KXCP SİYASİ MOTİVLİ HƏBSLƏRƏ ETİRAZINI BİLDİRİR VƏ TƏLƏB EDİR Kİ, … !!!

AXC-nin banisi M.Ə.Rəsulzadənin doğum günü

münasibəti ilə,

Novxanıda 

öndərin abidəsi önündə

tədbir keçiriləcək

 
30 yanvar 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
Klassik Xalq Cəbhəsi Partiyası, mütəfiqləri ilə birlikdə, M.Ə.Rəsulzadənin doğum günü münasibəti ilə, 31 yanvar 2017-cı ildə, saat 15:00 – da Novxanı kəndində M.Ə.Rəsulzadənin abidəsi önündə tədbir keçirəcəkdir. Tədbirdən sonra, Türk Dövlətçilik tarixinin liderlərindən olan M.Ə.Rəsulzadənin doğmalarının məzarları ziyarət ediləcəkdir.
KXCP,  Nardaran işi adı altında keçirilmiş kütləvi həbslər və ədalətsiz məhkəmə qərarına etiraz edir, əsassız həbs olunmuşların təcili azad olunmasını tələb edir.
Mətbuat xidməti

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*