KXCP İZAHAT TƏLƏB EDİR!!!

“SOS” – ÖLKƏDƏ TƏQAÜDLƏR GECİKDİRİLİR, BÜDCƏ TƏŞKİLATLARI, O CÜMLƏDƏN MÜƏLLİMLƏR VƏ HƏKİMLƏR QEYRİ-QANUNİ  ƏMƏYƏ,  QANUNSUZ ÖDƏMƏLƏRƏ CƏLB EDİLİR, UŞAQLAR KÜTLƏVİ ŞƏKİLDƏ ZƏHƏRLƏNİR VƏ SAİR, VƏ İLAXIR   

12 iyun 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai–siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, son günlər az yaşlı uşaqların kütləvi zəhərlənməsi; 2017-ci ilin iyun ayı üçün sosial pensiyaların və təqaüdlərin gecikdirilməsi; büdcə təşkilatlarının maaşlarından qeyri – qanuni ödəmələr tələb edilməsi; müəllimlərin və həkimlərin iməciliklərə aparılması və təmir-tikinti işlərinə qeyri–qanuni məcburi ödəmələrə cəlb edilməsi, həmçinin də təşkilati məsələlər müzakirə edilmişdir.

KXCP, rəsmi dövlət orqanlarının kütləvi zəhərlənmə ilə bağlı bir – birinə zidd informasiyalar verməsini pisləyir, hakimiyyətdən su anbarlarının, içməli su hövzələrinin qorunmasının gücləndirilməsini tələb edir.

KXCP İdarə Heyəti, təşkilati məsələlər müzakirə etmiş, müzakirənin nəticəsi olaraq , uyğun qərarlar qəbul etmişdir.

Mətbuat xidməti

 

1 şərh

  1. Yazını oxuyarkənbir an göz qabağına belə bir mənzərə gəldi: “Bir ailədə (Allah eləməmiş) hansısa bir faciə yaşanır və bütün tanıç-biliş, qohum-əqraba, qonum qonşular toplamıb, əllərində qalan son qəpiklərini toplayaraq, bu ailəni düşdüyü çarəsizlikdən bir təhər çıxarmaq üçün kömək etmək istəyir, və yaxud da başqa yolu qalmadığı üçün buna məcburdular”! Bu “bir ailənin” faciəsini hazırda bütün xalqın yaşadığı isə göz qabağındadır, köməyə möhtacdırlar, qardaş!

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*