İSTİQLALÇI DEPUTATLARIN SÖZ ATIŞMASI SƏNGİMİR !

Rəhim QazıyevRəhim QAZIYEV:

“Hacıbaba Əzimov, o “İstiqlalçı Deputatlar Məclisi” dediyiniz qurum nəmənədir?”

 “YAZIQLAR OLSUN BU QAFA İLƏ YAŞAYAN “DEPUTATLAR MƏCLİSİNƏ””

HACIBABA ƏZİMOVRəhim QaziyevÇox-çox, hörmətli, hörmətli olduğu qədər, bir az da ondan artıq ədalətli, ana bətnində olannan bu ana kimi demokratiya etalonu, ölkəmizin müstəqillik SƏLNAMƏSİNİN şəriksiz və bənzərsiz müəllifi prof. Hacıbaba Əzimov cənablarına, özümdə cürət tapıb aşağıdakı məzmunda müraciət etmək qərarına gəldim. “ps-nota” saytına İstiqlalçı deputatların Müstəqillik Günü münasibətilə keçirdiyiniz yığıncaqla əlaqədar verdiyiniz müsahibədə qeyd edibsiniz ki, …Rəhim Qaziyevin dəvət olunmaması barədə qərar İstiqlalçı Deputatlar Məclisi tərəfindən verilib. Ay Hacıbaba bəy, sizin qədər savadlı olmasam da, ən azı orta məktəb səviyyəsində oxuyub-yazmağı bacarıram, bir az qayda-qanunlardan da anlayışım var.

Birinci, cənabınızın qızıldan qiymətli vaxtını alıb xəbər almaq istəyirəm ki, o “istiqlalçı deputatlar məclisi” dediyiniz qurum nəmənədir?

İkinci, o qurum adlandırdığınız nəmənəyə kim o səlahiyyəti verib ki, İstiqlalçı (43-nəfərdən, ölənlərə ALLAHDAN rəhmət, qalanlara can sağlığı diləyirəm) deputatlardan özünüzünkü  saydıqlarınızı dəvətli, qəlbinizə yatmayanları dəvətsiz hesab edib, siyahıdan siləsiniz (ən azı bu yüksək ədəb-ərkanı nəvələrinizin sünnət toyunu çaldırıranda nümayiş etdirərsiniz!).

Üçüncü, zamanında sıralarında olub, sonralar nifrət etdiyiniz,  bəyənmədiiniz, antidemokratik və ədalətsiz hesab etdiyiniz KOMMUNİST PARTİYASININ sıralarından kimisə xaric etmək istəyəndə, heç olmasa görüntü xatirinə də olsa, günahkarı çağırıb o iclasda əyləşdirib, cinayıtlərini üzünə oxuyurdular. Mən, arxamca ara adamları – araqatanlar kimi, ünvanıma utanıb xəcalət çəkmədən uydurulmuş şər-böhtanları olmuş həqiqətlər kimi xalqa söyləyən psevdo vətənpərvərləri, “istiqlal fədailərini “, ərazi bütpvlüyündən ağzınnan alov püskürərək danışıb , bircə saat da olsa əlində silah VƏTƏN uğrunda vuruşmayan, özlərini AZƏRBAYCANIN “siyasi nəhəngləri” zirvəsində görənləri dəfələrlə dəyirmi masaya – debata dəvət etmişəm. Təbii ki, qaçıblar, özlərini eşitməməzliyə, karlığa, korluğa qoyublar. VƏ NƏHAYƏT,

Rəhim Qazıyev cəbhə-1DÖRDÜNCÜ, CƏNAB ƏZİMOV, MƏNİ BU İSTİQLAL FƏDAİLƏRİNİN SİRASINDA GÖRMƏMƏYİ ARZU EDƏNLƏRƏ ÇOX VACİB MÜJDƏNİ ÇATDIRIRAM – HƏMİN 43 NƏFƏR İSTİQLALÇI DEPUTATLARIN SİYAHISINDAKİ MƏNİM İMZAMI DİQQƏTLƏ YOXLAYIN – MÖTƏBƏR EKSPERTƏ GÖNDƏRİN, HÖKMƏN İMZAMIN SAXTA OLDUĞU AŞKAR OLACAQ. Sizin kimi çox dəyərli zatlar sırasına saxta yolla, təsadüfən düşmüş, qətiyyən sizinlə bir sırada durmağa yaraşmayan Rəhim Qazıyevdən beləcə, bir dəfəlik və əbədi olaraq dəyərli canlarınızı qurtaracaqsınız, YAZIQLAR OLSUN BU QAFA İLƏ YAŞAYAN, MƏNİ O MƏCLİSDƏ GÖRMƏMƏK ÜÇÜN QƏRAR ÇIXARAN “deputatlar məclisinə ” – binəvalar!!!


P.S. 

AZADLIĞA SƏS VERMİŞ “KÖHNƏ KOMANDA” BMM-DƏ BİR ARAYA GƏLDİ

İSTİQLALÇI DEPUTATLAR MƏCLİSİİSTİQLALÇI DEPUTATLAR MƏCLİSİ-001

İstiqlalçı Deputatlar Məclisi parlamentin buraxılmasını istədi

17. 10. 2012

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*