KXCP “20 Yanvar Qəhrəmanlıq Günü”ndə şəhidlərimizi ziyarət edəcək!

PARTİYANIN İH HAKİMİYYƏRDƏN TƏLƏB EDİR Kİ, … 

16 yanvar 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

Toplantıda, 17 yanvar 2017-ci il, saat 12:00-da, KXCP qərargahında keçiriləcək – “20 Yanvar dərsləri və bu gün” adlı dəyirmi masa ilə bağlı müzakirələr aparılmışdır.

İdarə Heyətinin toplantısında, 20 Yanvar şəhidlərinin anım günü münasibəti ilə, Şəhidlər Xiyabanını ziyarət etmək üçün, 20 Yanvar 2017-ci il, saat 12:00-da Parlament küçəsində toplanmağı qərara alınmışdır. İdarə heyətinin qərarına uyğun olaraq, KXCP-nin bütün rayon-şəhər şöbələri, Şəhidlər Xiyabanını və ya “ 20 Yanvar abidə”lərini saat 12:00 – da ziyarət edəcəkdir .

İdarə Heyətinin toplantısında ölkədə son qiymət artımları, əhalinin pensiyalarının ödənilməsində baş verən gecikmələr geniş müzakirə edilmişdir.

KXCP İdarə Heyəti, hakimiyyətdən səriştəsiz iqtisadi siyasətində xalqımızın mənafeyinə uyğun təcili düzəlişlər etməyi tələb edir.

KXCP, “Nida”çı gənc Elgiz Qəhrəmanlıya qondarma cinayət işi ilə bağlı qəbul edilmiş məhkəmə qərarına qəti etiraz edir.

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*