“MÖVCUD AVTORİTAR REJİMDƏN QURTULMAQ ÜÇÜN YENİ BİR XALQ HƏRƏKATINA BÖYÜK EHTİYAC VAR”!!!

“DÜNYANIN ANTİDEMOKRATİK ÖLKƏLƏRİ SIIRASINDA YER ALMAĞIMIZ XALQIMIZ ÜÇÜN ÜZ QARASIDIR”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Aydın ŞÜKÜR 

поделился заметкой 

Mövcud avtoritar rejimdən qurtulmaq üçün yeni Xalq Hərəkatına böyük bir ehtiyac var

 Əziz  Həmvətənlər,  dəyərli  Xanımlar  və  Bəylər !

Bəllidir ki, demokratik rejimli çağdaş dövlətlərdə hakimiyyətin qaynağı və yiyəsi millət olar, demokratik seçki yolu ilə seçilən iqtidar bu millətin xidmətçisi sayılar və millət də öz fəal vətəndaş mövqeli milli iradəsini ortaya qoymaqla bu xidmətçinin – iqtidarın fəaliyyətinə nəzarət edər. Avtoritar, totalitar, diktator rejimli dövlətlərdə isə hakimiyyətin qaynağı millət yox, iqtidardır və bu iqtidar özünü millətin xidmətçisi yox, ağası sayır, passivləşdirilib insan yığınına – kütləyə çevrilən millət isə “iqtidar ağa”nın fəaliyyətinə nəzarət edə bilmir. Çox yazıqlar ki, bu gün Azərbaycan Dövləti məhz belə bir duruma düşmüş və Azərbaycanda irsi özəllik daşıyan bir avtoritar cinayətkar rejim qurulmuşdur… İrsi avtoritar rejimin ağalığı səbəbinə bu gün

Azərbaycan demokratik dünya dövlətləri ilə bir sırada dura bilmir, əksinə, antidemokratik dövlətlər sırasında yer alır ki, bu da xalqımız üçün üz qaralığından başqa bir şey deyil. İndiki iqtidarın 22 illik hakimiyyəti boyunca bütün demokratik qurumlar iflic edilmiş, bütün seçkilər saxtalaşdırılmaqla xalqın milli iradə bildirmə imkanı heçə endirilmiş, kütləvi həbs və repressiyalar yolu ilə fəal vətəndaş mövqeli insanların səsi susdurulmuş, ölkə iqtisadiyyatı iqtidarla bağlı bir ovuc adamın təkəlinə keçmiş, məhkəmə-hüquq sistemi icra hakimiyyətindən asılı bir duruma düşmüş, korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığı geniş yayılmış, ölkənin milli sərvətləri iqtidarın “özəl mülkiyyəti”nə çevrilmiş və əhali içərisində yoxsulluq misli görünməmiş bir tərzdə artmış, işğal edilən Azərbaycan torpaqlarının taleyi ilə bağlı yürüdülən xarici siyasətdə heç bir irəliləyiş əldə olunmamışdır…  Mövcud ictimai-siyasi durumun dəyişdirlməsi üçün son vaxtlar, nəhayət ki, KİV səhifələrində ayri-ayri partiyalar, səxslər, qurumlar, o cümlədən də İP tərəfindən Xalq Hərəkatına ciddi ehtiyac olduğu bildirilir və təbii ki, bu istiqamətdə konkret işlərin görülməsi üçün müxtəlif variantlar və yollar göstərilir. Bütün bunlarla taniş olduqdan sonra, ortaliğa qoyulan bu mövqelərin səmimiyyətinə və müəyyən dərəcədə effektlivliyinə inanmaqla biz də öz təkliflərimizi səsləndirmək istəyirik.     Azərbaycan Xalq hərəkatı təşəbbüsçüləri belə hesab edir ki, mövcud ağır durumdan çıxış yolu xalq içərisində vətəndaş fəallığının bu yöndə yüksəldilməsi və yeni bir təşkilatın ortaya çıxmasıdır. Passivləşdirilib bir qırağa itələnmiş xalqın yenidən fəallaşıb öz milli iradəsini ortaya qoya bilməsi üçün ayrı-ayrı qurum və partiyaların maraq və mənafelərindən yüksəkdə duran bir ictimai-siyasi hadisənin baş verməsi-Xalq Hərəkatının yaranması günümüzün ən gərəkli tələblərindəndir, hətta həyatımızın qaçılmaz bir gerçəkliyidir. Azərbaycanın totalitar Sovet rejimindən qurtulmasında başlıca rol oynamış 1988 – 1992-ci illər Xalq Hərəkatı təcrübəsi açıqca göstərir ki, mövcud avtoritar rejimdən də qurtulmaq üçün o cür yeni bir Xalq Hərəkatına böyük bir ehtiyac var. O zaman daha çox ayrı-ayrı fərdlərin bir araya gəlməsi ilə Xalq Hərəkatı və onun sonrakı dövr təşkilatlanma forması olan Azərbaycan Xalq Cəbhəsi yaranmışdı. İndi isə milli-demokratik güclərin – ayrı-ayrı partiya və təşkilatların bir araya gəlməsi ilə yeni bir Xalq Hərəkatı biçimlənməlidir və şübhəsiz, bu yeni  Hərəkat zaman daxilində özünün hansısa bir qurumlarüstü təşkilat formasını da yaradacaqdır. Azərbaycan Xalq hərəkatı təşəbbüsçüləri bildirir ki, mövcud avtoritar rejimə qarşı yeni bir Xalq Hərəkatı və onun qurumlarüstü bir təşkilatlanma formasının yaranması üçün əlindən gələni etməyə hazırdır. Azərbaycan Xalq hərəkatı təşəbbüsçülərindən hər bir şəxs özünün bütün imkanlarını, gücünü, qaynaqlarını, bilik, bacarıq və təcrübəsini bu qutsal mübarizəyə həsr etməkdə israrlıdır. Azərbaycan Xalq hərəkatı təşəbbüsçüləri bütün siyasi partiyalara və ictimai qurumlara müraciət edir, hamını bu yolda səmərəli dialoqa çağırır. Biz 7 noyabr 2010-cu il tarixdən hesab edirik ki, artıq neçə illər uzanmaqda olan durğun ictimai-siyasi durumdan, indiki bu susqun vəziyyətdən Xalq Hərəkatından başqa bir düzgün cixiş yolu yoxdur. Amma həm də hesab edirik ki, Xalq Hərəkatı kimi hadisələrin bu başdan inhisara alınması cəhdi səhv olub əvvəlcədən məğlubiyyətə aparan yoldur. Xalq Hərakatı, inhisara alinmaqla yaranan hadisə deyil. Əgər, ya naşılıqdan, ya da bilərəkdən buna cəhd olacaqsa, bu yarana biləcək hərəkati elə ilk addimdaca uçuruma sürükləmək deməkdir. Ona görə də hesab edirik ki, duzgün yol bu olar ki, inhisarçılıq niyyətindən imtina edərək təbii yol tutulsun, yəni, bu fikirdə olanların hamısı təşəbbüslə bir araya gəlib razılaşdırılımış birgə fəaliyyət gostərsin. Yəqin ki, başlanmiş prossesin ciddi strukturlaşma işləri gedər ki, bu üfüqi formalaşmada da Xalq Hərəkatının genişlənməsinə gətirib çıxarar. Əgər bu niyyətə qoşulanlar tərəfindən qrup mənafelərinin, inhisarçılıq niyyətinin olmayacağına, rəsmi mövqe bəyan edərək işə başlanarsa, niyyətimizin doğru olması inandırıcı olar, münasibətlərimiz səmimiyyətə söykənərək qurular.

 

Azərbaycan Xalq Hərəkatı təşəbbüsçüləri

01 dekabr 2010 

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*