İQBAL(I) ARAZ(DA) QƏRQ EDİLƏN AZƏRBAYCAN VƏ ÖLƏZİYƏN ÜMİD(LƏR)

Sərdar-010101Sərdar ƏLİBƏYLİ

İRTİCA VƏ İSTİBDAD ONA GÖRƏ AT OYNADIR Kİ…

iqbal-agazad%c9%99Mən yenə də oxucularımın və Fb dostlarımın diqqətinə sabiq millət vəkili İqbal Ağazadənin parlamentdəki daha bir neçə çıxışını çatdırmağı vacib bildim. Mənim üçün çox maraqlıdır ki, İqbal bəyin bu çıxışları niyə zamanında özünü müstəqil elan etmiş, eləcə də müxalif mətbuatın manşetlərindən tirajlanaraq cəmiyyətin diqqətinə çatdırılmayıb, onun səsləndirdiyi arqumentlər və faktlar nəinki ictimaiyyətdən gizlədilib, hətta İqbal Ağazadənin, istər bir millət vəkili, istərsə də bir partiya sədri və siyasi lider kimi imicini korlamaq, onu cəmiyyətin gözündən salmaq üçün hər şey edilib.

Bunun, əsasən kimlərin tərəfindən və hansı qəzetlər vasitəsi ilə edildiyini indi çoxları bilir, mən özüm də bu barədə dəfələrlə danışmışam və yazmışam. Və onu da qeyd edim ki, bu tip gözdən salma və müxtəlif vasitələrlə imicinə xələl gətirmə əməliyyatlarına məruz qoyulan siyasi xadim və ictimai fəal təkcə İqbal Ağazadə deyil, belələrinin sayı onlarladır. İqbal Ağazadənin bu çıxışlarını dinlədikcə, indi daha aydın başa düşülür ki, bu əməliyyatlar birbaşa hakimiyyətin mətbəxində hazırlanıb və sözügedən mətbu orqanlar və onların pərdəarxası bossları, daha doğrusu siyasi müxalifətə rəhbər təyin olunmuş “raykom”lar tərəfindən həyata keçirilib.


sabir-r-001nem%c9%99t-p%c9%99nahliRamiz Tağıyevetibar məmmədov-1Rəhim QazıyevRəsul QuliyevMirmahmud MirəlioğluSurət Hüseynovsual isaresi-001

(Bu sıranı uzatmaq da olar, hətta dünyasını dəyişənlər  də var və yaddan çıxanlar da ola bilir. Heç şübhəsiz ki, bu sırada Əbülfəz Elçibəyin də şəkli olmalıydı, amma adam dünyasını dəyişib və daha bu tip kirli bataliyalardan və çirkli qovğalardan kənar tutulması lazımdı məncə)


Tutaq ki, İqbal Ağazadənin parlamentə düşməsinə maneçilik törətməyən hakimiyyət, əlbəttə ki, bununla Milli Məclisə ciddi alternativ fikirlərin səsləndirilə biləcəyi məkan obrazı verirdisə, digər tərəfdən də, bu çıxışları cəmiyyətdən gizlədərək, onun barəsində, “müstəqil” və “müxalif” mətbuatda şər şəbədə yaydıraraq, qeyri-sağlam imici olan adam obrazı yaratmaqla, bir yandan İqbal bəyi, necə deyərlər, illərlə “xolostoy”a işlədirdi, o biri yandan da, öz təyinatlı “raykomlar”ını müxalif cinahın önündə tutmağı bacarırdı. Nəticədə isə, olanları indi hər kəs daha aydın görür…

… Və ən pis olanı da budur ki, İqbal Ağazadə də daxil, onlarla insanın potensial gücü, nə cəmiyyətin xeyrinə, nə də ölkənin siyasi həyatının canlanmasına istifadə oluna bilmədi. Məhz belə-belə oyunların və oyunbazlıqların nəticəsidir ki, bu gün ölkədə at oytadan irtica və istibdadın qarşısına çıxacaq başıpapaqlı qalmayıb. İllərlə cəmiyyətin ümid bağladığı “raykomlar” isə, indiki şəraitdə, istər ölkənin böhrandan çıxarıla bilməsi üçün millətin toparlana bilməsi, istərsə də, belə ağır vəziyyətdə labüd olan siyasi proseslərin canlanması qarşısında, gerçək bir tıxaca çevriliblər.

Nə yazıq ki, bütün bu deyilənlər acı bir gerçəkdir və bundan sonra nələrisə dəyişmək ya çox gecdi, ya da heç mümkün deyil. İrtica və istibdad isə günü-gündən daha da azğınlaşır, çünki, ona qarrşı çıxa biləcək adamları, iqtidar-müxalifət çütlüyü illər əvvəldən seçərək, kimisini “agent”, kimisini “satqın”, kimisini “vətən xaini”, toplamını isə  “xalq düşməni” edə biliblər. 

iqbal-agazad%c9%99-003araz əlizadəBu arada, ötən seçkidə İqbal Ağazadənin parlamentdəki yerinin Araz Əlizadəyə verilməsinin, onun haqqının gerçək bir uzurpasiyası olduğu qənaətlərim hər gün bir az da artır və burda tarixi bir mistikanın da əlamətlərini göedüm. Bu, bəlkə də Şimaldan qidalanan neobolşevizmin milli kadrlar üzərindəki növbəti total qələbəsinin simvilik təzahürüdü və bu mənada, adlar mənə çox maraqlı gəldi deyə, yazının adını

“İQBAL(I) YENİDƏN ARAZ(DA) QƏRQ EDİLƏN AZƏRBAYCAN VƏ ÖLƏZİYƏN ÜMİD(LƏR)”

qoymağa qərar verdim.


P.S.

Bir zəhmət sizlərə, bu videogörüntülərə də baxın hələ, bu bədbəxtin oğlu illərlə parlamentdə təkbaşına aslanlar kimi döyüşüb, mükafatı nə olub bəs, “raykomlar” tərəfindən “agent” tituli ilə təltif edilib. Atalar yaxşı deyiblər ki, adımı sənə qoyaram, səni də yana-yana!!!!!!!!!!

 

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

2 şərh yazılıb

  • 08/01/2017 at 07:57
    Permalink

    Mənim İqbal Ağazadə ilə heç vaxt münasibətim olmayıb və bu gün də yoxdur.Lakin imkan olduqca onun MM-də kifayıt qədər əsaslandırılmış ,mövcud rejimin anatomiyasını – qərəzli,anti-milli siyasətin açıb xalqa göstərən savadlı və cəsarətli çıxışlarını diqqətlə izləmişəm.Zəruri və təqdirə layiq çıxışlardır.Əgər,o MM doğrudan da MİLLƏTİN seçdiyi VƏKİLLƏRdən ibarət , qarşıya qoyulan məqsəd isə Ölkəmizin taleh yüklü məsələlərinin həll edilməsi olmuş olsaydı!? …Cənab İqbal Ağazadə mövcud rejimin oyun qaydalarını öz kəskin və inkar edilməsi qeyri-mümkün olan real faktlarla zəngin çıxışları ilə , həm də ardıcıl pozması ona çox baha başa gəldi.Düşünürəm ki,normal sekgidə layiqli rəqibə uduzmaq ,heç də faciə deyil.Ancaq ,İqbal Ağazadənin araz əlizadəyə uduzdurulması rejim sahiblərinin ONA verdiyi ən ağır cəzadır. Hətta ,ömürlük həbsdən də,…!

  • 08/01/2017 at 14:52
    Permalink

    İqbal Ağazadə ölkədə illər öncə ölkəmizdə hazırda baş verən bütün neativ hallar barədə xəbərdarlıq etmişdi. Bu gün MM-də xalqının rifahı naminə nəsə deyən bir “villət bəkilinin” ya cəsarəti yoxdur, ya da savadı ki, İqbal Ağazadə kimi çıxış edərək, xalqa konktet faktlarla ətraflı məlumat versin! Araz Əlizadənin və digərlərinin ümumiyyətlə səsi eşıdilmir! Samki, bu xalqa heç bir aidiyyətləri yoxdur! Millət bu “millət vəkillərinin” villaları, onların ölkənin ən səfalı yerlərində xalqdan zorakıliqla zəbt edilərək özləri üçün yaratdıqları xaruqələrdən başqa məlumatlar yoxdr! Bu günkü gündə hamı sakitcə oturaraq, mürgü vurur!!! Xalqın rifah halı onları qətiyyən maraqlandırmır! İqbal Aazadə kimi millətini düşünən şəxsiyyətlərə isə MM-də yer olmaması, bütün qaranlıqlara aydınlıq gətirir!!!!!!! Allahdan xalqımıza könək diləyirəm! Bu gün mənzillə təmin olunan “millət vəkillərindən” soruşarlam – Vətən uğrunda canlarını fəda edən Vətəninin igid Şəhidlərinin ailələrinin evlərinə baş çəkiblərmi? Bu gündə vaqonlarda, ağır şəraitli yataqxanalarda faciəli həyat yaşayan qaçqın-köçkünlərə baş çəkiblərmi? “Millət vəkili” olaraq,Ağır xəstə, 1-ci qrup əlil övladını ağır şəraitli bir mənzildə müalicə etmək məcburiyyətində qalan vətəndaşlara baş çəkiblərmi? Çörəklə imtahana çəkilmiş xalqın hesabına kresloları zəbt etmiş “millət vəkillərinə” ayrılmış mənzillərdə heç biri xeyir görə bilməz! Çünki əsil ehtiyacı olan vətəndaşların ah-naləsi hər addım başı sizlərə lənət oxuyacaq, haramınız olsun deyəcək!!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir