NƏ HƏRB, NƏ SÜLH ŞƏRAİTİ BİTMƏZMİ ???!!!

isa sadıqovİsa SADIQOV:

“İctimai rəyi tovlamaq üçün torpaqlarımızın müqəddəratı ilə oynamaq vətənpərvərliyin hansı kateqoriyasına aiddir?”

ƏSGƏRİMİZ ŞƏHİD -001ƏSGƏRİMİZ ŞƏHİD“Müharibə” mövzusuna yenidən qayıtmağa məcburam. Artıq susmaq olmur. 22 ildir təmas xəttindən tabutlar gəlir, övladlarımız həlak olur. Onlar bizim, xalqın balalardır. “Atəşkəs” zamanı 6 minə yaxın əsgər itirmişik və bu davam edir. Hadisələr, atəşkəsin pozulması açıq-aydın göstərir ki, bu hərbi itkilərimiz hakimiyyətin və mövcud rejimin qurbanlarıdır. Onların çirkin oyunlarının qurbanı.

Bular boş iddialar deyil, hamısı sübuta dayanır. Düçar olduğumuz müharibə artıq uzun illərdir, əsas məqsədini və mahiyyətin itirib. İndi biz ancaq “müharibə”dən danışa bilərik. Bu “müharibə”nin əsas hədəfi isə hər iki tərəfdəki anti-xalq, anti-demokratik rejimləri ayaqda saxlamaqdır. Ən dəhşətlisi isə odur ki, hər iki tərəf üçün “müharibə ssenarisi” Kremldə yazılır.

İlham ƏLİYEV-1İlham Əliyev də onun yaxın ətrafı da  gözəl başa düşürlər ki, onlar müharibə edib torpaq azad edən deyillər – və indi hamısının maraqları və onları qayğılandıran əsas məsələ ailə hakimiyyətin bərkitməklə, xalqa çatası sərvətləri bir əldə cəmləməkdir. Bəli, prezident bəzən odlu müharibə bəyanatları verir, uniforma geyinib, ali baş komandan kimi kameralar önünə çıxmağı da bacarır. Ancaq daha bilməyən yoxdur ki, bütün bunlar İLHAM ƏLİYEV SƏNGƏRDƏhamısı daxili auditoriyaya hesablanan ucuz dekorasiyalardır. Bu illər ərzində bizlər nə qədər  müharibə ab-havasına hesablanan addımlar, sözlər gördük, lakin, həmişə də ona şahid olduq ki, bütün bunlar hamısı xalqı siyasi aktivlikdən uzaq saxlamaq üçün düşünülmüş hiylələrdir. Gəlin, özümüzə sual verməkdən çəkinməyək; ictimai rəyi tovlamaq üçün torpaqlarımızın müqəddəratı ilə oynamaq vətənpərvərliyin hansı kateqoriyasına aiddir? Bu sualı ritorik hesab edə bilərsiniz, yəni cavab lazım deyil. Lakin, cavab tələb edilən suallar da var ki, məni bu gün onlar daha çox narahat edir. Çünki, birbaşa özümüzlə bağlıdır.

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*