MƏKTƏB DƏRSLİKLƏRİ MİLLƏTİN DƏRDLİKLƏRİNƏ DÖNÜB !!!

Müəllimin trubunası

“Daha çox övladları və ya nəvələri orta məktəbdə oxuyanlaradır bu namə…”

“Kitabın sonunu gözləyirdim ki, bəlkə, elm adına bir şeyə rast gəldik…

… Amma gəlmədik !…”

Fb-NİN GÜNDƏMİNDƏN

Nəhayət !…

X sinif  “Azərbaycan dili” dərsliyini başa vurduq… Kitabın sonunu gözləyirdim ki, bəlkə elm adına bir şeyə rast gəldik… Amma gəlmədik !…

Kitabda o qədər alimi-biəməl var idi ki, seçə bilmədim, qaldım Novruzəli !… Hərçənd mən Novruzəlini çox sevirəm…

Başağrısı olmasın sizə, mənim başım ağrıdı, sizinki ağrımasın !… Daha çox övladları və ya nəvələri orta məktəbdə oxuyanlaradır bu namə… Övladlarınızın qida rasionu ilə daha çox maraqlandığınızı bilirəm… Aradabir diqqət edin, görün ruh qidalanması necədir, “menyuda” nə var… Firudin bəy Köçərli demişkən, axı “Ana südü insan bədəninin mayası olduğu kimi, ana dili də insan ruhunun qidasıdır”

Dərsliklərdən (dərdlik oxuyun – B.İ.) çox yazıram, amma yazıram, kimin reaksiyası var, heç kimin ! “Azərbaycan dili dərsliyi əslində dərslikdən çox, elmi-kütləvi-mədəni-bədii…publisistlik xarakterli bir jurnaldır… Yaxşı, jurnal olanda nə olar, olsun! Amma on milyonluq xalqın övladlarına bu “jurnalda” kimlar dərs keçir ?!…Diqqət edin :

APA holdinqin rəhbəri Vüsalə Mahirqızı, Gülnar Maisqızı “Nasir” jurnalı, Füzuli Sabiroglu “Füyuzat”jurnalı, Rəsul Rəxşanlı, Zəkurə `Quluyeva “Azərbaycan” jurnalı, Nərgiz Ələkbərqızı “işıq” jurnalı, Vüqar Adilov adlı bir “şair”, Nicat İntiqam, Möhbəddin Səməd və Flora Xəlilzadə… Bu imzalardan Möhbəddin Səmədi – o da qardaşımın iş yoldaşı olduğu üçün, bir də F.Xəlilzadəni – tələbəlikdən tanıdığım üçün mənə tanış gədi… Digər imzaları isə “Tarixi-Nadir”i heç oxumamış biri kimi tanıya bilmədim… Demirəm ki, bunlar dəyərsiz imzalardır, bəlkə də, daha dəyərlidirlər, amma dərslikdə niyə yer alıblar?!… Gorəsən, deməyiblərmi ki, bizim müəllimlərimiz dura-dura biz qabağa düşə bilmərik… Haradadır Şirməmməd Hüseynov, Qulu Xəlilov, jurnalistikanın uşaqlarının dilindən düşməyən Famil müəllim, Cahangir müəllim, Nəsir müəllim, Akif müəllim ?!… Yaxşı, bunları da keçək… müasirlik istəmişsinizsə, onda Qulu Məhərrəmli, Elçin Şıxli, Arif Əliyev, Vahid Qazi, Aydın Canıyev, Mehriban Vəzir, Sevinc Osmanqızı… və daha dəyərli imza sahibləri haradadır?!

Bu suala dərslik tərtibçiləri cavab verə bilər… Rəhmətlik Tofiq Hacıyev bir kənara, bir də digər iki müəllif var: Yeganə Hüseynova, Samirə Bektaşi… Hətta sayğı xətrinə Tofiq Hacıyev çərçəvədə də verilməyib… Kitabın elmi redaktoru yoxdur !…

Köksüm qabarır, bilirsiz niyə? Bizlər akademiklərdən dərs aldıq… Muxtar Hüseynzadə, Səlim Cəfərov, Tofiq Hacıyev, Fərhad Zeynalov – Sayğı ilə anıram !… İndiki uşaqlara yazığım gəlir… Görün kimlər bunlara dərs keçir, dərslik yazır… Həmin müəlliflərə müraciət edirəm: Mən dura-dura siz şagirdlərimə dərs keçə bilməzsiniz !…

P.S.

Əminəm ki,şubhəm yox ki,növbəti dərsliklərdə Xoşqədəmin verlişindən,Zaurların dialoqlarından bol-bol istifadə olunacaq…

P.P.S.

Novbəti naməm “Ədəbiyyat” dərsliyindən olacaq…

2 şərh

  1. Besti xanım İsmayılova, milletin ağrılı yerine toxunduğunuza göre teşekkürler. Heç unuda bilmirem,1970 illerde rusiyada bir müellime tanışım her defe söz düşende zarafata salıb soruşurdu:”Sizde neçe qoyun verib,ali mektebe qebul olunurlar”? Esasende bir-neçe neferin yanında soruşanda xecalet çekirdim.2000-ci illerde ele alındı ki,orta mekdeblerin birinde müellim olaraq çalışdım.Yaxşı müllimlerle beraber ele müellimler gördüm ki,müellim adını daşımağımdan utanırdım.Elə bir veziyyet yaratmışdılar ki,öz peşesine vicdanla yanaşanı da qaralayırdılar.Ya bizi kimi “İşlemelisen”,ya da çıxıb getmelisen.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*