İLHAM ƏLİYEV VƏ RAZİ NURULLAYEV  – HAQSIZLIQLA ÜZLƏŞƏN İKİ NAMİZƏD !!!  

SEÇKİNİN MƏLUM YEKUNLARINA SÖZARDI ƏVƏZİ !!!

Dünən seçkinin elan olunmuş ilkin nəticələri ilə bağlı tənqidi qeydlərimizdən ciddi nəticələr çıxarılıb. Seçkini təşkil və təmin edənlərin total saxtakarlıqlarının göstəricisi olan faizləri göstərən rəqəmlər xeyli redaktə edilib, korrektəyə məruz qalıb.

1. İlham Əliyevin göstəriciləri 86%-ə yüksəldilib (dünən 82,71 faiz idi). Əlbəttə ki, İlham Əliyev üçün 82,71 faiz çox aşağı bir rəqəmdir. Heç 86 faiz də onun cəmiyyətdəki dəstəyinə və sosial bazasının sayına və cahanşümul siyasi güc əmsalına adekvat rəqəm deyil, Ümid edirəm ki, bu iradımız yekunda mütləq nəzərə alınacaq. Ayrıca, “karusel”lər də hesaba qatılarsa, İlham Əliyevə verilmiş səslərin faiz oranları, azı 120-lərin üzərində olmalıdır. İndi nə olsin ki, boykotçu müxalifətçilərin felinə uymuş beş-on nəfər “anti-milli ünsür” “karusel”i seçki pozuntusu kimi qələmə vermək istəyir. Şəxsən mən bunu xalqın  və fərdlərin öz prezidentinə üçqat, beşqat sevgisi kimi dəyərləndirir, canından can vermək istəyənlərin səmimiyyətinin göstəricisi kimi qəbul edirəm …

2. Zahid Oruc haqlı olaraq 3,11 %-lə seçki marafonunun ikincisi konumuna gətirilib (dünən 3,37 faizlə dördüncüydü). Zarafat deyil ki, adam özündən çox hakimiyyətin namizədini və siyasətini – şəxsən ilham Əliyevi təbliğ edib. Ölkənin gələcəyinə və dövlətin davamlılığına yönəlik tezis və şüarlarla çıxış edərək, cəmiyyətə ciddi mesajlar verib (məsələn: “Azərbaycanda siyasətlə məşğul olmaq və gələcəkdə nəyəsə nail olmaq istəyən hər kəsin Heydər Əliyevin məzarını ziyarər edərək, heykəlinə baş əyməsi vacibdir” və sair). Bu da seçkinin başbilənləri tərəfindən mütləq nəzərə alınmalıydı və alındı…

3. Bununla yanaşı, seçkinin sürpriz namizədi olan və parlaq seçki təbliğatı ilə bir anda millətin umuduna çevrilən Razi Nurullayevə qarşı, hakim komandanın və seçki bosslarının qısqanclığı bu gün daha bariz şəkildə ortaya çıxdı. Onunla bağlı edilmiş haqsızlıqlar bu günkü göstəricilərin fonunda nəinki azaldılıb, əksinə artıb ( dünən 0,92 faiz idi, bu gün 0,75%-ə endirilib) və bu cahamşümul siyasətçinin dünən elan olunan faiz göstəriciləri bir az da azaldılıb. Görünür bu da hakimiyyətin ümumiyyətlə alternativləri qəbul etməməsindən qaynaqlanır və bütün sahələrdə olduğu kimi, burda da, Razi Nurullayevin yalın əllə alternativlik obrazı yarada bilməsi qısqanclıqla qarşılandı…

4. Yerdə qalan namizədlər isə, zatən statistik göstəriciləri təmin etmək üçün qeydə alınmışdılar və bu rollarını da uğurla oynayıb, finişə qədər gəldilər, Təbii ki, onlardan təkcə Hafiz Hacıyevin prosesə ciddi təsir imkanları olduğunu da qeyd etməmək insafsızlıq olar. Amma o da əvvəldən demişdi ki, qardaşı məsləhət bilməsə heç nəyə iddia edəsi deyil…

Heç şübhəsiz ki, seçkinin bu günə məlum olan nəticələri də, hələ yekun nəticələr deyil:

lham Əliyev – 86%
Zahid Oruc – 3,11 %
Qüdrət Həsənquliyev – 3,04 %
Sərdar Cəlaloğlu – 3,02 %
Araz Əlizadə – 1,39 %
Hafiz Hacıyev – 1,51%
Fərəc Quliyev – 1,18 %
Razi Nurullayev – 0,75%

Ümid edək ki, yekun nəticələrin yazılışı prosesində bu günkü tənqidi yanaşmamızdan doğan qeydlər də nəzərə alınacaq. Ən əsası da, Razi Nurullayevin halalca haqlarının bərpası üçün, ona haqq etdiyi faizlərin yazılması vacibiyyəti var. Bu yöndə ədalət bərpa olunmayacaqsa, cəmiyyətin tərəqqipərvər kəsimi çətin ki, seçkinin nəticələrini tanıyıb, qalib(lər)ə hallallıq versin. Seçki prosesinə və onun nəticələrinə bu cür haram qatmaq isə, milli xəyanətə bərabər tutulmaqla, hakimiyyəti yerli və beynəlxalq ictimaiyyətin ciddi təpkiləri ilə üz-üzə qoyacaq. Vətən Savaşında Möhtəşəm Qələbəmizin və Qarabağa Böyük Qayıdışın simvolu olan Cocuq Mərcanlıda qılınan namaz haqqı, orda edilmiş dualara and olsun ki, bu yanlış düzəldilməsə, olacaqlar hakimiyyətə baha başa gələcək. Və bu gün ATƏT nümayəndələri ilə yaşanan naxoş olaylar da, əslində olacaqların ilkin işartılarındandı. Hələ ki gec deyil, verin kişinin haqqını, ədaləti bərpa edin, cənablar. Elə etməyin ki, Razi Nurullayev, bu peşmançılqdan dolayı, yenidən Əli Kərimliyə dönüb, onun gücünə güc qataraq üzərinizə gəlsin. Bu sizin sonunuz olar, bax, demədi deməyin!!!

——————————————————————————————–

P.S.

Beynəlxalq müşahidəçilər Azərbaycandakı prezident seçkilərinə mənfi rəy verib və mətbuat konfransında bir sıra hökümətyönlü jurnalistlər onlara hucum edib

ATET-in numayndələrinə hücüm olub

Beynəlxalq müşahidəçilər Azərbaycandakı prezident seçkilərinə mənfi rəy verib və mətbuat konfransında bir sıra hökümətyönlü jurnalistlər onlara hucum edib

Posted by SANCAQ production on Thursday, 12 April 2018

Просмотры: 22 819  (SANCAQ production)

2 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*