“KİMİN OLACAQDIR SON HÖKM, SON QƏRAR,

NECƏ QURTARACAQ BU VURUŞMALAR !” – 2

REAL HƏRƏKATI REALLIQLARLA BARIŞMAQ İSTƏMİR !!!

Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin,
partiyanın I Təsis Qurultayı ilə bağlı,

B Ə Y A N A T I

Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsi (TK) Partiyanın I Təsis Qurultayının bu ilin oktyabr ayının 29-da keçirilməsi ilə bağlı qərar vermiş və Bakı şəhərində yerləşən 4 və 5 ulduzlu otel və özəl obyektlərə partiya qurultayının keçirilməsi üçün yerin ayrılması (bir günlük kirayəsi) xahişi ilə müraciət etmişdir. Lakin müraciət olunan özəl yerlər siyasi partiya tədbirlərinə yer verməkdən imtina ediblər. Bunu nəzərə alaraq Partiyanın Təşəbbüs Qrupu adından Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə digər siyasi partiyaların bugünə qədər qurultay və digər tədbirlərini keçirtdiyi obyektlərlə bağlı müraciət ünvanlamışdır. Hər iki qurum cavab məktublarında qurultayımızın keçirilməsi üçün onlarda uyğun yerin olmadığını bəhanə gətirərək yer ayırmaqdan imtina ediblər. “Qanun” Nəşriyyat Evi və “Hürriyyət” qəzeti də onlara məxsus binalarda Qurultayın keçirilməsinə razılıq verməmişdir.Bütün bunları nəzərə alaraq Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu Müsavat Partiyasına istifadələrində olan binanın qurultayımızın keçirilməsi üçün bir günlük ayrılması xahişi ilə müraciət etmiş və müsbət cavab almışdır.Qurultayın 17 dekabr 2017-ci il tarixində Müsavat Partiyasının qərargahında keçirilməsi ictimaiyyətləşdirildikdən sonra Müsavat Partiyasının rəhbərliyinə Qurultaya yer verməməklə bağlı ciddi təzyiqlər göstərilməyə başlanmışdır. Belə ki, Dövlət Əmlak Komitəsi rəsmi məktubla Müsavat Partiyasına xəbərdrlıq etmişdir ki, əgər Qurultay üçün ReAl-a yer verilsə istifadələrində olan binanın boşaldılması üçün addımlar atılacaq. Halbuki bugünə qədər həmin binada müxtəlif siyasi partiyaların və təşkilatların tədbirləri heç bir maneə ilə üzləşmədən keçirilib. Bundan əlavə, Müsavat partiyasının başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılaraq qərargahda keçiirilməsi planlaşdırılan ReAl-ın Qurultayı ilə bağlı xəbərdarlıq alıb.

Bütün bu təzyiqlərdən sonra Müsavat Partiyasının rəhbərliyi Respublikaçı Alternativ TK-na müraciət edərək hakimiyyətin təzyiqləri, xüsusən Dövlət Əmlak Komitəsinin hüquqi iddiaları ilə bağlı məsələlərə aydınlıq gələnə qədər Təsis Qurultayının Müsavat partiyasının binasında keçirilməsini müvəqqəti olaraq təxirə salmağı təklif etmişdir.

ReAl TK Qurultayın keçirilməsi üçün yer ayırması ilə bağlı Müsavat partiyasına edilən bütün təzyiqləri kəskin şəkildə pisləyir. ReAl TK Müsavat Partiyasının müraciətini və partiyanın istifadəsində olan binanın itirilməsi təhlükəsinin ciddi olduğunu nəzərə alaraq, Təsis Qurultayını müvəqqəti olaraq təxirə salmağı qərara alır.

ReAl Partiya Təsis Qurultayının baş tutmasının hər vəchlə qarşısını alan, bunun üçün zorakılıq və təhdidlərdən əl çəkməyən hakimiyyət öz addımları ilə ReAl sədri İlqar Məmmədovun artan nüfuzu və ReAl-ın ölkənin siyasi səhnəsində yeni aparıcı qüvvəyə çevrilməsindən çəkindiyini bir daha sübut etmiş oldu.

ReAl olaraq bəyan edirik ki, ölkədə olan bütün qanuni vasitələrdən istifadə edərək Təsis Qurultayımızın keçirilməsinə nail olmaq niyyətindəyik.

Bakı şəhəri, 15 dekabr 2017-ci il

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir