımınız Mehriban Əliyevanın görüntüsü olan bir şəkil verdiniz.
Dediniz ki, bu şəkli sənə əziz xatirə kimi təqdim edirəm. Bu şəkil indi də durur. İnanın ki, baxanda mühakimənifrət etmirəm, əksinə şəkildə ki, bu körpəyə xöşbəxt gələcək arzulayıram.

Amma burada Sizinlə aramızda olan bir fərqi xəyali olaraq nəzərinizə yetirirəm: Əgər hökmü-ixtiyar mənim əlimdə olsaydı və Heydər məni tənqid atəşinə tutaraq səhvlərimi üzümə söyləsəydi, Sizin Rüfətə olan bu qəddar və ədalətsiz münasibəti mən Allahıma həmd olsun ki, ona – oğlunuz Heydərə göstərməzdim. Gənçliyə rəhminiz gəlsin!

 eldar-sabiroglu-0022

Hörmətlə Eldar SABUROĞLU

 

Bastainfo.com

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir