“İDRAKI SÖNÜK BAŞÇILARIN QƏFLƏTİ ANCAQ, ETMİŞ, EDƏCƏK MİLLƏTİ HƏP ƏLLƏRDƏ OYUNCAQ.”!!!

BU “ALLAH”LARIN ƏLİNDƏ İNDİ ALLAHIN ÖZÜ DƏ ACİZDİSƏ…

Ayaz MÜTƏLLİBOV:

“Heydər Əliyevin və valideynlərinin məhz ən çətin hərbi hissələrdən birini seçməsi alqışlanlamalıdır…”!!!

“… Hesab edirəm ki, əsgər Heydər Əliyev birinci imtahandan müsbət qiymət alaraq öz valideynlərini, o cümlədən Ali Baş Komandan olan atasını və ona belə yüksək tərbiyə verməkdə xüsusi zəhməti olan anası Mehriban xanımı sevindirdi. Bu hissləri dil ilə təsvir etmək mümkün deyil. Prezident İlham Əliyev isə bu mərasimi ikiqat həyacanla həm ata kimi, həm də Ali Baş Komandan kimi izləyirdi. Mən bir daha Heydər Əliyevə gələcək hərbi xidmətdə uğurlar və ümumiyyətlə bu gəncə gələcək həyatında böyük nailiyyətlər arzulayıram”.

———————————————————————

P.S.

Hüseyn CAVİD:

“İdrakı sönük başçıların qəfləti ancaq,

Etmiş, edəcək milləti həp əllərdə oyuncaq.” !!!

———————————————————————

P.P.S

Mirzə Ələkbər SABİR:

“Olmasaydı cahanda sarsaqlar,

Yəqin ki, ac qalardı yaltaqlar.” !!!

 

——————————————————————–

P.P.P.S

Rüstəm BEHRUDİ:

“Yendirdilər Səni bəy, əfəndi, xan məmləkət!

Uzaqdan tabutuna durub baxan məmləkət!

Bilirsən ruhumdasan, Şəhər, küçə, kəndbəkənd…

Ürəyimdən içimə, Qanı axan, məmləkət!” !!!

——————————————————————–

P.P.P.P.S.

Sabir RÜSTƏMXANLI:

“Tale biz istəyən havanı çalmır.
Gözüm yetən yerdə sözüm ucalmır?
Hələ də dərdlidir dumanlı dağlar,
Hələ də yurdumun bir gözü ağlar?
Hər dilin ucunda bir ah yaşayır,
Hər üzdə bir azca günah yaşayır…” !!!

———————————————————————

P.P.P.P.P.S.

Ayaz ARABAÇI:

“Odu sönüb ahın da,

Boğul öz günahında,

Bu yerdə Allahın da,

Adı var, özü yoxdu…” !!!

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*