MÜXALİFƏTİÇİ MÜNASİBƏTLƏR YENİ QOVĞALARA HAMİLƏDİ !!!

KİMİN TALEYİNƏ NƏ YAZILIBSA ARTIQ… !!!

———————————

Sərdar ƏLİBƏYLİ

“Reket” radaktor

———————————–

Zəruri qeyd:

Bu məqləni 05 may 2018-ci ildə – Qurban Məmmədovun “London debatları” yenicə başlayanda, ya bir, ya da iki veriliş efirə gedəndən sonra yazmışdım. Onda indiki dostlar düşmən, düşmənlər də dost qiyafəsindəydilər. Bu günlərdə baş verənlərin fonunda, məqaləni yenidən ictimai rəyin müzakirəsinə və cəmiyyətin diqqətinə təqdim etməyi vacib bildim. 

https://www.facebook.com/serdar.aliyev1/videos/1903768209690346/

—————————————————————————————

Başlanmış debat-müzakirələr müxalif cameəni öz daxilində misli görünməmiş qovğalara sürükləməkdədir. Hələlik, korun-korun yanaraq, tüstülənən ocağı xatırladan bu debat-müzakirələrdə hərarətin getdikcə artmasının, yaxında bütün tərəfləri və müxalif cinahın tamamını atəşə verəcəyi ehtimalı günbəgün deyil, saatbasaat artır…

Bir müddət bu müzakirələrə kənardan baxaraq, biganəlik göstərən Əli Kərimlinin əsəblərinin davam gətirməməsi və öz tərəfdarlarının moderatorluğunda, birbaşa deyil, virtual şəkildə səhnəyə çıxması isə, yanğının üzərinə körüklə getmə effektini yaratmış oldu. Liderlərinin bu çıxışından ruhlanan AXCP üzvləri və tərəfdarları isə, bu gün sosial şəbəkələrdə Qurban Məmmədovun və Nahid Cəfərovun ünvanına hədyanlar yazmağa və təhqirlər yağdırmağa start verdilər. Heç şübhəsizdir ki, hər nə qədər səbrli görünməyə çalışsalar da, getdikcə dozası artan hədyanlara, təhqir və söyüşlərə, qarşı tərəfin də adekvat cavabları gələcək. Xəbərdarlıqlar da olundu belə…

Hər halda, tərəflərin niyyətlərinin xoş və dürüst olmasına inanmaq istərdim, ancaq prosesin nəzarətdən çıxa biləcəyi andan, nələr olacağını düşünmək belə vahim təəssüratlar yaradır, həyəcan və təlaş doğurur. Bu böyük yanğından külə dönüb çıxanların da, daha doğrusu salamat çıxa bilməyənlərin də, olacağı istisna deyil. Kimin taleyinə nə yazılıbsa artıq…

Yeri gəlmişkən, son günlərdə Fb-də yenidən başladılan Əli Kərimli – İlqar Məmmədov “yarışması” da, onu deməyə əsas verir ki, bu  kirli oyunlar və bəd niyyətli gedişlər, müxalifətdaxili qovğaların alovlanmasını hədəfləyir və gec-tez bu yanda da yanğnın olacağı qaçılmaz kimi görsənir !!! 

05 may 2018

————————————————————————————

P.S.

Fb-NİN GÜNDƏMİNDƏN

Bu oğlanın bədəninə ekiz “Cin” girib. Biri oğlandı o arxa kürək nahiyyədən girib. Biridə qız cinidi və oda sol qulaqdan daxil olub”Oyan”-dırıblar bu qardaşımızı.Bu gecə mənə məlum oldu.Mən parapisixoloq kimi çalışacam Nahid qardaşımızın içində oyanan şeytanları məhv edim.Hələki fələq və nas surəsi oxuyacam ki,qız şeytanı”Oyan”-masın.Cavan oğlandı bir torba əlinə mel alıb gedib”qapı -baja”cızmasın.Nolar adam şüuraltı nasazlıq tapanda.Yenədə deyirəm Nahid Jafarov-un bədəninə cin-şəətin girib onu bu məsələdən bu yoldan mən xilas edəcəm. Cünki YAP bu adama nə edibsə,nə duası oxuyublarsa,ancaq Əli Kərimli dilindən düşmür. Yuxudada deyir Əli, Əli, Can Əli…

——————————————————————————————–

Fb-NİN GÜNDƏMİNDƏN

Zamanında Namiq Abbasova yalan danışıb özünü MTN-ə sadiq göstərmək istəyən və buna görə Təhmasib Novruzovla həbs olunan, 2006-cı ildə “Hürriyyət” qəzetində Eldar Mahmudovun tapşırığıyla AXCP haqqında təhqiramiz yazı yazdıran, Azərbaycanda istifadə müddəti başa çatdığına görə, Əli Həsənov tərəfindən Avropaya, Londona yarım-yapalak agentə yengə obrazında göndərilmiş Qurban Məmmədov bu gün DEBİl-BAT-ında məndən danışıb. Ona və yengəlik etdiyinə deyirəm ki, çıxardığınız hoqqalardan, apardığınız seperat danışıqlardan xəbərim var. Nahidə dəqiqə bir oğlum deyib, onu alçaldıb özünü göstərə bilərsən. Amma oturub bizə əxlaqdan dərs keçmək sənin həddin deyil. O üzdən ağıllı olun, yerinizi bilin. Bilməsəniz onu sizlərə hüquqi olaraq göstərmək imkanım və gücüm var. Lazım olsa, sabah gəlib Londonda sizi olduğunuz yerdə taparam. Saxladığın saqqala hörmət elə, abrını gözlə. Sizin kimilərin agenturası burda işləməz. Dünən, bu gün olduğu kimi, sabah da qarşınızda məni görəcəksiniz.

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*