MİRŞAHİN OLMAQ MİRŞARİKOV OLMAQDAN QAT-QAT YAXŞIDI …

… VƏ YA “REAL”IN XİMƏTİ QAPISINDAN İÇƏRİYƏ BAXIŞ

—————————-

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

—————————-

… Biz əslində nə ilə məşğuluq. Hər gün izah eləməyə çalışırıq ki, Mirşain, sənin soyadın Ağayevdir, Ağa nəslindənsən, özün də çiynində kamera, əvvəldən axıra, Qarabağ döyüşlərinin içtirakçısı olmusan, Azərbaycanda ilk müstəqil televiziya kimi tafixə düşmüş ANS kanalının yaradıclarından biri, sözügedən kanalda çağdaş tariximizin salnaməsinin Qızıl Fonduna düşəcək yüzlərlə, minlərlə televerilişlərin, audio, vedeo materialların müəllifisən, müqəddəs bir keçmişin gələcəyə daşıyıcılarından birisən …

Mirşahin də deyir ki, yox, mən nə Ağa nəslindənəm, nə də soyadım Ağayevdi, Qarabağ döyüşlərini görməmişəm, çəkməmişəm, dediyiniz televiziyanın təsisçisi də, sözügedən tarixi televerilişlərin də, audio, video materialların da müəllifi deyiləm, mən çox ləyaqətsiz adamam, məni divarın dibindən tutub gətiriblər…

Biz Mirşahinə deyirik ki, sən bir Azərbaycan kişisisən, ləyaqətin, əxlaqın və davranışların da buna uyğun olmalıdır, sən məmləkətin ən qabağcıl jurnalistlərindən birisən, sən o jurnalistlərdənsən ki, zaman-zaman digər jurnalistlər sənə xəyal kimi baxıblar, səndən öyrənməyə çalışıblar …

Mirşahin də deyir ki, yox, mən sadəcə əxlaqsızam, təmiz deyiləm, namisdan, ləyaqətdən məhrum biriyəm…

Hesab edirəm ki, arxasını hakimiyyətin səlahiyyətlilərinə yaslayıb, kimlərinsə qucağında oturub, istər ölkədən kənarda, istərsə də ölkə içində kimlərəsə demokratiya dərsi keçmək, sadəcə olaraq korazehinlikdi, sadəcə olaraq mənəvi şikəstlikdi və bu gün Azərbaycandan danışa bilmək üçün, təkcə Azərbaycanda olmaq yetməz, həm də məmləkətin dərdləri ilə yaşamaq, hər gün, hər saat yaşanan qəmlərlə dolu taleyiinə, hər addımda qarşılaşdığı, fantan kimi aşıb-daşan kədərinə, (arabir, o da olarsa, sevincinə də – S.Ə.) şərik olmaq, millətin saxtalaşdırılan tarixinə, məhv edilən gələcəyinə, içi iç, dışı dış düşnənlərə təslim edilən dövlətinə və dövlətçiliyinə sahiblənə bilmək lazımdı…

… Və bütün bunlardan sonra, Mirşahinə də, onun kimi, axası sələhiyyətlilərə yaslandığı üçün, meydan sulayanlara da bir sözüm var və onlara müraciət eləmək istəyirəm:

“Adınızı dəyişməyin, Mirşahin olmaq, MirŞarikov olmaqdan qat-qat yaxşıdı.”

Mən Mirşahini təcili olaraq adını dəyişib yenidən Mirşahin olmağa çağırıram, MirŞarikov yox. Çünki Ağayev soyadının arxasında MirŞrikov adı olmaz, Ağalıqla bir araya sığan iş deyil bu, ona görə…

 

——————————————————————————–

P.S.

Mir Şahindən Sevinc Osmanqızına ağır sözlər:

“Divarın dibindən tutub gətiriblər” (VİDEO)

Mir Şahin fərari jurnalistlərə müraciət edib.

O, ABŞ-da Sevinc Osmanqızı və ətrafında toplaşan bir sıra jurnalistlərə, onların açıqlamalarına, Azərbaycan dövlətini, Azərbaycanın milli ləyaqətini aşağılayan ifadələrə münasibətini bildirib.

Realtv.az həmin müraciəti təqdim edir:

1 şərh

  1. Çox hörmətli Sərdar bəy, Siz bu məxluqu insan olaraq,insan kimi yaşamağa,davranmağa dəvət edirsiniz.Bu gədə də,üzə durub,təkrar edir ki, yəni siz akademik Cəlal Əliyevdən də çox biımirsiz ki, O rəhmətlik, mənim kimliyim, əslim, köküm barədə, MM-də, canlı yayımda, laboratoriya analizlərinə əsalanaraq müfəssəl məlumat və zərgər dəqiqliyi ilə qiymət verib, Akademik necə deyibsə, mən elədə varam, artıq izahata ehtiyac görmürəm!!!!!!!!!!!!!!!!!!!!!!!

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*