“MİLLƏT HƏLƏ DƏ YABANÇI PAPAQ ALTINDA YAŞAYIRSA…” !!!

27 ildən bəri müstəqil olan bir dövlətin baş kəndinin hələ də “rus şəhəri” olaraq qalmasından böyük söyüş yoxdur bizə.

Fb-NİN GÜNDƏMİNDƏN

Sabir RÜSTƏMXANLI

08 oktyabr 2018

“Xəzər” TV- də Ana dilinin qorunması ilə bağlı verilişdən çıxıb evə gedərkən birdən yadıma bir neçə ay öncə Moskvanın“Literaturnaya qazeta”sında oxuduğum iki xəbər düşdü. Biri “Latviya: iki əsr geriyə”, digəri “Moskva-Bakı: dostluq” adlanırdı.
Yan-yana verilmiş yazıların birindən bəlli olurdu ki, bəzi müəllimlərin etirazına baxmayaraq, Latviyada rus məktəblərinin ləğvi və ölkənin bütün məktəblərinin latış dilinə keçirilməsi haqqında qanun qəbul edilmişdir. Bu ilin aprel ayında Latviya prezidenti qanuna qol çəkmişdir. Yəni əhalisinin az qala yarısı rus olan Riqada rus məktəbi qalmayacaqdır. Kəndləri də nəzərə alanda Latviyada əhalinin otuz faizi rusdillidur, lakin ölkənin dil siyasəti onların dövlət dilində, yəni latışca oxumasını tələb edir.
Digər yazıda isə Azərbaycan Prezidenti tərəfindən Dostluq ordeninə layiq görülmüş Məmməd Ağayevin Bakı təəssüratı yer almışdı.
Moskva satirik teatrının direktoru Məmməd bəy Bakıda ordeni alıb qayıdandan sonra qəzetə açıqlama verib deyir:

“Hər dəfə, xüsusən özüm üçün, qeyd edirəm ki, şəhər (yəni Bakı-S.R.) yaxşı mənada yenə əvvəlki kimi “rus şəhəri” olaraq qalır. Və hətta cavanlar getdikcə daha çox rusca danışırlar.”

Düzü adam bir azərbaycanlı ağsaqqal sənət adamının dilindən bu sözləri oxuyanda utandığından əriyib yerə girmək istəyir. 27 ildən bəri müstəqil olan bir dövlətin baş kəndinin hələ də “rus şəhəri” olaraq qalmasından böyük söyüş yoxdur bizə. Məmməd bəy bunda hansı yaxşı məna görüb, bilmirəm. Əhalisinin cəmi bir faizi rus olan bir şəhər, o bir faizin havasına yaşayırsa, onda bu dövlətin sahibi olan xalqın heç bir müstəqillikdən danışmağa haqqı yoxdur. Millət özgə dili bu qədər əzizləyir və hələ də yabançı papağı altında yaşayırsa, istəyir on dənə fərman imzalansın, heç bir xeyri olmayacaq.


Sabir Rüstəmxanlı
Azərbaycan Dil Qurumunun başkanı
7.XI. 2018

—————————————————————————————–

P.S.

Москва–Баку: достлуг

Москва–Баку: достлуг

Недавно старинному другу и соратнику «ЛГ», директору Московского театра сатиры Мамеду Агаеву был вручён орден Дружбы – одна из высших наград Азербайджанской Республики. И вручил его в Баку президент Ильхам Алиев. Поздравив награждённого, «ЛГ» попросила его поделиться впечатлениями от поездки.

– Вообще-то указ о моём награждении появился ещё в сентябре прошлого года, – сказал Мамед Гусейнович. – И моя любимая «Литературка» даже сообщала об этом. Предполагалось, что орден Дружбы, по-азербайджански Достлуг, вручит мне в Москве посол Азербайджана. Но вот в начале марта неожиданно раздался звонок из Баку, меня спросили, не смогу ли приехать. Я, конечно, дал согласие.

Перед вручением награды я пару дней провёл на моей малой родине, где, конечно, бываю, но не так часто, как хотелось бы. Баку и теперь порадовал красотой, радушием, кварталами новостроек. Всякий раз особо для себя отмечаю, что город по-прежнему в хорошем смысле «русский». И даже всё больше молодёжи говорит по-русски. В моей родной Нахичевани русские школы в последние годы получили новые здания, оборудованы по самому последнему слову. На этом фоне по-другому воспринимаешь лживую и бесстыдную шумиху вокруг России и русских, которая развёрнута на Западе. Мои земляки прекрасно знают, что всё это обман, глупость, а русские им – настоящие друзья и верные союзники. И это сто раз подтверждено самой жизнью!

Честно говоря, в каком-то смысле о том же и теми же словами, которые я слышал от обычных людей, мы говорили с Ильхамом Алиевым после церемонии вручения наград. Он удостоил меня чести побеседовать с глазу на глаз в течение четверти часа. Он вспоминал, как мальчишкой ходил вместе с родителями на спектакли нашего театра в Москве. Говорил о важности и дальше укреплять сотрудничество наших деятелей культуры. Очень высоко отзывался о президенте России.

На днях в самом Азербайджане выборы президента. Я от всей души желаю успеха на них Ильхаму Алиеву. Как и отец, он готов верно служить народу и не предаст идеалов дружбы и сотрудничества с нами, с Россией. Для меня, как для московского азербайджанца, это очень важно.

№ 14 (6638) (04-04-2018)

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*