MİLLİ ŞURAYA SƏFƏRBƏRLİK ƏMRİ VERİLDİ(mi)???

————————-

Sərdar ƏLİBƏYLİ

————————-

NARAHATDIRLAR… AMMA NƏDƏN VƏ NİYƏ?!.

Milli Şurada fövqəladə vəziyyət var, səfərbərlik elan olunub, elliklə “silaha” sarılıblar, hamısı da “divara çızıq çəkməyin” mənasızlığını hədəfə alıblar və “atəşlər” də bu hədəfin özünü vurmaq, onu təşviq edənləri endirmək üçün açılır. “Cızıqların mənasızlğını” sübuta yetirməklə mükəlləf kimi görsənirlər. Oysa, adına “mənasız bir şey” dedikləri zaddan yana, fövqəladə vəziyyət və səfərbərlik niyə və nəyə lazımmış ki?!.

Hələ yazılardakı atmacalar-falan bir yana qalsın. Hər halda görünənlər ciddi narahatlıqların var olmasından xəbər verir, amma nəyin narahatlığı ola bu?! Zamanla o da ortaya çıxar. Əslində heç həftəsi keçməyib, yazmışdım ki, müxalifəti daxilində böyük qovğalar yetişir və cameə daxilində yanğın törədəcək sıcaklık gözlənilir. Bu olanlar da artıq o qovğaların başlandığına dəlalət edir. Səfərbərlik də, bu xüsusda, savaş öncəsi “1 nömrə”li hazrlıq elan olunduğunun göstərisidir, ağır artilleriya işə qoyulmuş belə…

Bütün görüntülər “narahatdırlar” – deyə bağırır, amma nədən və niyə narahatdırlar, əcəba bilinməyən, var olub da görünməyən bir şeylərmi var??? …

 

————————————————————————————————–

P.S.

BƏS DEYİRDİNİZ NAHİD CƏFƏROV BOŞ-BOŞ DANIŞIR? !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Bəs deyirdiz itaətsizlik aksiyaları boş şeydir, Nahid Jafarov boş-boş danışır. Bəs indi niyə Gültəkin Hacıbəylidən tutmuş Cəmil Həsənliyə qədər, İbrahim İbrahimlidən tutmuş Eldəniz Quliyevə qədər səfərbər olmusuz? İmkan verin boş -boş danışsın da.

 

2 şərh

  1. Cenablar ferqindesinizmi “Yurd” cəmiyyətinin sedri Eli Kerimli,dövlet başçı İlham Eliyevden çox KİV-də gündemde saxlayırlar.Bununda sebebi var.Xalqda müxalifete inamı azaltmaq.

  2. Çox təəssüf ki,AZERBAYCAN MİLLİ AZADLIQ HEREKATIN LİDERİ VE EKS-PREZİDENT RUHU ŞAD OLSUN EBÜLFEZ ELÇİ BEY-den sonra 18 ildir ki,helede Eli Kerimliye inanırlar.
    P.S.Menim cırtanın nağılı yadıma düşdü.İşıq gelen terefe,yoxsa it hüren terefe gedek.
    Bügün Eli Kerimlini gündemde saxlamaqla,onu şişirdirlər. İşıq gelen terefe çevribler.Sonu da belli.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*