MÜSAVATIN QƏRARI SEÇKİNİN BƏZƏYİNİ POZDU !!!

Sərdar ƏLİBƏYLİ

SEÇKİDƏ RAZİ NURULLAYEVƏ QALİB GƏLMƏNİN QÜRRƏLƏNƏCƏK BİR YÖNÜ YOXDU !!!

Müsavatn seçkiyə qatılmamaq qərarını birmənalı təqdir etdim. Həm də indiki durumun bəzi boyutlarına rəğmən, bu qərarın mücavatçılar adına bir fədakarlq olduğunu da qeyd etməyi vacib bilirəm.

Ayrıca Müsavatın bu qərarı hakimiyyətin seçkiyə vermək istədiyi bər-bəzəyi bir xeyli solduraraq, seçkinin mahiyyətinə və təqdimat ritorikasına ciddi zərbə vurmuş oldu. Zira, seçkiyə qatılmaq qərarı vermiş digər namizədlərin xətrinə dəymədən deməliyəm ki, artıq bu seçki ciddiyyətini itirərək, “fiksiya” halına gəlmiş oldu. Hələ elan olunmuş namizədlərdən ən azı ikisinin də marafondan ayrılacağı gözlənilir. Oysa, İlham Əliyevanın, lap elə, Mehriban Əliyevann özünün belə, tutaq ki Razi Nurullayevə qalib gələcəyi seçki ilə qürrələnəcək halları yoxdu. Bu qələbə, ən yaxşı halda, “Barselona”nın “Neftçi” üzərindəki qələbəsi ilə müqayisə oluna biləcək boyutlara vara bilər. Zira, bu seçki “uğuru”nu nə ölkənin daxilində, nə də xaricdə kimsənin ciddiyə alacağı mümkün deyil. Əslində, burdan o tərəfə, bu seçki “bir aktyorun tamaşası” misalı bir nəsnəyə çevriləcək və hakimiyyət namizədinin rəqabətsiz “pir qələbəsi” ilə başa çatacaq. Gerçəkdən də, moarafonu sonacan davam etdirəcək namizədlərin hamısı bir yerdə, istəsələr belə, hakimiyyətin namizədinə rəqabət təşkil edə biləcək nə siyasi, nə sosial, nə də ideoloji bazaya sahib deyillər. Əsas müxalif güclərin oyundan kənar qalması, əslində hakimiyyətin planlarını xeyli dərəcədə pozmuş oldu və bu mənada, bütün əyər-əskiklərinə rəğmən, müxalifətin ilkin etapdan cüzi də olsa, qazancla çıxdığını düşünmək olar və bu cür düşünməyə əsas verən xeyli məqamlar var. .
Prosesin sonrakı etapları bizə nələri vəd edir, hakimiyyətin “b” planında nələrin olduğunu, müxalifətin isə, xırda da olsa, qazanılmış uğurun davamını kətirə bilib-bilməyəcəyini yaxın günlərdə görəcəyik. Hə halda sürprizlər olacaq və intriqa şkalası hələ pik həddə gəlməyib məncə, spiral dartılmaqda davam edir.
——————————————————————————————————————

P.S.

Bir kənara itələnmiş xalqın qəzəbi ilə hakimiyyətin arasında qoruyucu bufer rolunu oynamaq yox,

Fb-NİN GÜNDƏMİNDƏN

“Mən oynamıram” prinsipsizliyi ilə seçkidə iştirakdan imtina etmək, “borcumdan çıxdım” “mübarizliyindən” xəbər verir.
Niyə oynamıramı da, xalqa izah etmədən…
Yaradılmış siyasi ab havanın yanlış olduğunu, niyə yanlış olduğunu, doğru olsaydı necə olardı məsələsini çozmədən, yanlışa təpki, doğruya dəstək vermədən aradan çəkilmək, xalqa deyil, öz maraqlarına xidmət etməyə daha çox oxşayır…
Dostlar !
Ola bilsin fikrimin dırnaq arasında olması müəmma yaradır. Məncə görünən kəndə bələdçi lazım deyil və siz hamınız da bunu çox gözəl izah edirsiniz.Mövzu genişdir. Məqsədim, özbaşınalıqla keçirilən seçkinin Azərbaycan xalqının iradəsindən kənarda keçirildiyini cəmiyyətə deyilməsinin vacib olduğunu deməkdir..Bu məqamda, milli iradənin formalaşmasına doğru qəti addımlar atılmalıdır. Xalqı maarifləndirmək naminə, yaranmış siyasi situasiyalardan doğru bəhrələnmək lazımdır.
Bir kənara itələnmiş xalqın qəzəbi ilə hakimiyyətin arasında qoruyucu bufer rolunu oynamaq yox, xalqa qarışıb, xalqa doğru olanı çatdırmaq lazımdır. Xalqı seçkilərə hazırlamaq.
Xalqın vuran ürəyinə dönmək, xalqa, dövlətə nə xeyirlidirsə onun uğrunda savaşmaq lazımdır.
Sayğılarla…

PAYLAŞTweet about this on TwitterShare on FacebookPrint this pageEmail this to someone

2 şərh

  1. Müsavat partiyası dünenki toplantısında İsa beyin prezidentliye namizedliyini ireli sürmekle,Müsavat adına böyük xeta töredib,iqtidarın eline işledi.
    Xatirimdedir,1994-cü ilde merhum Heyder Eliyev respublika sarayında ümumirespublika müşaviresine Müsavat partiyasının başkanı İsa Qemberi de devet etmişdi.İsa beye bildirmişdiler ki,toplantıya getmesin.O,ise ünvanıma ne deseler cavabını alarlar.Toplantıda İsa bey eşitdiklerini eşitdi.Ona fikir bildirmeye imkan vermediler.Zalı terk etmek isteyende,qapıları onun üzüne bağladılar.Ve mecbur etdiler ki,zalda oturub axıra kimi duyduklarını duysun.
    Müxalifetin üzünü ağardan bir nefer varsa oda Mirmahmud Mirelioğludur.Bu menim fikrim deyil.Olduqlarım yerlerde bunu eşidirem.SÖZÜ BÜTÖV! EMELİ BÜTÖV! HEREKETleri BÜTÖV!
    AZERBAYCAN Milli Azadlıq Herekatının Lideri ve eks prezident Ebülfez ELÇİ BEY çismani olaraq,bir aya yaxın Gülhane Eskeri xestexanasında Ağanı yanında saxlamağla bizlere bir mesaj olaraq hereketlerile gösterdi ki,siyasi varisim Mirmahmud Ağadır!
    Düşünceme göre özüne ELÇİ BEYçi deyen ve RESULZADE-ELÇİ BEY yolunda olanlar sözde yox emellerile bunu göstermelidiler.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*