İLHAM ƏLİYEV, BİR ZƏHMƏT, TƏCİLİ BEYLƏQANA GEDİN!!!

MEHRİBAN XANIM, BİZƏ XƏCALƏT, SİZƏ ZƏHMƏT, BU AYAZ ORUCOVUN KİMLİYİNİ BİR ARAŞDIRIN HƏLƏ !!!

PREZİDENTİN VƏ I VİTSE-PREZİDENTİN  POÇTUNA 

Cənab prezident!

Çox hörmətli Mehriban xanım!

Məlumatınız olsun deyə bildirirəm ki, bu yazını üçüncü dəfədir ki yenidən yazmaq və yenidən sosial şəbəkədə(Fb) paylaşmaq zorunda qalıram. Məsələ burasındadır ki, bu Ayaz adlı, Orucov soyadlı, Beyləqan rayonunun keçmiş deputatı olan adamın kimliyini, kimim kimi və ya nəyin nəsi olmasını çox mərak etdim. Nə sirri-ilahidirsə, onun barəsində vətəndaş şikayəti ilə bağlı hazırlanan yazı sosial şəbəkələrdə  paylaşlan anda, bütün şəbəkələrdən ya silinir, ya da görüntülənməsinin qarşısı alınır. Adam bunu necə bacarır, hansı yolla edir, bilmirəm, bir zəhmət müvafiq qurumlara  bu məsələnin araşdırlması haqda göstəriş verin. Ayrıca da prezident və I vitse prezident olaraq, hər ikinizdən, Beyləqan sakini Ruhid Əliyevin Ayaz Orucovla bağlı şikayətinin yerində araşdırılması üçün təcili olaraq Beyləqana getmənizi rica edirəm. Bir halda ki, sizin təyinatınızla və birbaşa rəhbərliyiniz altında fəaliyyət göstərən yerli icra orqanları və rayonun hüquq mühafizə sistemi aylardan bəridir bir vətəndaşın şikayətini araşdırıb ədalətli qərar verə, vətəndaşa, haqlıdırsa haqqını, haqsızdırsa cəzasını verə bilmir, o zaman, hələ ki cinayət törədilib, qan tökülməyib,  Sizin özünüzün prosesə müdaxil olmanıza və dövlətin ədalətini ortalığa qoymanıza ehtiyac var, deyə düşünməkdəyəm. Sıradan bir sabiq deputatın isə, rayonda elədikləri azmış kimi, burada Bakının özündə də, dövlətin belə müdaxilədə bulunmaqda zorlandığı internet resursları üzərində nəzarəti ələ keçirməsi qətiyyən anlaşılacaq məsələ deyil. Kimdir bu adam, kimə arxayındır, kimə güvənərək ölkə boyunca at oynadır belə? Lütfən, mənim bu kiçik müraciətimi qəzetimiz və saytımız adından mətbu sorğu kimi qəbul edin və qanunla müəyyən edilmiş zaman çərçivəsində bu yöndə atılmış addımlar və görülmüş tədbirlər barəsində bizi də məlumatlandırın.

Bu arada, bildirirəm ki,  müraciətimin məhz seçki gününə dəng gəlməsi sıradan bir təsadüfdür və seçki ilə hər hansı şəkildə bağlılığı yoxdur. Bununla belə, burda həm də, mistik bir əlaqənin, olduğunu da istisna eləmirəm. Vətəndaşın səsi ilə prezident olan bir kişinin, o vətəndaşın haraynı eşitmək mükəlləfliyi də var məncə. Oysa, bu dəfə o haray Beyləqandan gəldi, gedin o harayın dalınca, ona görə gedin ki, haray edənin səsi sandıqda sizə yönəlsin, halalınız olsun, ola bilsin !!! 

Şəxsinizə və məqamınıza  sayğlarla

Sərdar ƏLİBƏYLİ

P.S.

Yeri gəlmişkən, bir-ikicə cümlə də bu Ayaz Orucuvun özünə deyim. Kəndinizə gəlin, cənab sabiq deputat, burası dağ başı-falan deyil, sən də gözü qara deyilsən, yığışdırın bu lotuluğu, özünüzü sabiq də olsanız, bir deputat, bir millət vəkili kimi aparın. Enində-sonunda adına “ayıb” deyilən bir anlayış və “ictimai qınaq” adlı bir nəsnə var, əvvəldən də dedim axı, ortada aylardır davam edən bir münaqişə və ya bir mübahisə varsa, onu qanunlara və rəsmi qaydalara əsaslanaraq həll etmək lazımdır və əmin olasınız ki, ayıbın sizdən keçdiyini bilirəm, ancaq ictimai qınağı bacardığım yerə qədər təmin edə biləcəm əlbəttə. Onu da biləsiniz ki, ölkə boynca at oynatmaq  kimsənin həddi deyil, o cümlədən sizin də. Hər halda mən deməli olduğumu dedim ki, sonradan, demədi deməyəsiniz. 

————————————————————————————————

SABİQ DEPUTATIN ƏLİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ ŞİKAYƏT !!!

VƏTƏNDAŞ SƏSİNİ İLHAM VƏ MEHRİBAN ƏLİYEVLƏRƏ ÇATDIRMAMIZI İSTƏYİR !!!  –  (VİDEO)

Beyləqan sakini keçmiş deputatı mülkünü əlindən almaqda ittiham edir.

Bu barədə saytımıza müraciət ünvanlayan  şikayətçi Ruhid Əliyev məlumat verib. R.Əliyev bildirib ki, onlara aid torpaq sahəsi, rayonun eks deputatı Ayaz Orucov tərəfindən, əllərindən alınıb. Məlumatda deyilir:

“Beyləqan şəhərinin mərkəzində bizim ailəyə mərhum atamdan miras qalmış Dövlət Reyester xidmətində qeyd nömrəsi 3-15, univentar nömrəsi -15 olmaqla qeydiyyatda olan mülkümüz qanunsuz olaraq zəbt olunub. Deməli, Ayaz Orucov Beyləqanda deputat olarkən şəhərin mərkəzində rəhbərlik etdiyi “Hidromaş” şirkətinin vasitəsiylə ( guya Beyləqan rayonuna musiqi məktəbi tikəcək) Beyləqan İcra Hakimiyyətinin musiqi məktəbi üçün ayırdığı təxminən bir hektara yaxın torpaq sahəsini dövlətdən oğurlayaraq orada özü üçün imarət tikdirib”. Bu hadisə 2014-cü ildə baş verib. Ayaz Orucovun dövlətdən oğurladığı torpaq bizim adıçəkilən ərazimizin yaxınlığındadır. Buna görə, harın deputat orada tikdirdiyi imarətin həyətini genişləndirmək məqsədi ilə, bizim mülkümüzü də zorla əlimizdən alaraq, qəsrinin həyətinə qatıb. O vaxdan hansı yerli və mərkəzi hüquq mühafizə orqanlarına, icra qurumlarına şikayətlə müraciət etsək də, hələ də Ayaz Orucovun bu əməli cavabsız, bizim müraciətlərimiz isə  nəticəsiz qalıb. Vəzifəli dostlarının sayəsində ona gözün üstə qaşın var deyən olmayıb.

Bizə bu işdə öz köməkliyinizi əsirgəməmənizi, Prezidentimiz İlham Əliyev Cənablarına, Vitse Prezident Mehiriban xanım Əliyevaya və bütün aidiyyəti orqanlara ünvanlamanızı sizdən çox çox xahiş edirəm!”.

“ps-nota.com”

———————————————————————————————-

ZƏRURİ QEYD – 1:

Bildiririk ki, Ayaz Orucovun mövqeyini də saytda dərc etməyə hazırıq.

————————————————————————————————-

 ZƏRURİ QEYD – 2:

3 gün öncə yayınladığımız bu xəbərin təkrar dərcinə ona görə qərar verdik ki, materialın Fb-dəki yaymı sabiq deputat tərəfindən təşkil olunan şikayətlər əsasında sistem daxilində bloklanıb. Bunu heç yakışdırmadım cənab SABİQƏ, bu, problemi çözməz ki, daha da böyüdər, yoldaş Orucov A., demədi demə. Burası Beyləqanın mərkəzi deyil ki, kefinə buyruq istədiyin yeri ələ keçirib həyətyanı sahənə qatasan. Məndən söyləməsi !!!!!!!!!!! 

————————————————————————————————

16. 03. 2018

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*