“NƏ QƏDƏR Kİ, MƏNƏ ƏXLAQ DƏRSİ VERİR , BOŞQAB DİBİ YALAYANLAR”

GÖZÜ ÇIXAN QARDAŞLARINDAN DƏRS ALA BİLMƏMƏK ŞAKƏRİ VAR BUNLARIN!!!

Nə qədər ki, bu millətin haqlarını yeyənlər var ,
Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var,
Nə qədər ki, kabineti, vəzifəni gözlərinə təpənlər var,
Tiranların yanbızını bir az altdan öpənlər var,
Nə qədər ki, istedadı addım-addım pusanlar var,
Xalq dərdini hayqırmağın əvəzinə, əqrəb kimi susanlar var.
Nə qədər ki, iş başında bunca kütbaş, kəmsavad var.
Düz üç yüz min didərgindən heç nə yazmaz mətbuat var.
Nə qədər ki, başçı olur başsız canlar,
Bir millətin mənliyini talam-talam talayanlar,
Nə qədər ki, mənə əxlaq dərsi verir
Fərarilər, boşqab dibi yalayanlar.
Nə qədədr ki, “Demokrasi!” “Aşkarlama!” – deyə-deyə boğaz yırtır
bu züyçülər, zurnaçılar, şeypurçular.
Nə qədər ki, cəzasızdır
Xankəndimdə evlər yıxan, ürək yıxan yırtıcılar,
Davam edir 37-
Daha kəskin, daha ciddi!

Xəlil Rza ULUTÜRK

—————————————————————————————————-

ZİLLƏT VƏKİLİ MUSA QULİYEV (URUD) BAXIN NƏLƏR DEMİŞ !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Deputat Musa QULİYEV:

“Xalq görür ki, ölkədə sabitlik, haqq ədalət var, qanunlar işləyir, vətəndaşların rifah halı dövlət tərəfindən yaxşılaşdırılır, sosial müdafiə təmin olunur, Azərbaycan ordusu güclənir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır.
İnsanların istəyi də odur ki, evlərində rahat yaşasınlar, hüquqları qorunsun, işi olsun. Bunların hamısı varsa, xalq niyə razı olmalı deyil?”

 

Bu bir şəhid anasıdır, Musa Urud, mən heç nə demirəm… “Bir utan” deyəcəkdim də, amma daha demirəm, zatən sizdə utanan üz yox ki…

—————————————————————————————–

P.S.

BİR GÜN, İNŞALLAH Kİ, SƏNİN DƏ, SƏSİN “KÜRDƏXANI”DAN GƏLƏR, ONDA SORARAM MƏN SƏNƏ Kİ, ÖLKƏDƏ DURUMLAR NECƏDİ?! HƏLƏ İNTİHAR XƏBƏRİN GƏLSƏ, OLACAQLARI DEMİRƏM! ONSUZ DA SİZİN GÖZÜ ÇIXAN QARDAŞLARINIZDAN DƏRS ALMAQ ŞAKƏRİNİZ YOXDUR. AMMA ER, YA DA GEC, İLLƏRDƏN BƏRİDİR Kİ, SİZİ BORDAQ  DANA KİMİ BƏSLƏYƏN , GÜNLƏRİN BİRİNDƏ ƏTİNİZİ ŞİŞƏ ÇƏKİB, QANINZI İÇMƏK İSTƏYƏCƏKDİR ƏLBƏT. 
Ən maraqlısı odur ki, bu adam həm də şairdi. Onun bu dediklərini oxuduqca düşündüm ki, görən bu qələtləri qırdığı həmin gecə, ya Məmməd Araz, ya da Xəlil Rza onun yuxusuna girdimi? Həə, Musa Urud, mən ölüm,  düzünü de, ömründə bicə kərə dilinə düz söz gətir və denən görüm, girdi, girmədi?????!!!!!!!!   

Sərdar ƏLİBƏYLİ

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bu mövzuda ilk şərh:

  • 12/12/2017 at 20:55
    Permalink

    Şehitlerin gazilerin kanında bogulsunlar inşaallah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir