İNSAN OĞLUNUN QADİR OLMADIĞI, BACARA BİLMƏDİYİ HEÇ NƏ YOXDU!!!

Muəllif: 

QARABAĞI UNUTMAMAĞIN YEGANƏ YOLU —

ONU QAYTARMAQDIR!

İngiltərənin baş naziri Tereza Mey Rusiyaya qəzəblənib və onun ünvanına… Azərbaycan üçün çox ağır ifadə işlədib.

Britaniya hökumətinin rəhbəri London lord-merinin verdiyi ziyafətdə deyib ki, Moskva ara qarışdırır, Qərb ölkələrini üz-üzə qoymaqla dünya düzənini pozmaq istəyir, başqa dövlətlərdə seçki proseslərinə müdaxilə edir, müdafiə sistemlərinə haker hücumlarının arxasında dayanır, təxribat məqsədi ilə yalan xəbərlər yayır, «informasiyanı silaha çevirməyə» çalışır. Tereza Mey Rusiyanı «bizim hamımızın asılı olduğumuz beynəlxalq qayda-qanunlara» təhlükə adlandırıb və üzünü Kremlə tutaraq, onu hədələyib:

”Sizin nə etdiyinizi biz bilirik, istəyinizə nail olmayacaqsınız!”.

Baş nazir «şimal ayısı»nın qonşu ərazilərə «pəncə» uzatmasından da danışıb, Ukraynanın bir parçasının — Krımın anneksiyasını xatırladıb:

«İkinci Dünya müharibəsindən sonrakı dövrdə ilk dəfədir ki, Avropada bir suveren dövlət başqa dövlətin ərazisini zorla əlindən alır!!!».

***

«Hamının asılı olduğu qayda-qanunlara» tabe dünyamızda Ukrayna dərdli, Azərbaycan adlı bir ölkə də var. 

Krımın zəbtindən 20-21 il əvvəl — İkinci Dünya müharibəsindən sonra Avropada ilk dəfə — məhz bu ölkənin torpaqları zorla əlindən alınıb. İşğalçı dövlət – hər cəhətdən Azərbaycandan kiçik və zəif Ermənistan, onun vuran əli isə elə həmin qıllı «ayı pəncəsi»dir.

Xocalıdan Şuşaya, Şuşadan Kəlbəcərədək Rusiya ordusunun Ermənistana hərbi yardımını və rus soldatlarının bir sıra döyüşlərdə fəal iştirakını təsdiq edən kifayət qədər sənədlər, şahidlər var. Kəlbəcərə hücumu koordinasiya edən ştatlı rus zabitlərinin radio danışıqlarını özüm dinləmişəm, sonradan, «Qarabağı unutmayaq» kampaniyaları zamanı onların audioyazılarını tələbələrlə görüşlərdə səsləndirmişəm.

***

Azərbaycanın nazirləri, nazirlərdən yuxarı və aşağı kreslolarda əyləşənləri, varlı-karlı adamları, nədənsə, məhz Britaniyanın paytaxtını övladlarına iqamətgah seçiblər. Bu gənclər Londonda təhsil alır, mülkiyyət əldə edir, biznes qurur, eyni zamanda, kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, böyük uğurla Vətən naminə ictimai-siyasi fəaliyyətlə məşğul olurlar. Lobbiçilik, tanıtım, piar adına Londonda rəsmi və qeyri-rəsmi tədbirlərə xərclənən pulları, o cümlədən dövlət vəsaitlərini, bəlkə, Azərbaycanın sosial büdcəsi ilə müqayisə etmək mümkündür.

***.

Tereza Meyin 13 noyabr çıxışını Financial Times baş nazirin indiyədək səsləndirdiyi «ən sərt çıxış» adlandırıb. Britaniya hökumətinin açıq və kəskin mesajları hələ də dünya mediasının diqqət mərkəzindədir. Təbii ki, hər regionda Meyin çıxışının bir aspekti daha çox qabardılır. Məsələn, ukraynalı ekspertlər Krım məsələsini önə çəkirlər. Mən də eyni mövzuda, həm də planetin ən qüdrətli dövlətlərindən birinin başında duran şəxsin dediklərinə uyğun kontekstdə Qarabağdan danışmaq üçün qələmə sarılmaq istədim. İddiam, əlbəttə, baş nazirə tarix dərsi verməkdən ibarət deyildi. 

Problem elmi biliklərin azlığında yox, sistemli siyasi fəaliyyət nəticəsində formalaşmış yanaşma tərzində idi.

İstənilən halda, Goradildən Dumanlı Albiona heç cür əl çatdıra bilməzdim. Amma bizim, necə deyərlər, «müvafiq icra strukturlarına» və Londonda «Vətən naminə böyük işlər» görməkdə davam edənlərə belə bir xırda xatırlatma yerinə düşərdi ki, Qarabağ məsələsini yeni aspektdə gündəmə gətirmək üçün əlavə imkan yaranır. Axı, Azərbaycan da Avropadır. Özü də çox vaxt belə təsəvvür yaranır ki, onun Avropaya daha yaxın inteqrasiyasına Qərb bizdən artıq maraq göstərir. Sonra fikrimi dəyişdim: görünən dağa nə bələdçi? Özləri hər şeyi görür, eşidir və yəqin, az bilmirlər…

***

Zaman qum kimi axıb gedir, amma bəzi işləri görmək heç indi də gec deyil. Tereza Meyin bəyanatı ilə bağlı müzakirələr hələ bir müddət səngiməyəcək. Bir də ki, əsrin dörddə birindən artıq davam edən işğala aid məsələdə beş-altı gün nəyi dəyişir? Təkliflərdən biri odur ki, Britaniyada, kontinental Avropada və burada – öz vətənində yaşayan azərbaycanlıların imzası ilə İngiltərənin baş nazirinə, ümumavropa strukturlarına elektron petisiya üvanlansın. Onun kiçik mətninin əsasını yuxarıda qara şriftlə seçdirilmiş fikir təşkil edə bilər. Sənədin hazırlamasına təşəbbüslə tanıtım-lobbiçilik-pablik münasibətlər sahəsində ixtisaslaşan ictimai təşkilatlarımızdan birinin çıxış etməsi daha məntiqlidir. Çünki bu işdə səriştənin, texniki bacarıqların olması şərtdir. Mənim yoxumdur, olsaydı, özüm qabağa düşərdim.

Kollektiv müraciətləri Azərbaycanda saya alan yoxdur. Avropa siyasətçiləri isə onlara çox həssas yanaşırlar. Xüsusilə belə müraciətləri minlərlə, on minlərlə adam imzalayıbsa və aksiya barədə məlumat mediada yayılıbsa!

***

Bu yaxınlarda qısa müddətə Bakıya gəlmiş Vahid Qazi ilə kafedə görüşdük. Orada Hikmət Sabiroğlu ilə qarşılaşdım. İllərlə yollarımız kəsişməyib. Hikmət Sabiroğlu xeyli dəyişib, amma sifətinin ifadəsi eyni, gözlərindəki kədər həmin kədərdir. Mən onun üzündə bu ifadənin nə vaxt, necə yarandığını yaxşı xatırlayıram: Şuşa işğal olunan gün biz bir qəzetdə işləyirdik.

Amma… artıq çoxlarının gözündə bu kədəri görmürəm. Sadəcə, baxışlar sönükdür…

O sönük baxışlar və yaşı əsrin dörddə-biri qədər olan gənc nəsil barədə düşünür, gələcəyi təsəvvürümə gətirməyə çalışır və anlayıram ki, nə qədər «Qarabağı unutmayaq» kampaniyası keçirirsən-keçir, Qarabağı unutmamağın yeganə yolu onu geri qaytarmaqdır.

 

————————————————————————————————-

P.S.

Sərdar ƏLİBƏYLİ

İNSAN OĞLUNUN QADİR OLMADIĞI, BACARA BİLMƏDİYİ HEÇ NƏ YOXDU!!!

TƏKİ BİR İSTƏK BİR DƏ, O İSTƏYƏ YÜRÜMƏK HƏVƏSİ VƏ MƏSULİYYƏT OLSUN !!!! 

MÖCÜZƏ KİMİ BİR ŞEY(SONACAN İZLƏYİN) !!!

Bunlar 100% bilyardın yaradanını axtarırlar. 🙂 Daha çoxu üçün Kenquru.az'ı bəyənin. 🙂

Posted by Kenquru.az on Monday, 20 November 2017

Bizim ən böyük yanlışımız,  təxirəsalınmaz vacibiyyətlərimizin həllində,  gərəkən istəyimizin, həvəsimizin və ən başlıcası da, işlərə məsuliyyətli yanaşmamızın olmamasıdır. Elə bu səbəbdəndir ki, ölkənin irili-xırdalı bütün problemlərini həllinə olan ümidlərimizi  “LAZIM GƏLSƏ” bəhanəsinin arxasında gizlətdiyimiz təsəlliyə bağlamışıq. Oysa, qəti şəkildə istəmək, həvəslə işləmək və görülən, ya da görüləcək işlərə, hədəfə yetincəyə qədər, tam məsuliyyətlə yanaşmaq zərurəti var. Dünən, Arif Əliyevin yazısından oxuyuruq ki, Qarabağı unutmamağın da, unutdurmamağın da ən doğru yolu – ora qayıtmaqdır, Qarabağa qayıtmaqdır yəni.  Arif bəy bu deyimində sadəcə haqlı deyil, çox haqldır. Amma Qarabağa dönə bilmək üçün çox böyük istək, bu dönüşə hədəflənmiş prisipiallıq səviyyəsində həvəs, bir də dövlət və millət adına sınırsız məsiliyyət gərəkir. Baxın, bu iki gənc adam, görüntü olaraq mümkünsüz olanı, necə mümkün edə bilblərsə və buna  hansı istək, hansı həvəs və hansı məsuliyyətlə yanaşblarsa, ki, nəticədə mümkün olmuyanı belə mümkünə çeviriə biliblər. Kim deyir ki, Qarabağa qayıtmaq mümkün deyil?! Biz bunu çox istədikmi, o boyda həvəsdə olduqmu və bunun hansı məsuliyyəti tələb etdiyini anlamağa heç çalışdıqmı? Zira çox istədiyimiz, bu işə sonsuz həvəslə girişdiyimiz və yetərincə məsuliyyət hiss etdiyimiz andan, Qarabağa qayıtmağın əsasını qoyacaq və bəlli zaman kəsiyində buna nail də olacağıq. “Lazım gəlsə” ifadəsi isə, istəksizliyin, həvəssizliyin, bir də məsuliyyətsizliyin göstəricisidi və bu da ən yaxşı halda təsəlli üçün yarıya bilər.

Arif bəy sadəcə haqlı deyil, həm də çox haqlıdr, Qarabağı  unutmamağın və unutdurmamağn ən doğru yolu Qarabağa qayıtmaqdır!!!   

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir