İŞLƏR “ABELİX”Ə VARMALIYDI VARDI DA!!!

“… ТУТ ВСЮ СИСТЕМУ МЕНЯТЬ НАДО”!!!

MƏSƏLƏ NƏ ABELDƏ, NƏ ŞEYXDƏ NƏ DƏ DİGƏRLƏRİNDƏDİ VƏ ZAMAN-ZAMAN VURULANLARIN ADLARI ÜZƏRİNDƏN APARILAN MANİPULYATİV DEDİ-QODULAR HEÇ NƏYİ NƏ HƏLL EDƏCƏK, NƏ DƏ DƏYİŞƏCƏK. MARAQLI OLAN VƏ ÜZƏRİNDƏ DÜŞÜNÜLMƏLİ, GÜCÜMÜZ YETƏRSƏ, DƏYİŞİLMƏLİ OLAN NƏSNƏNİN ADI İSƏ SİYASƏTDİ – AZƏRBAYCANDA YÜRÜDÜLƏN SİYASƏT. DÜZ 25 İLDİ Kİ, AZƏRBAYCANA HAKİM QLINAN SİYASƏT ŞƏRİN YANINDA, ŞEYTANIN QULLUĞUNDADI, O QƏDƏR. GERİDƏ VƏ İRƏLİDƏ QALAN NƏ VARSA, HAMISI, SADƏCƏ TƏFƏRRÜATLARDI, ADSIZ, RƏNGSİZ VƏ DADSIZ …

HƏR ŞEY SÖVETLƏR DÖNƏMİNİN MƏŞHUR BİR ANEKDOTUNDA, RAYKOMA ÇAĞRILMIŞ KANALİZASİYA USTASININ DEDİYİ KİMİDİ:

“… ТУТ ВСЮ СИСТЕМУ МЕНЯТЬ НАДО”!!!

(“Nota”-nın arxivindən)

“SALAM, DAR AĞACI!” !!!

Sərdar Əlib.

————————-

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

————————-

“ЧТО ТО МНЕ ВОЗДУХА НЕ ХВАТАЕТ …”

SİYASƏTİMİZDƏN VƏZİROVŞİNA, MÜTƏLLİBOVŞİNA, EFİRLƏRİMİZDƏN İSƏ VÜSAL ƏFƏNDİYEV QO(R)XUSU GƏLİR !!!

——————————————————————-

Əvvəlin axırısonun əvvəli,  rüstəm behrudi-21-21     rüstəm behrudi-12                             

Buymuşbilməmişəm

bunu mən dəli,

 Nə olsun ucasan,

boyun göy dəlir,

 Salam dar ağacı

                                       Rüstəm BЕHRUDİ

————————————————————————-

meydan herekatimeydan

1988-90-cı illərin, indi adına Azadlıq Hərəkatı deyilən, əslində isə kimlərin və hansı məqsədlə təşkil etdiyi hələ də bəlli olmayan mitinqlərinin tribunalarından “siyasət əxlaqsız və iyrənc peşədir” şüarlarını eşidəndə, özlüyümdə buna etiraz edər, içimdə üsyan qoparardım. Amma gəldiyimiz durum və şahidi olduğumuz Azərbaycanvari siyasət və siyasətçilər, o zamanlar deyilənlərin nəyə və niyə hesablandığını apaçıq göstərməkdədi.

Elçibəy

Özümün də kifayət qədər aktiv iştirakçısı olduğum Azadlıq Hərəkatı və mitinqlər barəsində yuxarıda söylədiyim fikirlərə etiraz etməyə tələsməyin. Çünki birincisi, meydanların ən populyar qəhrəmanları belə, zaman-zaman mitinqlərin sadəcə, xalqın coşan etirazından daha çox, görünməz əllər və qüvvələr tərəfindən təşkil olunmuş hadisələr olduğunu dəfələrlə etiraf ediblər. İkincisi də, Əbülfəz Elçibəy xaric, o zamankı meydan qəhrəmanlarının hamısı sağ-salamat və ayaqdadılar. Elə onların öz sözlərinə inansaq, indi xalqın etiraz həddi də, o zamankından heç də az deyil. Elə isə icazəsiz mitinqlər bir yana, heç olmasa, icazəli mitinqləri keçirməkdə niyə bu qədər zorlanırlar? Elə isə nə baş verir?

müxalifətCƏMİL HƏSƏLİMəsələyə məntiqlə yanaşsaq, ortaya o nəticə çıxır ki, ya, bu müxalif liderlər ucdantutma yalan danışırlar və əslində, Azərbaycan xalqı öz yaşam tərzindən və həyatından çox razıdı. Ya da, Azərbaycanın indiki iqtidarının qurduğu hakimiyyət Sovetlər İttifaqından qat-qat güclüdü.

Amma danılmaz faktdı ki, nə küllən xalqın vəziyyəti bir qara qəpiyə dəyəsidi, nə də çağdaşlıqdan çox uzaq olan indiki  Azərbaycan hakimiyyəti öz gücü, qüdrəti və dayanıqlığı etibarilə Sovet İttifaqına tay olasıdı. Burada hansısa  müxalif partiyanın adının xüsusi qabardılmasına heç bir ehtiyac yoxdu  və məsələ o anlama gəlməməlidi ki, deyilənlər yalnız bir-iki partiyaya aiddi. Əslində, bu fikirləri Azərbaycanın müxalif cinahında yer alan bütün təşkilat və liderlərə birbaşa şamil etmək olar. Zatən bəziləri, yarım-yapalaq olsa belə, mitinq-filan keçirməyə heç cəhd də göstərmirlər. Bir sözlə, siyasətimizdə olanlar indi ucdantutma siyasəti əxlaqsız və iyrənc bir peşəyə çevirməklə, siyasətin özündən başqa nə ilə desən məşğuldular…

Özü də bu mənada, təkcə müxalifətin üzərinə yüklənmək böyük ədalətsizlik olardı. Sadəcə, bu cinahın günahı ondan ibarətdir ki, özlərinin də dəfələrlə etiraf etmələrinə rəğmən, iqtidarın müxalifətçiliyin bütün kanallarını bağlamasına baxmayaraq, hələ də bu rolu ifa etməkdə davam edirlər. Bu da özlüyündə artıq illər öncədən dar ağacından asılaraq edam olunmuş adamın yaşamasına bənzəyir. Başqa sözlə, zamanında Heydər Əliyevin siyasətən böyük məharətlə qura bildiyi dar ağacılarından, İlham Əliyev eyni məharətlə Azərbaycan müxalifətini çoxdan as(dır)ıb. Bu mənada, bizə özlərini müxalif təşkilatlar, liderlər və güclər kimi sırıyanlar, ən yaxşı halda, yazılmasına artıq çoxdan əşhədü-ehtiyac olan yeni  “Ölülər”  tragi-komediyasının personajları olmaqdan savayı heç nəyə yaramırlar. 

Heydər-İlhamO tamam ayrı bir məsələdi ki, niyə dünya şöhrətli ümummilli liderin və onun davamçısı olduğunu iddia edən indiki prezidentin siyasətinin mahiyyəti, enində-sonunda, Azərbaycanda müxalifətçiliyin, çoxpartiyalılığın, siyasi plüralizmin, söz, vicdan və mətbuat azadlığının, əslindəsə, bütövlükdə demokratiyanın kökündən qazılaraq sinırdışı edilməsi ilə nəticələndi? Bu “niyə”nin cavabını verə bilmək bizim çapımızı aşan bir iş olduğundan, sadəcə yaranmış durumdan danışmaqdan ayrı bir istəyim yoxdu. Onsuz da, mətbuat ölkədə müxalifətçilik funksiyasını qədərindən artıq yükləndiyinə görədi ki, son vaxtlar bir-birinin ardınca ciddi yazarlar, baş redaktorlar siyasi sifarişlərin qurbanlarına çevrilməkdədilər və bu proses hələ də davam edir. Artıq Azərbaycan siyasəti büsbütün Əbdürrəhman Vəzirov dönəmini, mətbu və teleefirlər isə Ayaz Mütəllibov zamanının Vüsal Əfəndiyev epoxasını xatırladır. Dəyişən tək şey isə adlar və “vıveska”lardı. Məsələn,

Əvvəl böyük və qüdrətli SSRİ var idi, indi isə “müstəqil” və “daha qüdrətli” Azərbaycan var.

Əvvəl xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Əbdürrəhman Vəzirov var idi (ardınca da eyni titullara sahib Ayaz Mütəllibov gəldi), indi də xalqımızın böyük oğlu, dünya şohrətli siyasətçi Heydər Əliyev var (ardınca da eyni titullara sahib olan lham Əliyev gəlib).

Əgər əvvəl iqtidarın siyasi rəqiblərini tək olan AzTV-nin efirindən Vüsal Əfəndiyev söyürdüsə, indi də var olan bir neçə efirdən İbrahim Məmmədli, Etibar Hüseynli və başqaları söyürlər.     

Əvvəl də bir balaca cızığından çıxan ANS-i bağlayıb, sonra açırdılarsa, indi də bir balaca cızığından çıxan ANS-i bağlayıb, sonra açırlar (təbii ki, onda da, indi də, cızığına qaytarandan sonra).

Əvvəllər naxçıvanlıları   ekranlara  doldurub rəhmətlik Heydər Əliyevin əleyhinə danışdırırdılar, indi də ermənistanlıları ekranlara doldurub Əli İnsanovun əleyhinə danışdırırlar.

Onda da müxalifət liderlərinin (o cümlədən də Heydər Əliyevin) arxasınca rəsmi qəzetlərdə və digər KİV-lərdə ağızlarına gələni yazır və danışırdılar, indi də yazır və danışırlar.

Əvvəllər də hakimiyyətin özü və ayrı-ayrı məmurları barəsində ciddi məqalələr yazan jumalistlər təqib, təzyiq və həbslərə məruz qalardılar, indi də belədi.

Əvvəllərdə də istənilən vətəndaşın cibinə narkotik maddələr atıb tuta bilərdilər, indi də belə halların sayı artıb ki, azalmayıb.

Və ya bir zamanlar xalq artisti Zeynəb Xanlarovanın “Parapet” bağında təşkil olunmuş xüsusi məqsədli mitinqdə “Ayaz Mütəllibova səs verməyən ermənidir”- deməsiylə, bu gün xalq artisti Məleykə Əsədovanın xüsusi məqsədli konsertlərdə “Dədə Heydər” – deyə yaxasını yırtmasının, yaxud da İlhamənin bəlli adlara istinad etməklə,  klassik yaltaqlığın ən əttökən janrlarınnan efirlərdən barmaq silkələməsinin fərqi nəymiş görəsən?!

Əvəllər ölkənin külli-ixtiyarı KPSS bosslarının əlindəydisə, indi bu rolu YAP(SS)  boosları mənimsəyiblər

 və s. və ilaxır.

Lenin heykəliheydər əliyevin heykəli-1Buradakı “(SS)”-in Hitlerin “SS”-çi cəza dəstələrinə heç bir aidiyyatı yoxdu. Amma cəzaların tətbiqi və bu mənada xüsusi acımasızlıq və amansızlıq YAP-çıların mahiyyətinə çox yaxındı. Bu baxımdan YAP(SS)-çilər KPSS-çilərdən xeyli qabağa da gedə biliblər. Bir sözlə, hər şeydən görünəni odu ki, müstəqilliyimizin qazanılmasından 15 il ötsə də, hüquqi dövlətin qurulması, azad və açıq vətəndaş cəmiyyətinin yaradılması, bütövlükdə demokratik ənənələrin mənimsənilməsi baxımından bircə addım da qabağa gedə bilməmişik. Hər yan bolşevizmin hələ də yaşadığını, iqtisadiyyat əvəzinə küllən oliqarx-monopolist bazarkomların ixtiyarında olan Azərbaycan boyda bazarın, dövlət əvəzinə isə sədrlərin türkmənbaşıilham-eliyev-51fironluq etdiyi Azərbaycan boyda kolxozun qurulduğunu bariz göstərən əlamətlərlə doludu. Bir zamanlar addım başı qarşımıza  Lenin babanın heykəlləri, portretləri, şüara çevrilmiş fikirlərini əks etdirən afişalar çıxırdısa, indi də həmin yerləri Heydər babanın heykəlləri, portretləri və bərbəzəkli reklam şitləri tutur. Göz görə-görə Heydər Əliyevdən “Lenin baba”, İlham Əliyevdən isə “Türkmənbaşı” düzəltmək istəyirlər. Bununla belə, istər “dahi Vladimir İliçin”, istərsə də bir müddət “bütün türkmənlərin atası” sayılan Saparmurad Niyazovun taleyi və aqibəti, görünür hələ də bizlərə dərs olmayıb. Əgər olsaydı, ən azı, ayıb edər, indiki ağır və bir o qədər də təhlükəli bir dovrdə yaşadığımızın fərqində olar, bu millətin sırtından sıyrılan milyardları belə boş və mənasız yerlərə xərcləməzdik.

Bu mənada, ilk növbədə bəyənmədiyimiz, yuxardan aşağı baxdığımız ermənilərdən çox şeyləri əxz etməmiz gərəkdi. Təkcə son dövrlərdə barəsində xeyli danışılan və “Rusiyanın böyük ensiklopediyası”nda, ABŞ Dövlət Departamentinin, MKİ-nin saytlarında, tariximizin saxtalalaşdırılmasına dair bölümlərin yer almasına, ermənilərin, ən azı, Heydər Əliyevin heykəllərinə xərclənən qədər para qoyduqları şübhəsizdi. Bəyəm, bu erməni köpəkuşaqlarının heykəl qoyacaq adamlarımı yoxdu? Bəyəm, onların ötən illlər ərzində prezidentləri, dövlət başçıları olmayıb? Əksinə, onların istənilən prezidentinin dönəmində erməni xalqının min illərlə arzuladıqları istəklər reallaşıb, əsrlərə dayanan röyaları çin olub, gözəl Qarabağın özünü və üstəlik də ətraf rayonlarımızı işğal ediblər. İştə, düşmənçiliyi bir kənara qoyub, baş vermişlərə məntiqlə baxanda ortaya o çıxır ki, elə, əsl heykəl qoyulmalı prezidentlər – Ali Baş Komandanlar, onlarda bizimkilərdən çox olub. Ancaq ermənilər atəşkəsdən istifadə edib informasiya savaşına pul xərclədiyi bir zamanda, biz falçılıq edir, Nostrada-musun öncəgərmələrinin külliyatını nəfis tərtibatda çap edib, onun təbliği ilə məşğul oluruq. Sən demə, o rəhmətlik də Qarabağ savaşının olacağı barəsində yüzilliklərin o tayında xəbər tutubmuş. Adam elə bil YAP(SS)-in üzvü olub və çox böyük uzaqgörənliklə bildirib ki, Qarabağ savaşı ilkin mərhələdə ermənilərin xeyrinə oluşsa da, münaqişə uzun müddət davam edəcək və sonda Azərbaycanlıların xeyrinə başa çatacaq. Bax, bu yerdə rəhmətlik Mirzə Cəlil sağ olsaydı, deyərdi ki, “molodes Şeyxin elminə”. Hələ bütün dünya ilə problemi olan Belorus prezidenti ilə “çaşka-lojka” münasibətlərində olmağımızı heç dilə gətirməyinə dəyməz…

Beləcə, başımıza gələnləri və gətirilənləri saymaqla qurtaran, bitən, tükənən deyil. Və ən başlıcası da, bütün bu bəlaların ortaya çıxmasında, dəqiq Azərbaycan siyasətinin müxalifət adlandırılan tərəfini suçlamaq yersiz, yersiz olduğu qədər də gülməlidi. İndi Azərbaycanın bütün olan-olmayan uğurlarına şəriksiz sahib çıxan iqtidar və bu iqtidarın başında duranlar, ön cərgəsində addımlayanlar, ortada olan və adi gözlə görünən “provallar”a görə də məsuliyyət daşımalıdılar. Yoxsa, bolşevikcəsinə “inqilab qardaşlarını” bir-bir bada verib, yenidən heç nə olmayıbmış kimi böyük nailiiyyətlərdən danışmağa nə var ki?!

Əli İnsanov Fərhad ƏliyevTəkcə artıq məhkəmələri olmuş Əli İnsanovun və Fərhad Əliyevin barəsində deyilənlər və yazılanlar, bir deyil, bir neçə iqtidarların dinməz-söyləməz siyasi səhnəni tərk etməsi üçün yetər, bir az da artıq qalardı. Özü də burada kimin haqlı olub-olmamasından asılı olmayaraq, hər iki variantda, olub-bitənlərin məsuliyyəti indiki hakimiyyətin üzərinə düşür. Çünki bütün söylənilənlər  həqiqətdisə, o zaman niyə bu qədər talanlara və qanunsuzluqlara illərlə göz yumulub?! Yox, əgər deyilənlərin doğru olmadığı iddia olunursa, ki, belələri də kifayət qədərdi, onda illərlə dövlətin olduqca önəmli və strateji postlarını tutmuş sabiq nazirlərə qarşı belə amansız hacı məmmədovkampaniyaların arxasında dayanan maraqlar nədən ibarətdir? Hələ üstəlik də bu kimi şeylər ümumiyyətlə, dövlətin varlığını şübhə altına alırsa, o zaman həmin maraqların özlərinin müəmmalı pərdəarxasının olduğu da şübhə doğurmur. Bətnində  Hacı Məmmədov  boyda bomba partlayan hakimiyyət, normalda param-parça olub, öz qanında boğulmalıydı. Bu da baş vermədisə, demək, bütövlükdə son 15 illik hakimiyyətin bütün varlığı yalnız müəmmalardan ibarətdi!

————————————————————————-

( MÜƏLLİFDƏN ZƏRURİ HAŞİYƏ:

Gülər-RamizGülər-ElşadMTN işi kollaj-1cahangir hacıyev

Hələ bunların üzərinə son zamanların “GÜLƏRGEYT” Devalvasiya iqtisadi böhran-1VƏ “ELDARGEYT” adlandırılan olaylarını, artıq tam təffərrüatları ilə ortada olan xəzinə oğurluqlarını da gəlsəniz, sözügedən müəmmaların haralara vardığını düşünmək belə, vahimliyi ilə adamı dəhşətə gətirir.)

—————————————————————————

Və nəhayət, bir daha yazının sərlövhəsinə və alt başlığına nəzər salmanın vaxtıdı. Bütün yuxarıda söhbət açdığımız nəsnələr, əslində, olub-bitənlərin heç yüzdə biri də deyil. Daha doğrusu, istər siyasətdə, istərsə də mətbu və teleefirlərdə açıq-aşkar görünən elə biabırçılıqlar var ki, onlara baxanda adamın Vəzirovun da, Mütəllibovun da, lap elə Vüsal Əfəndiyevin də atasına rəhmətmət oxumağı gəlir. Açığı, elə şeylər var ki, onların barəsində yazmaq bir yana, düşünmək, fikirləşmək belə ayıbdı.  Ancaq “arifə bir işarə də yetər” düşüncələri ilə hələlik burda dayanaq. Lakin arif olanların anlaşılması bu qədər çətin olan əməllərə qol qoymaları o qədər də inandırıcı deyil və bu yazının da nəyisə dəyişəcəyinə ümid etmək sadəlövhlükdü. Bununla belə, bizdən deməsi… Ki, nə Azərbaycanın indiki hakimiyyəti Sovetlər qədər güclü, nə də bu millət bəzilərinin düşündüyü qədər acizdi!  Bəlkə durmağın, düşünməyin, bu millətin və dövlətin sabahını fikirləşməyin zamanıdı?! Nə deyirsən, əziz oxucu, düşünəkmi, buna zamanımız qalıbmı?! Daha doğrusu, onların, yəni Azərbaycan iqtidarının iqtidar sahiblərinin düşünmək, fikirləşmək limiti hələ tükənməyib ki?! 

Yazını bitirdiyimdə, qonşu otaqdakı dostumun bilgisayarından yenə də rəhmətliyin boğuq səsi gəlirdi:

Что то мне воздуха не хватает,vladimir vısotski

Ветер пью, туман глoтаю,

И с гибельным восторгом чую,

Пропадаю,  Пропадаю !!!!!!!!!!!!!

 

http://ok.ru/profile/561042434490/statuses/64868088594618

————————————————————————————-

NB!

Mayın 10-da ANS, gecə efirində, öz tamaşaçılarına “Neron” filmini təqdim etdi. Açığı ilk dəfə tamaşaçısı olduğum bu filmin iki epizodu yaddaşımı bıçaq kimi kəsərək, beynimə həkk olundu. Birinci epizodda, imperator senata gətirdiyi atı senatorlara göstərərək “bu gündən etibarən o, sizlərdən biridir və bütün müzakirələr zamanı onun da burada olduğunu qəbul edəcək, varlığı ilə hesablaşacaqsınız”- deyə bildirəndən sonra, nə baş verdiyini anlamayan senatorların sükutunu, imperatorun qəzəbli “eşitmirəm!” nidası pozur və bütün senat ayaq üstə yeni senatoru, yəni atı, uzun sürən və sürəkli alqışlara qərq edir…

10 mayIkinci epizodda isə, artıq ölmüş, daha doğrusu, zəhərlənərək öldürülmüş, imperator Klavdinin vəsiyyətnaməsi gizlədilərək, onun guya Neronu öz varisi elan etdiyi bildirilir…

…Bundan sonra isə, qadın fitnələrinin və karyerist məmurlar hikkəsinin meydanına çevrilən sarayda oynanan oyunlar, qurban verilən yaxın-uzaq əyanların axıdılan qanları Neronun taxt-tacını da qan rənginə boyayıb, imperiyanı məhvə sürükləyir…

Məsələnin ən maraqlı tərəfi isə bu filmin, məhz mayın 10-da efirə getməsiydi. Axı, mayın 10-u həm də Heydər Əliyevin ad günüdü!

«Nota bene!» qəzeti

24-30 iyun 2007-ci il

( 786 dəfə ümumi oxunub, 1 view today)

PAYLAŞ

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*