MƏCLİSİN “CIRTDAN BƏY(LƏR)” NAĞILI

VƏ YA, TAHİR KƏRİMLİ KİMİN DİLİ İLƏ DANIŞIR???!!!

————————-

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

————————-

Hər şey “Bir dəli quyuya daş atdı, yüz ağıllı o daşı quyudan çıxara bilmədi.” misalı baş verir. İndi də Tahir Kərimli özünü dəliliyə vuraraq himnimiz haqqında bir neçə söz deyib, bütün ölkə də bunu müzakirə etməklə məşğuldu. Haqq verən kim, qınayan kim, fərqinə varan kim, varmayan kim…

Amma, məncə, burda müzakirə olunmalı məsələ başqadır. Zira, Tahir Kərimlini dəli yerinə qoyub danışdıranın kimliyi haqda düşünmək və məhz o kimin kimliyini müzakirəyə açmaq gərəkir…

Yoxsa, Tahir Kərimlinin nəyinə lazımdı axı bu himnin musiqisi və ya sözləri, hələ-hələ, adam nə şair, nə də musiqişünas və ya bəstəkar deyilsə, bu haqda danışmaq onun yadına belə düşməməli, yuxusuna belə girməməlidir. Oysa, son zamanlarda, ard-arda sərəkləyən bu ilan(lar)ın ağzına zəhər tüpürən kərtənkələ(lər) var demək. Anlayacağınız o ki, burda söhbət sadəcə Tahir Kərimlidən deyil, himnimizin məna və mahiyyətindən xoflanan, orda “QAN TÖKƏRİK”, “CAN VERƏRİK” kimi ifadələrin varlığından xoşlanmayanlardan gedir və əlbət ki, bu cür düşünən biriləri var olipdə. Olimpə diqqət etmək, zəhər tuluğu olan kərtənkələləri orda axtarmaq lazımdır. Bu Tahir Kərimli denən adam da, sadəcə onlarıın sözçüsüdür və onların dili ilə danışır. Yoxsa, o, buna cəsarət etməz, edəməz ki, adacığazın dilini malazasından qopararlar. Açığı qibtə ediləcək durumda deyil yazııq, ki, indiki situasiyada, o, dediklərini deməsə də dilini qopararlar…

Yadınızdadırmı, “Nənəm sizə yağ yaxması verdi ki, …” – demişdi Cırtdan bəy

Sizcə, adama mandat qaşlarının qara, gözlərinin də qhvəyi rəngdə olduğuna görəmi verilib? Bütün hallarda, hər bir Çırtdan bəyin, “yağ yaxması(oxu: “mandat”)” verən bir “nənəsi” var, ya da olmalıdır demək. Bu bədbəxtin qismətinə də beləsi düşüb və yapacaq bir şey də yoxdu. Gözləyək görək gerisi nə olacaq, nə ilə bitəcək və özünün “Crtdan” nəvələrinə, sağ əli “yağ yaxması”, sol əli isə mandat paylayan “nənənin boxçasında daha nələr var? Və də bu  “Cırtdan” bəylər ictimaiyyətin diqqətinə daha nə kimi sürpriz açıqlamalar təqdim edəcəklər?!!

——————————————————————————————-

P.S.

“HİMNİN MAHİYYƏTİ DƏRK OLUNMALIDIR!

BUNDAN NECƏ İMTİNA ETMƏK OLAR?” !!!

Fəzail İBRAHİMLİ:

“Himnin mahiyyəti dərk olunmalıdır. Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, millət vəkili Fəzail İbrahimlinin himn müzakirəsi ilə bağlı Milli Məclisdəki çıxışı.Fəzail İbrahimli: "Himnin mahiyyəti dərk olunmalıdır. Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar”.

Posted by VHP- Vətəndaş Həmrəyliyi Partiyası on Saturday, 3 November 2018

1 şərh

  1. Men bunu her zaman düşünmüşüm ve bencede artık bunu bütün Türklerin düşünmesi gerekir.Neden Türkiye’de andımızın kaldırılmasını isteyen soytarılar bir türlü susmuyor şimdi de Azarbaycanda himnimiz bir mangurtun ağzıyla müzakereye açılır.Maraglı deyimi.Evet beyler bayanlar hep böyle yapıyor imperalist güçler önce Türkiye’de başlar sonra başka Türk devletlerine sıçrar bu türlü olaylar. Sen hele bunun farkında değilmisin Türk.Titre ve kendine dön Türk.O zaman senin azametin üze çıkar.Ve imperal güçlerin korkulu rüyası olmağa devam edersin.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*