“MƏN HEÇ NƏ DEMİRƏM, ALLAH SİZƏ LƏNƏT ELƏSİN”

“BU HAKİM(lər)İN APARDIĞI MƏHKƏMƏLƏRƏ QATILMAQ GÜNAHDIR” !!! 

“Belə adam(lar)ın, hakim mantosu geyərək, dövlət bayrağınin və qerbimizin altında orurmaq ixtiyarı olmamalıdır!”

Fb-NİN GÜNDƏMİNDƏN

Dayanat BABAYEV

Bu gün Baki Apelliyasiya məhkəməsində Jurnalist Fikrət Fərəməzoğlunun şikayətinə baxildi 7 il həbs cəzasi dəyişdirilmədən qüvvədə saxlanıldı. Hakim Namiq Məmmədov (beləsinə hakim demək olarsa) məhkəməyə gələn adamları içəri buraxmadığı üçün etiraz etdim, məni zaldan çixartdırdı. Mən isə ona dedim ki, sizin kimi insanların apardığı məhkəmə prosesində iştirak etmək günahdır. Çünki adamın üzündən hakimlik yox, qulluq, nökərlik köləlik yağır. Hakim əbalı bir insan nə qədər tərbiyəsiz olarmış, bu ki, heç ağzının danışiqını belə bilmir. (Bu haqda daha sonra geniş yazacagam)

Qeyd:

Mən bayıra çixanda yaşlı bir dayı mənə yaxınlaşıb, dedi ki, ay bala, 3-4 gün bundan əvvəl oğlumun məhkəməsi idi, bu hakim məni də haqsiz olaraq bayira çixartdı, ona dedim ki, səndən cənab Pirezidentə və Ədliyyə Naziri Fikrət Məmmədova şikayət məktubu yazacam. Cavabı belə oldu ki, get kimə istəsən de, şikayət etdiyin adamları da, səni də belə-belə olasan. Bir sözlə kişini ağir təhqirlərə məruz qoymaqla ürəyi soyumayan bu hakim, sonda yaziq pensioner adamı 50 AZN də cərmələtdirib,

Cənab ölkə başçisi cənab nazir!  Görün sizin təyin etdiyiniz hakimilər hansı hoqqalardan çixir. Sizin və ovladlarınızın böyük-kiçiyə etmədiyi hörmətsizliyi, atası yaşında bir kişiyə, övladı yaşında gəncə qarşı edən, bu cür tərbiyəsizliyi özünə rəva görən bir hakimin, idarə etdiyiniz sistemi necə məhv edib gözdən saldığına biganə qalmayın. Belə bir adamın, hakim mantosu geyərək, dövlət bayrağınin və qerbimizin altında orurmaq ixtiyarı olmamalıdır!

Фото Dayanat Babayev.Фото Dayanat Babayev.Фото Dayanat Babayev.
—————————————————————————————————–

P.S.

 REDAKTORDAN

Özü bunun fərqindədirmi, bilmirəm, amma Dəyanətin bu statusunun  məhz indiki  zamanda yazıılmasının cəmiyyət üçün ən maraqlı yönü, hakimlərin hakim kimi yararsızlıqlarına və ümumiyyətlə məhkəmə sisteminin tam da məzhəkə sisteminə çevrilməsinə diqqət çəkməsidir məncə. Son günlərdə bu sahadə yaşananları, gerçəkdən də “məzhəkə”dən savayı heç bir adla çağırmaq mümkün deyil.

Tutaq ki, Mehman Əliyevin həbsinə “bəh-bəh”lə hökm çıxaran bu sistemin, elə “bəh-bəh”lə də onu azadlığa buraxması, son dövrün ən böyük məhkəmə biabırçılığı olan “Lapşin” məsələsi, Nardaran məhbuslarının bir qisminin, heç bir izahat verilmədən, elə bu məhkəmələr tərəfindən azad edilməsi, Faiq Əmirlinin, özünün belə gözləmədiyi halda, sərbəst buraxılması və sair kimi olub-bitənlərin adına nə deyirsiniz deyin, bunun məhkəmələrin məzhəkəyə çevrilməsinin birbaşa təsdiqindən svayı heç bir adı və anlamı yoxdu. Əslində, bu məsələ dünənin və bu günün məsələsi də deyil axı, illərdən bəridir ki, Azərbaycanda məhkəmə oyunları davam eliyir və ya siyasi sifarişlər, ya da rüşvət qarşıılığı hökmlərin çıxarılması bütün instansiya məhkəmələrinin fəaliyyətlərində başlca istiqaməti təşkil edir. Zira, son 20 ildə, bu məhkəmələrdə, nübar üçün belə, tək bircə hökm, qərar, qətnamə və ya qərardad ədalət adına, haqq yolunda, qanunların və məcəllələrin tələblərinə uyğyn çıxarılmayıb. Bütün instansiyalarda ya gözgörəti sifariş yerinə yetirilib, ya da haqqı biriləri pula satıblar, biriləri də ədaləti pulla alıblar. Bunu xüsusi iddia ilə deyirəm və özümün də məhkəmələrimdə dəfələrlə buna canlı-canlı şahidlik eləmişəm. Oysa, bütün bu deyilənlərin fonunda, həbsxanadan məmləkətin hakimlər korpusuna və prokurorlar pleyadasına ünvanladığm açıq məktubu bir daha dərc etməklə, cəmiyyəti bu haqda bir daha düşünməyə, ictimai rəyi bu məsələləri təkrar-təkrar müzakirə etməyə dəvət edirəm.

