“KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ… QEYRƏTİMİZ BƏLLİDİR HƏR MİLLƏTƏ …” !!!

“ATƏT MÜŞAHİDƏÇİLƏRİNƏ HÜCUM EDƏNLƏR VƏTƏNİMİZİN ƏN QEYRƏTLİ ÖVLADLARIDIR” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Baxın.
Məsələn:
Bəhruz Quliyev. Uğurlu media maqnatıdır. “Səs” Media Qrupunun sahibi.
Siz onu bir jurnalist kimi təqdim edirsiniz. Amma o adi jurnalist deyil. 
Naxçıvanın Şahbuz rayonunda doğulub.
Mənim bir tərəfim Şahbuzlu olduğuna görə həmşəri də sayıla bilərik.
Fəlsəfə üzrə fəlsəfə doktorudur. Siyasi nəzəriyyə ixtisası üzrə.
Onu əməyi və biliyi layiqincə qiymətləndirilib.
Tərəqqi medalının laureatıdır. Azərbaycan Respublikası Prezidenti tərəfindən onun yanında KİVDF Müşahidə Şurasının üzvü təyin edilib.

Yaxud, Vüqar Rəhimzadə
Çox gülərüz və mehriban şəxsdir.
Sadəcə jurnalist deyil. 
İki Sahil’in baş redaktorudur. İki sahil dedikdə, heç də Xəzərin, yaxud Kürün, ya Köndələnçayın iki sahili yox, məhz Araz çayının sağ. (Cənubi Azərbaycan) və sol (yəni Şimal Qərbi Azərbaycan) nəzərdə tutulur. Yəni məqsəd çox böyük və ülvidir.
Culfa rayonunda doğulub.

Tanınmış siyasi xadimdir. YAP Siyasi Şurasının (Politburo) həqiqi üzvüdür. 
Üstəlik Azərbaycanın Xalq deputatıdır. 
Jurnalizm sahəsindəki böyük xidmətlərinə görə ölkə prezidenti tərəfindən ” Azərbaycan Respublikadının Əməkdar jurnalisti” adına layiq görülüb. Həm də cənab prezident etimad göstərib onu KİVDF üzvü təyin edib.

ATƏTə təpki göstərən başqa jurnalistlər də elə-belə şəxslər deyillər. 
Çox ciddi, prinsipal, sədaqətli və dönməz şəxslərdir. 
Ola bilər bu son dəfə barıtı bir az çox ediblər. Ərz elədim ki, bu yalnız xoş niyyətdən, sevgi və sədaqətdən irəli gəlib.

Qulu MEHERREMLİ 

Rəşid bəy, siz Bəhruz qədər parlaq qələm, dərin intellekt və istedad sahibi olmasanız da 😊, yazı üslubunuz çox maraqlıdır.. 

Rashid HAJİLİ 

Yazını demək olar ki, Vikipediyadan köçürmüşəm:)  

Yadigar SADİQOV 

Okazıvaetsa heç ərəbski də deyilmiş

Natiq CAVADLİ 

Yazıq fəlsəfə

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*