“NƏ YERDİ BURA, TANRIM, ALLAHLARIN SAYI YOX!

AYAQ BASMAĞA YERİ,

ƏL AÇMAĞA GÖYÜ YOX!”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Rustem BEHRUDİ 

16 июля 2018

ÇİÇƏKLƏR YALAN AÇIR, QUŞLAR DA YALAN OXUYUR!”!!!

ALIB BAŞIMI GETSƏM

Yoruldum, bitdim daha,
Bitdim, mən dəli–sərsəm.
Buralar bir yer deyil,
Alıb başımı getsəm…

Getsəm, bəlkə də bir vaxt,
Ruhum əfv elər məni.
Bir kənd məzarlığına
Alıb gömsələr məni…

Nə yerdi bura, Tanrım,
Hər tərəf qan qoxuyur
Çiçəklər yalan açır,
Quşlar da yalan oxuyur.

Yalan qoxuyur torpaq,
Yalan qoxuyur su, hava…
Bazar yeridi–Hər şey
Bədavadı, bədava…

Dərdə bax, burda canım,
Şüşədə devin canı…
Bu nə yerdi, gözəldi,
Olandan olmayanı

Nə yerdi bura, Tanrım,
Allahların sayı yox!
Ayaq basmağa yeri,
Əl açmağa göyü yox!

Yoruldum, bitdim daha,
Bitdim, mən dəli-sərsəm…
Buralar bir yer deyil,
Alıb başımı getsəm…

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*