“MƏN HEÇ NƏ DEMİRƏM, ALLAH SİZƏ LƏNƏT ELƏSİN”

“Mənim Viktor Hüqonu redaktə etmək haqqım olmadığı kimi…”

 “Sizin də onu şərləyib mühakimə etməklə 14-cü kalona göndərmək imkanınız yoxdur…”



A.R. Ali Məhkəməsinin sədri Ramiz Rzayev başda olmaqla Azərbaycanın bütün hakimlər korpusuna

Və məxsusi olaraq Xətai Rayon məhkəməsinin sədri Nazim Tağıyevə, hakimi Habil Məmmədova,
Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə,
hakimlər Vüqar Məmmədova, Əmir Bayramova, Əflatun Qasımova

A.R. Baş Prokuroru Zakir Qaralov başda olmaqla, bütün prokuror heyətinə

Və məxsusi olaraq Xətai Rayon Prokuroru Yusif İldırımzadəyə
Sizlərin “yüngül”əli ilə 4 il azadlıqdan məhrum edilərək, 
heç zaman nəinki törətmədiyi, törətməyi heç ağlına belə gətirmədiyi 
cinayətə görə hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 
Əliyev (Əlibəyli) Sərdar Məhəmmədəli oğlu tərəfindən

 

                      A Ç I Q  M Ə K T U B

Ramiz Rzayev

Son illərdə Azərbaycanın “Məhkəmə” adlanan bütün instansiyalara aid bazarlarında gördüklərimdən sonra Sizlərə “Hörmətli hakimlər” deyə müraciət etməyimin  nə qədər doğru olub-olmadığını bilmirəm. Amma istəyirəm biləsiniz ki, zatən, Siz özünüz də bunu yaxşı bilirsiniz, gördüklərim onu deməyə əsas verir ki, bu “bazarda” ya haqqı pula satırlar, ya da ədaləti pulla alırlar. Ayrıca da, bir çox məhkəmələr sırf sifariş üzərinə oynanılan komik tamaşalardan ibarət olur ki, burada, Azərbaycanda hər şeyi həll edən  pul da acizdir. Olsun, amma mənim məqsədim çoxdan bəri Sizlərin həyat tərzinə çevrilmiş azərbaycansayağı  ədalət mühakiməsindən danışaraq, görünən kəndə bələdçilik etmək deyil. Bu arada əsil məqsədimi  açıqlamazdan öncə, Sizlərə dünya ictimai-siyasi tarixinin  fikir  babalarından biri sayılan  dahi Viktor Hüqonun  əsrlərin  o tayında keçirilən məhkəmələrlə bağlı, daha doğrusu, sifarişli, ya da pul gücünə  qazanılan məhkəmələr barəsində yazdığı fikri sitat  şəklində xatırlatmağı vacib bilirəm. Böyük mütəfəkkir bu haqda yazırdı:

“Məhkəmədə yalançı ifadələr verməklə, əsassız iddiaları müdafiə etməklə, əsassız iddialar üzərində qərarlar çıxarmaq və hökmlər verməklə pul qazanan kişilər evlərində fahişə saxlayırlar. Çünki onların arvadlarının  və qızlarının  paltarlarına verilən pulların  üzərində,  məhkəmələrdə  sifariş və ya pul qarşılığında haqları tapdalanan kişilərin haqqı var.”

Zakir Qaralov

Viktor Hüqonun bu sözlərinin Sizlərə nə qədər aidiyyatı olub-olmadığı barədə fikir bildirmək, ya da  mühakimə yürütmək kimi bir problemim yoxdu mənim. Zira, bu Sizlərin problemidir və əlinizi ürəyinizin üzərinə qoyub öz vicdanınızla bu  məsələni müzakirə, ya da mühakimə edəndən  və yalnız bundan sonra arvad və qızlarınızın məsum gözlərinə baxaraq özünüz  buna qərar verə bilərsiniz. Həm dahi mütəfəkkirin bu deyiminin  çağdaşlıqdan çox uzaq olan, çağdaş Azərbaycan məhkəmələrində baş verənlərlə qədərindən çox səsləşdiyinin, həm də bu baxımdan çox sərt olduğunun fərqində olduğumu bilmənizi istəyirəm. Amma Sizlər də  bunu bilin ki, mənim Viktor Hüqonu redaktə etmək haqqım yoxdu, Sizin də onu şərləyib mühakimə etməklə 14-cü kalona göndərmək  imkanınız. Oysa, hamımızın öz işlərimiz və əməllərimizlə dahilərin, zaman-zaman, gələcək nəsillərə miras olaraq qoyub getdikləri fikirlərə qatlaşmaq zorumluluğumuz və sorumluluğumuz var.
İman Nağıyev

Indi isə məktubun əvvəlinə qayıdaraq demək istəyirəm ki, bu yazının tarix üçün yazıldığını, həmçinin də dövlətin və qanunun naminə subardirasiya qaydalarına  riayət etmək  mükəlləfiyyətini nəzərə alaraq,  Sizlərə “Hörmətli hakimlər”deyə xitab edir, əsl mətləb üzərinə gəlməyin tam  zamanı olduğunu düşünürəm. Beləliklə,

 Hörmətli sədr!

Hörmətli hakimlər!!!

Bəlkə də mənim bu məktubumu “Daldan atılan daş“ misalı qəbul edib, heç vecinizə də almayacaq, hətta oxumadan cırıb stolunuzun sağ ayağının  yanındakı zibil qutusuna atacaqsınız. Burası Sizlərin biləcəyi işdi və rahat otaqlarınızda oxunası (ya da sayılası) daha vacib kağızlarınızın  olduğunu bilirəm. Amma artıq dediyim kimi, bu məktub  tarix üçün  yazılır. Və yaxın  günlərdə  internet üzərindən  bütün Azərbaycana çatdırılacaq. Yəni, anlayacağınız  “açıq məktub” adı, həm də bu yazının kütləvi dərcini nəzərdə tutur. Mən isə Sizə insanlıq ləyaqətindən, hakim şərəfindən,  məhkəmənin ədalətli  mühakimə  borcundan mühazirə oxumaq fikrindən çox uzağam. Olmayan şeydən  danışmaq, ancaq axmaq və sadəlövh  adamların işidi.  Zira, bu anlayışlar bu gün  Sizlərin də qulluğunda  duraraq bəh-bəhlə qarşısında çapan çaldığınız hakimiyyətin mahiyyətinə, qanunsuz əməllərinə qanun donu biçdiyiniz sistemin zehniyyətinə yaddı. Sadəcə, cəzaçəkmə müəssisəsində Sizin imzanızla barəmdə verilmiş apellyasiya  qərarını alıb oxuyandan sonra, yadıma düşən  bir məsələni Sizə də xatırlatmaqla bir kaç kəlmə demək işlədim.

Məlumunuz olsun ki, bu hakimiyyətin məni şərləməklə ömrümü zəhərləmək cəhdi ilk dəfə baş vermir. Və proses öz başlanğıcını 1999-cu ilin  noyabrından götürüb və bu günədək də mahiyyətcə eyni, mənaca müxtəlif formalarda  dəfələrlə təzahür edib və  etməkdədi. Bax, 15 il əvvəldən  başıma gə(tiri)lən olaydan danışmaq istəyim var Sizlərə. O zaman, yəni DİN-in Daxili Qoşunlarında  xidmətimin 18 ili tamam olan gün, mənim guya öz xahişimlə Silahlı Qüvvələrdən  tərxis  olunmağım barəsində əmr verilmişdi. Bu azmış kimi  mənə həm də “Vətən xaini”nin belə layiq görülə bilməyəcəyi  xarakteristika yazmış, gecə ilə axşamdan oxuyub  imzaladığım “Apellyasiya vərəqi”ni də həmin  o saxta  xarakteristikaya  uyğunlaşdırmışdılar. Günü bu gün də mənim  şəxsi işimdə həmin o saxta attestasiya qalmaqdadır. Və kimsə də bunu vecinə almır. Bilirsinizmi niyə?!!! Ona  görə ki, o cinayəti törədənlər də Sizin kimi arxayın idilər. Çünki, sifariş belə olmuşdu. Sifarişi kim vermişdi?!! Bu barədə nəticəyə gələ bilməyiniz üçün, olaydan düz 6 il sonra,  onda da, indi də A.R.DİN-nə rəhbərlik edən  Ramil Usubovun kabinetində elədiyi etirafı diqqətinizə çatdırıram.

O – “biz səni Etibar Məmmədovu təbliğ elədiyin üçün işdən çıxartmışıq”– dedi.

Bu da, o zaman istifadə olunan şərləmə  metodlarından biriydi. Ama mən bu haqda  sadəcə məlumatınız olsun deyə danışdım. Məqsədim isə başqadı. Həmin vaxt tək məni yox, çox adamları belə şərləməklə, ömürlərinə zəhər qatmaqla, vətənə, xalqa xidmətdə keçən illərini “yedilər”. O vaxt həmin zabitlərdən biri  saxtalaşdırılmış “attestasiya vərəqi”nin  imza yerinə bu sözləri yazmışdı:

 ”Mən heç nə demirəm, Allah Sizə lənət eləsin”.

Mənim də Sizin apellyasiya vərəqini oxuyandan sonra içimdən keçdi ki, Sizə, 

 “MƏN HEÇ NƏ DEMİRƏM, ALLAH SİZƏ LƏNƏT ELƏSİN”!!! – deyim.

 İmza:      Əlibəyli S.

P.S.

Tülkülər bəy olub, bu dərə xəlvət,
Yalana plan var, ömürdən baha.
Prokuror qohumdur Xudayar bəyə,
Hakimlər oxşuyur Şeyx Nəsrullaha.
                                                                                                    07.08.2014.

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir