“MƏNİ TƏHLÜKƏLİ HƏRƏKƏTLƏRƏ MƏCBUR ETMƏYİN” !!!

TAHİR BABAYEVDƏN DAHA BİR MÜRACİƏT GƏLDİ:

“Azərbaycan Dövlətçiliyi tarixinə qara ləkə salmış vəzifəlilərin yaddaşımda qalan sırası:

Eldar Mahmudov, Əli Abbasov, Ziya Məmmədov, Fizuli Ələkbərov, Heydər Əsədov, Fazil Məmmədov, Səlim Müslümov, İcra başçıları – əvvəldən axıra kimi. Deputatlar , Ədliyyə , Prokurorluq, Polis sistemlərində, Milli Təhlükəsizlikdə kreslolara oturdulmuşlar, ruslar demişkən – P O Q O L O V N O.”

“Azərsu” ASC-nin sədri

cənab Qorxmaz Hüseynova

 

Məlumat üçün:

İlham Əliyevə

Novruz Məmmədova

 

Araşdırma üçün:

Zakir Qaralova

 

Dərc edilməsi üçün:

“PS-nota.com” saytı

Sərdar Əlibəyliyə

 

Sumqayıt Bağları, “Qurd dərəsi”

bağlar massivində bağ evi olan

Tahir Xamməd oğlu Babayev tərəfindən

Ə R İ Z Ə

Qorxmaz bəy!

Sizin rəhbərlik etdiyiniz nəzarət paketi yüz faiz dövlətə məxsus olan təşkilatda vətəndaşlara xidmət əvəzinə, onlara problemlər yaratmaqla, ziyan vurmaqla, insanların əsəbləri ilə oynamaqla məşğuldurlar. Bu. YAP hakimiyyətinin əsas xüsusiyyətlərindəndir və “Azərsu” digərlərində yaşananlar da buna  rəzil nümunədir.

Mən 20 il dövlət qulluğu stajı olan, xüsusi dövlət əhəmiyyətli tapşırığın icrası zamanı ömürlük 2-ci kənar şəxsin köməyinə ehtiyacı olan 1-ci dərəcəli əlilə çevrilmiş Azərbaycan vətəndaşıyam. “Qurd dərəsi” bağlar massivində torpaq sahəm və bağ evim vardır. İndi isə su təsərrüfatını özləri üçün tükənməz gəlir məmbəyinə çevirmiş,  Azərbaycan dövlətini və onun qanunlarını tanımayan, əsasən Sizin yaxın ətrafınızdan ibarət olan qudurğanların təqiblərindən canımı qurtarmaq üçün ümumiyyətlə Sumqayıtdan köçüb – getmək, ölkə

vətəndaşlığından imtina edərək. Vətəni tərk etmək məcburiyyətində qalmışam. 2008-ci ildə  “müdrik” YAP rəhbəri İlham Əliyevin çox “müdrük” düşünülmüş sərəncamı ilə bağ sahələrinin sayğaclaşdırılması üçün böyük məbləğdə dövlət vəsaiti ayrıldı. Çox keçmədən hamı kimi mənə də məlum oldu ki, Oğuz–Qəbələ-Bakı su kəməri (hansı ki. o bölgənin flora və faunasının yaxın 10 ildən gec olmayaraq bütövlükdə məhvinə gətirib çıxaracaqdır – T.B.) və bir-çox digər nəhəng layihələrdə olduğu kimi. bu layihədə də təşkilatçıların əsas məqsədi əhalinin problemini həll etmək yox, ona daha da ziddiyətli problemlər yaratmaq, onlarda milli dövlətçiliyəvə qarşı ikrah hissi yaratmaq və büdcə vəsaitini mənimsəməkdir. Ünvanım üzrə su sayğacı quraşdırılmadan qeydiyyata alındı və suçuların “müdrik” rəislərinin daha “müdrik” YAP idarəçilərinin fikirəşdikləri analoqsuz üsulla ölçülən və dəyəri abonentlə qarşılıqlı hesablaşmaya daxil edilən üsul (metodiki hesabat) xaos yaradıldı və dayandırıldı.  Nə bacardılarsa zor tətbiq edilməklə, bir çox hallarda sözün əsil mənasında insanların dərisini soymaqla, pullarını aldılar.

Ünvanım üzrə faktiki quraşdırılımayan sayğac qeydiyyata alındıqdan sonra metodik yolla hesabıma daxil edilən astronomik rəqəmlərlə ölçülən sərfiyyat dayandırıldı, borc məbləğinin kağız üzərində artımının əyləci basıldı.

Amma bu uzun sürmədi. Yalnız kağız üzərində mövcudluğu görünən sayğac qeyb edildi. Sayğacın kağız üzrəində yaşadığı dövrə metodika üzrə hesabat bərpa olundu və qarşılıqlı hesablaşmada böyük məbləğdə borc yarandı. Sonra həmin borca görə mənə sanksiyalar tətbiq etməyə başladılar. Bu yolla məndən xeyli pul qopardılar. Burada o da qeyd  olunmalıdır ki, 2011-ci ildə ölkə başçısı tərəfindən “havadan” yazılmış borclar – dövlətin cibinə ağırlıq edən pullar silindi.  İlham Əliyev yalnız belə hesab edə bilər, çünki xalqın real vəziyyəti barəsində məlumatsızdır, YAP yalanları kələminə elə bülkülmüşdür ki, nə görür, nə eşidir nə də yazılanları oxuyur. Niyə də ki, özünə əziyyət versin, o ki, dünya təcrübəsində anoloqu olmayan ölkənin. anloqsuz isdetada YAP ağıllılarının gərgin zəhməti (talanlar, mənimsəmələr, soyğunlar, oğurluqlar və.s üzrə) hesabına yiyələnmiş ölkə başçısıdır. Onun yetişdirdiyi və Azərbaycan Dövlətçiliyi tarixinə qara ləkə salmış vəzifəlilərin yaddaşımda qalan sırası:

Eldar Mahmudov, Əli Abbasov, Ziya Məmmədov, Fizuli Ələkbərov, Heydər Əsədov, Fazil Məmmədov, Səlim Müslümov, İcra başçıları – əvvəldən axıra kimi. Deputatlar , Ədliyyə , Prokurorluq, Polis sistemlərində, Milli Təhlükəsizlikdə kreslolara oturdulmuşlar, ruslar demişkən – P O Q O L O V N O.

İlham Əliyev istirahət saatlarında heç özündən soruşur ki, niyə onun ətrafında, komandasında xalqın işinə yarayan, dövlətin qanunlarını tanıyan bir nəfər olsun belə məmur yoxdur. Talançılar, oğrular, soyğunçular. bir sözlə ağır cinayət daşıyıcıları bu yazıq dövlətin ən mühüm postlarını necə olub ki, ələ keçiriblər? Səbəb nədir? Xəstəliyin səbəbini aydınlaşdırmaq istəyən olmadıqda xəstənin aqibəti? – son.  İlham Əliyevin nəinki tədbir görməyə, heç düşünməyə belə vaxtı qalmamışdır.

Təəssüflər!!!!!!!

Suçular prezidentin, mənim prezidentim olduğuna şübhə ilə yanaşaraq onun sərəncamını mənimlə hesablaşmaya tətbiq etməmişlər. Borclarım şişməkdə davam etmişdir. Suçular isə öz növbəsində öz sanksiyalarını gündən günə sərtləşdirirlər. 2013-2015-ci illərdə mən Göygöl və Goranboyda H.Əliyev mərkəzləri tikdirdim. Bağda qalan və ora vaxtaşırı gəlib-gedən yox idi. Mən işlətmədiyim suya görə ödəniş etməkdən imtina etdim və suçular təchizatımı dayandırdılar. 60-dan yuxarı “Eldar şamı”, 30-a  yaxın müxtəlif meyvə ağacım məhv oldu. Borcun məbləği isə şişməkdə davam etdirildi.

2014-cü ilin dekabr ayının son günündə bizim ərazinin su nəzarətçisi mənə telefon açaraq, borcu ödəməyi tələb etdi. Mən borcumun olmadığını və istifadə etmədiyim suya görə heç bir ödəniş etməyəcəyimi bildirdim. Onun yadına saldım ki, onların bu hərəkətləri ölkə başçısının qərarının tam əksinədir. O vaxt mən Goranboyda idim və telefonla belə razılaşmaya gəldik ki, nəzərətçi təxirə salınmadan ünvan üzrə sayğac quraşdıraraq qeydiyyata aldırır, metodik hesabatın dayandırılmasını təmin edir. Mən isə Sumqayıtda yaşayan qohumum vasitəsi ilə 100 (bir yüz) manat ödəniş edirəm. Belə də etdik.

Sumqayıta gəldikdən sonra mənə məlum oldu ki, suçular bu halda da mənə növbəti fırıldaq gəlmişlər. Sayğacı bloka salmaqla, ondan suyun keçməsinin qarşısını almışlar. Sonra daha üç dəfə (100,50,50) manat məndən pul qorpardılar. Sayğac isə işə buraxılmadı. Sanksiyalar tətbiq etməklə mənə külli miqdarda ziyan vuruldu. Bağımda yaşıllıqlar da məhv oldu, bağ sahəm səhraya çevrildi. Son aylar sanksiyalar arası müddət kəskin azaldılmışdır. 25.08.2018-ci ildə su xəttim (mənim özümə məxsusdur) suçular tərəfindən növbəti dəfə doğranmış, qonşuların (biri amerika vətəndaşıdır) bağlarını su basmış, onlara xeyli ziyan vurmuş, meyvə və bəzək kolları məhv edilmişdir. Bununla da qonşularla mənim aramda ciddi narazılıq yaranmışdır.

Qorxmaz bəy!

Siz elə düşünməyin ki, mən su pulunu ödəmək istəməyən, yaxud da buna gücü çatmayan vətəndaşam. Şükürlər olsun ki, bu belə deyildir. Səbəb burada başqadır. Problemi Sizin əlahiddə səlahiyyətinizə verilmiş və sağmal inək kimi istismar etdiyiniz dövlət müəssisənin (təəssüf ki, yalnız adı qalmışdır)  sizinkilərdən ibarət vəzifəliləri süni şəkildə yaratmışlar və yaratmaqda davam edirlər. Ailəniz, yaxın-uzaq qohumlarınız, dostlarınız və digər işlərinizə yarayanlar hamısı onun hesabına dəyəri artıq milyard Amerika əskinaz vahidi ilə ölçülən sərvət sahibi olmuş, əziz-xələf oğlunuz dünyanın ən zəngin gənci titulunun sahibinə çevrilmişdir. Fəxr edə bilərsiniz. Amma bir şeyi də Sizə xatırladıram ki, sevinmək yox, döşək ağı götürüb ağlamaq lazımdır. Çünki bütün bunların dəqiq uçotu vardır. Hesabat vaxtına isə çox az qalmışdır. İlham Əliyevin digər sevimlilərindən. hansı ki, dövlət malının talanmasına xüsusi vəhşiliklə dağıdılmasına şəxsən onun tərəfindən yaradılmış şəraitdən. kifayət olduğundan da yüz dəfələrlə artıq bəhrələnmişlər. İlham Əliyevin dövləti xarakterli cinayət daşıyıcalarını qanadı altına alması elə bütün bu işlərin başında onun özünün dayandığına əsaslı şübhələr yaradır. Allah millətimi böyük talətümlərdən qorusun.

Qorxmaz  əfəndi!

Siz heç kimə arxayın olmayın. Çünki arxayın salanlarınızın bəyaz, ağ görünən rəngi yalnız illuziyadır. Onların aqibətləri daha acınacaqlı olacaqdır. Özlərini ekstrasensə (falçıya) göstərmələri məsləhətdir.

Cənab sədr!

Mən Sizdən qətiyyətlə tələb edirəm ki, mənə yaradılmış problemi əsaslı şəkildə həll edin. Ərizəmə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun yanaşın, araşdırın, təqsirkarları təxirə salınmadan tutduğu vəzifələrindən uzaqlaşdırın və mənə vurulmuş maddi və mənəvi ziyana görə 50.000 (əlli min) manat məbləğində təzminat ödənilməsini təmin edin. Bu bir saxta tender oyunundan mənimsədiyiniz vəsaitin cüzi bir hissəsidir. Dərd etməyin. Əsil dərdinizə çevriləcək ittiham aktı artıq tərtib olunur.

Dərc edərik oxuyarsınız, sonra isə müttəhimlər kürsüsündə qulaq asarsınız.  Hərəkətdə olun.

Sədr bəy!

Balans mənsubiyyəti üzrə “Azərsu” ilə mənim sərhəddim bağ  sahəmdən 1083 metr aralıqdadır. Bu uznluqda 200mm-lik boru xətti mənim fərdi mülkümdür və təşkilatınız həmin xəttən mənimlə razılaşdırmadan 83 abonenti tranzit qaydada su ilə təchiz edir. Xətdə apardıqları qanunsuz qoşulmalarla borunun 68 metrlik hissəsini dəlik-deşik etmişlər.

Bundan əlavə mənə süni şəkildə yazılmış borca görə xəttin 28 metrlik hissində kəsilmə qoşulma əməliyyatı aparılaraq boru yararsız vəziyyətə salınmışdır. Mən hazırda 1997-ci ildə 18.000 ABŞ dolları məbləğində xərc hesabına çəkdirdiyim xəttdən istifadə edə bilmirəm. Ona görə də xətti artıq satmışam və oktyabr ayında onun sökülməsi nəzərdə tutulmuşdur.

Su təchizatı barəsində “Azərsu”ASC ilə olan müqaviləmi 31.08.2018-ci il tarixdən ləğv edir və xahiş edirəm ki, balans mənsubiyyəti sərhəddindən xəttin mövcud şəbəkədən ayrılmasını təmin edəsiniz.

 

İlham Əliyev!

“Azərsu” ASC-də baş verən geniş miqyaslı  talanlar, mənimsəmələr, digər cinayət xarakterli əməllər  üçün şəxsən məsuliyyət daşıyırsınız. Çünki Qorxmaz Hüseynov Sizin nəyə xatirsə himayə etdiyiniz kadrlarınızdan biridir. Hansı xidmətlərinə görə belə bir məsul vəzifəyə gətirilmiş və ölkə başçısının xüsusi himayəsindədir? Təsərrüfat rəhbəri kimi bivec, oğru və talançıdır. Etdiyi bütün qanunsuzluqları heç bir şeydən çəkinmədən ayağınıza yazır.

Mən xəbərdarlıq edirəm ki, o  beynəlxalq miqyaslı talançı, qəsbkardır və Azərbaycan dövlətinə vurmuş olduğu ziyan milyard dollarla olçülür. Çox gec olsa da. onun fəaliyyətini qiymətləndirməyə özünüzdə cəsarət tapın.

Əks təqdirdə!!………!!! Gücünüz çatmırsa özünüzü bu qayğılardan azad etmək hüququnuz hələlik ki, alınmayıb, bu da baş verə bilər.

Etibar Priverdiyev energetikanı kökündən dağıtdıqdan, ölkənin iqtisadiyyatını çökdürdükdən sonra nəhayət ki, onu vəzifəsindən uzaqlaşdırmaq məcburiyyətində qaldınız. Priverdiyev oğurladıqlarını hara və kimə daşıdığını etiraf edəndə simfoniya saslənəcək, əgər Siz istəsəniz. O, orkestersiz yola salınsa da, musiqisinin səsi sonradan çıxacaq.

Əliyev!

Qorxmaz Hüseynov, Əhməd Əhmədzadə, Ramiz Zeynalov, Zakir Fərəcov (gözləməyin ki, Elmar Vəliyevin taleyini yaşasın). PS-nota saytına dərc olunan materiallara nəhayət ki, reaksiya verin. Mətləb Mütəllimlinin (istiqlalçı deputat baş prokurorun keçmiş birinci müavini, Heydər Əliyev o vaxtki hakimiyyət tərəfindən sıxışdırılarkən onun barəsində müsbət fikir yazan azərbaycanlı – T.Ə.) “Sən kimsən Zakir FƏrəcov” sualına onun dövrü cavab verə bilmir. Fərəcovu elə Fərəcovun özündən də yaxşı tanıyan bir Sumqayıtlı kimi bütün məsuliyyəti ilə bildirirəm ki, yazılanlar onun cinayətkar fəaliyyətinin yalnız jurnal hissəsi hesab oluna bilər. Bir balaca silkələnərsə detonatorla partladılan  qaya effekti ilə elə uçurum baş verəcək ki, onun altında Fərəcovla yanaşı Ramiz Mehdiyev, Bəylər Eyyubov, Vahid Əhmədov və bir sıra digərləri qalacaqdır. İlham Əliyevin payı da, ən azı onun hakimiyyəti itirməsi çəkisində olacaqdır. İ.Əliyev, buna heç cürə yol vermək olmaz. Bütün bunlara ya kəsərli sözünüzlə, yaxud konkret hərəkətinizlə cavab verin.

Elə başa düşülməsin ki, mən Əliyevin fəaliyyətini bu yolla qiymətləndirməyə cəhd göstərirəm.  Onu dövlət başçılığına 100 (bir yüz) faiz uyğunsuz hesab edirəm. Onun yarıtmaz fəaliyyəti Azərbaycan dövlətini məhv etdi, insanlarda müqəddəs Azərbaycan dövlətçiliyinin taleyinə laqeyidlik formalaşdırır. Nəhəng SSRİ-nin məhsulu olan və Azərbaycan millətinin tarixinə 1 nömrəli şıxsiyyət kimi daxil edilməyi, ömrü boyu öz hədsiz zəkası və yorulmaz zəhməti ilə qazanmış Heydər Əliyevin tarixdən silinməsinin təşkilatçısı və icraçısı oldu. Dərin təəssüf hissi keçirirəm. Bu ümümdünya azərbaycanlıları və Türk Dünyası üçün yüz illərlə belə bərpa edilməsi mümkün olmayan itkidir.!!!!

Zakir Qaralov!

Mən təqüdçü. 1-ci dərəcəli əlil olaraq Sov.İKP və dövlət orqanlarında 20 ildən artıq təcrübəmdən istidafə edərək sənin prokurorluğunun fəaliyyətini təkcə Azərbaycan Respublikasının Prokurorluq haqqında qanunun icra vəziyyəti baxımından təhlil edir və hər dəfə nəticə böyük çevrə şəkilli bir həndəsi fiqur olur.

Bəlkə, nahayət bu çevrədən çıxmağa özünüzdə bir təpər tapasınız.

Bir ildən artıq olmayan müddət keçdikdən sonra özünüz anoloji təhlil aparmaq məcburiyyətində qaldıqda nəticədə (içəridə, yaxud bayırda olmağınızdan asılı omadan) qarşınızda hər dəfə, hazırda mənim qarşımda dayanan çevrə Sizin qarşınızda dayanacaq və əzab çəkməli olacaqsınız. Çox gec də olsa, düşünməyə dəyər. Xalq bu bivec hakimiyyətdən zara gəlmişdir. Siz necə hakimiyətsizlikdən və fəaliyyətsizlikdən hələ də yorulmamısınız?. Yalnız mürgüləmək üçün istifadə etdiyiniz kreslodan qopmağınız məsləhətdir.

A KİŞİ..!!!!!!!

Azərbaycan dövlətini Qorxmazlar sökdülər, taladılar, mənimsədilər, sərhəddin o birsi üzünə daşıdılar. Siz bunu görmürsünüzsə görmə qabiliyyəti olan göz transplantasiya etdirin. Görürsünüzsə hərəkətə keçin.

Məni təhlükəli hərəkətə məcbur etməyin.

 

İmza:                       Tahir Babayev

Telef: 050 626-80-49

01.09.2018.

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*