İSTİQLALÇI DEPUTATLAR MƏCLİSİ QƏRAR VERMƏYİB???!!!

“Bütün İstiqlalçı Deputatların əziyyətləri və əməyi ilə yanaşı, tarixi xidmətləri də  layiqincə qiymətləndirilməlidir.”

İSTİQLALÇI DEPUTATLAR-003İSTİQLALÇI DEPUTATLAR-001Azərbaycan respublikasında  müstəqilliyin bərpasının 25 illik yubileyi ilə bağlı (17. 10. 2016) İstiqlalçı Deputatların və Azadlıq Mücahidlərinin iştirakı Mətləb M.ilə keçirilən bayram tədbirindən sonra başlanan iradlar, narazılıqlar və etirazlar bitib-tükənmək bilmir. Tədbirdən sonra Istiqlalçi Millət Vəkili Mətləb Mütəllimlinin saytımızda dərc olunan və əsasən də, tədbirin təşkilatçısı kimi təqdim olunan digər İstiqlalçı Deputat, professor Hacıbaba Əzimovu tənqid edən məqaləsindən sonra başlayan proses, yazışmalar və müxtəlif cinahlardan gələn söz atışmaları hələ də dayanmayıb. Xatırladaq ki, Mətləb Mütəllimli özününv Rəhim Qazıyevin tədbirə dəvət olunmamasını, HACIBABA ƏZİMOVümumiyyətlə isə həyatda olan İstiqlalçı Deputatların yarısından çoxunun bayram toplantısına qatılmamasını, təşkilatçıların şəxsi münasibətləri və qərəzi kimi dəyərləndirmişdi. Bütün bu halları  ciddi qüsur kimi  tənqid edən Mütəllimli, hətta bu tədbiri “yarımçıq” adlandırmış, bunun səbəbkarı kimi də, Hacıbaba Əzimov başda olmaqla tədbitin təşkilatçılarını göstətmişdi. Mətləb Mütəllimlinin bu məqaləsinin ardınca professor Hacıbaba Əzimovla telefon danışığımız oldu və o, məsələlərə aydınlıq gətirən açıqlama ilə çıxış elədi. Qocaman professor bildirdi ki, heç bir qərəzdən  və ya şəxsi münasibətlərə söykənən səbəbdən söhbət gedə bilməz və tədbirə qatılmayan İstiqlalçıların tam Rəhim Qazıyevəksəriyyəti dəvətli olmalarına baxmayaraq, müxtəlif obyektiv və subyektiv səbəblərdən iştitak etməyiblər, ya da edə bilməyiblər. Mətləb Mütəllimlinin isə dəvət olunmamasını, Hacıbaba Əzimov, onun özünün lap başından İstiqlalçı Deputatlar Məclisində iştirakdan imtina etməsi ilə və tədbirin də məhz sözügedən məclis tərəfindən təşkil edilməsi ilə əlaqələndirdi. Rəhim Qazıyev məsələsinin isə həmin məclisin qərarı əsasında baş verdiyini deyən H.Əzimov, istər Rəhim bəylə, istərsə də Mətləb bəylə heç bir şəxsi qərəzinin olmadığını və hər zaman da onlara hörmətlə yanaşdığını söylədi.  Bunun ardınca isə Rəhim Qazıyevdən sərt reaksiya gəldi və o da öz növbəsində həm Hacıbaba Əzimovdan, həm də professorun qərarına istinad elədiyi İstiqlalçı Deputatlar Məclisindən narazılıqlarını və giley-güzarını cəmiyyətin diqqətinə çatdırdı.

İSTİQLALÇI DEPUTATLAR MƏCLİSİ-001Belə bir vəziyyətdə biz də İstiqlalçı Deputatlar Məclisində təmsil olunan bəzi millət vəkilləri ilə əlaqə saxlayaraq deyilənlərə aydınlıq gətirməyə çalışdıq. Çox maraqlıdır ki, əlaqə saxlaya bildiyimiz İstiqlalçı Deputatların hamısı, onların da təmsil olunduqları məclisdə  tədbirə kimlərin dəvət olunub-olunmaması kimi məsələnin müzakirə olunmadığını və təbii ki, belə bir qərarın da verilə bilməyəcəyini söylədilər. Üstəlik də, millət vəkilləri bu tədbirin təşkili və keçirilməsi ilə bağlı da xüsusi iclasın keçirilmədiyini, ümumiyyətlə isə, İstiqlalçı Deputatlar Məclisinin çoxdan bəri toplaşmadığını bildirdilər. Bütün hallarda, Hacıbaba Əzimovun belə bir tədbir keçirmək təşəbbüsünü alqışlayan İstiqlalçılar, bu cür söz-söhbətlərin ortaya çıxmasından da narahat olduqlarını dilə gətirməklə, ayrıca mətbuatda buna etiraz edən Rəhim Qazıyevlə Mətləb Mütəllimlini də yaxşı başa düşdüklərini söylədilər. Onların ortaq qənaətincə, indiki şəxsi və rəsmi müsasibətlərin necə olmasından asılı olmayaraq,  bu məsələdə ayrıseçkilik etmək olmaz və o zaman, əvvəl SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş, sonra da Ali Sovetdə Müstəqillik İSTİQLALÇI DEPUTATLARHaqqlnda Konstitusiya Aktının qəbuluna nail olmuş bütün deputatların əziyyətləri və əməyi ilə yanaşı, tarixi xidmətləri də  layiqincə qiymətləndirilməlidir. Əlaqə saxladığımız deputatlardan bəziləri, belə bir addımın, bəlkə də hansısa dar dairənin və ya iki-üç nəfərin arasındakı sözləşmənin nəticəsi kimi atıla biləcəyini istisna etməsələr də, bunu İstiqlalçı Deputatlar Məclisinin adına yazmağın doğru olmadığını bildirdilər. Hacıbaba Əzimovun da, bunu bütün məclisin qərarı kimi təqdim etməsinin ciddi yanlış olduğunu deyən millət vəkillərinin fikrincə, belə hallar qətiyyən yolverilməzdir və hər kəs öz sözünün də hərəkətinin də məsuliyyətini dərk etməkidir.     

Bu arada, o deputatdan əlavə Azadlıq mübarizəsinin öncül simalarından olan bəzi insanlar da, bu məsələdə ayrıseçkilik edilməsindən narahat olduqlarını söylədilər. Hətta, tədbirə dəvətli olsalar da, bu səbəbdən yana, etiraz əlaməti olaraq, yubiley tədbirində iştirakdan vaz keçdiklərini deyənlər də oldu.  

“ps-nota.com”

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*