İQBAL AĞAZADƏ TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK SEÇKİLƏR HAQDA YAZDI

İqbal AĞAZADƏ:

Türkiyədə hər seçki marafonunda  – İsrail – Fələstin münaqişəsi alovlanır”!!!

Yaxın Şərqdə və islam dünyasında özünə populyarlıq qazanmış Ərdoğan hər halda bu məsələlərdən kənarda deyil“!!!

 

 Fb-NİN GÜNDƏMİNDƏN

Iqbal AĞAZADE

15 may 2018

İyun ayının 24 – də Türkiyədə keçiriləcək növbədənkənar parlament və prezident seçkiləri Azərbaycanda da maraqla izlənir. Sonucun necə olacağı haqqında müxtəlifproqnozlar səsləndirilir. Məsələnin o tərəfi barədə nəsə yazmaq niyyətində deyiləm. Məqsədim başqadır. Türkiyədə keçirilən seçkilərin tarixinə diqqət etdikdə maraqlı faktlarla rastlaşdım. Türkiyədə hər seçki marafonunda – 2014 – cü il mart bələdiyyə seçkiləri istisna olmaqla, (bu barədə ayrıca yazacağam) – İsrail – Fələstin münaqişəsi alovlanır:

– Türkiyə din qardaşlığı və Ərdoğanın rəhbərliyi ilə birləşir;

-Qüds, Fələstin, İslam Birliyi seçkinin əsas şüarına çevrilir.

Nəticədə AKP seçimləri qazanır. Əcəba, bu bir təsadüfmü? Əsla. Yaxın Şərqdə və islam dünyasında özünə populyarlıq qazanmış Ərdoğan hər halda bu məsələlərdən kənarda deyil. Və ya Ərdoğanın hakimiyyətdə qalmasını istəyənlər din birliyinə əsaslanaraq, kütlənin Ərdoğan və partiyasının ətrafında birləşməsi üçün hər şey edirlər. 2010, 2014, 2015 və 2018-ci il seçkilərinin kecirildiyi tarixlə

İsrail – Fələstin münaqişəsinin dinamikasında paralellər aparmaq yetərlidir.

—————————————————————————————

P. S.

2014-cü il mart bələdiyyə seçkilərindən əvvəl isə yenə xarici güc faktoru ortada idi. Sadəcə bu dəfə Pensilvaniya. Sanki İran İslam Respublikasının daxilində problem olarkən “Mərg bər Amrika”, “Mərg bər İsrail” şüarları kimi…

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*