NƏTİCƏ ÇIXARMIR ŞAHI SÖZÜMDƏN, GÖZÜMDƏ DƏRDİNİ OXUMUR QULU !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

%c9%99dal%c9%99t-yusubov-0011DİRİSİNƏ OLDUĞU KİMİ, ÖLÜSÜNƏ DƏ YİYƏLİK EDƏ BİLMƏYƏN HAKİMİYYƏT.

Edalet YUSUBOV

Qara dəniz böyüklüyünə, dərinliyinə, böyük dünya suları ilə əlaqəli olduğundan dərinliklərindəki su axınının sürətinə görə Xəzər dənizi (gölü) ilə müqayisədə axtarışlar aparmaq üçün daha çox çətinliklərə malikdir.

rovn%c9%99q-abucan-estakadaDüz 21 gün öncə Xəzər dənizindəki neft platformasında texniki nasazlıqüzündən baş vermiş qəzada 10 nəfər neftçimiz faciəli şəkildə həlak oldu. Bu günə qədər həlak olan soydaşlarımızın yalnız birinin meyidi tapılaraq dəfn olunmaq üçün ailəsinə təhvil verilib. Axatarışlarla bağlı ictimaiyyətə heç bir məlumat verilmir. Ümumiyyətlə axtarış aparılırmı? 14 ay bundan əvvəl baş vermiş qəzadan sonra bu günə qədər neçə neftçimizin cansız bədəni Xəzər sularında uyuyur? Baş vermiş qəzalarla bağlı hər hansı bir hüquqi araşdırma aparılırmı? Məsul şəxslərdən kiminsə, haqqında bir soruşdurma başlayıbmı?
Suallar çoxdur. Cavab isə…….

Rusiya 8 gün öncə Suriyadakı təcavüzkar ordusuna bayram konserti vermək üçün göndərdiyi və Qara dənizdə qəzaya uğrayan təyyarədəki kollektivin 92 nəfərlik heyətinin bütün üzvlərinin meyitlərini cəmi 3 gün ərzində taparaq ölkəsinə götürdü.

Xəzərdəki hadisə yeri məsafəcə paytaxtımızdan 100 km – ə yaxın məsafədə olduğu halda, Qara dənizdəki hadisə Moskvadan 2000 km, rusiyanın su sərhədlərindən isə 100 km – lərlə aralıda yerləşir.
HakimiyyətRusuya, qəza nəticəsində ölmüş hər fərdin ailəsinə 110 000$ yardım göstərdiyi halda, Azərbaycan hakimiyyəti hələ ki, cəmi 1000 manat yardım göstərilməsi haqda qərar vermiş oldu.

Dostlar, Rusiya ilə müqayisədə bütün məsələlərə münasibətdə anoloqsuz inkişafın fərqlərini görə bilirsinizmi?
Ölüsünə yiyə çıxmağın nümunəsini rusiya dövlətinin timsalında gördük.

Bəs, Azərbaycan hakimiyyətinin bu millətin dirisinə olduğu kimi ölüsünə də nifrətinin və düşmənçiliyinin kökündə nə dayanır, görəsən?




mubariz-m-0201MƏN DƏ BU MİLLƏTİN OĞLUYAM, ALLAH

Mübariz MƏSİMOĞLU

İlahi millətin başını qatıb,
Xuruz döyüşləri, it savaşları.
Bağlı qapılardan, pəncərələrdən,
Yağır taleyinə bəla daşları.
Cibində hər üzü qara manatı,
Başını itirib oğulu, qızı.
Sazı kökdən düşüb, nefti dəyərdən,
Yerdə şamı sönüb, göydə ulduzu.
İttiham edənin, qanun yazanın,Mələklər
Dərisi camışın gönündən qalın.
Başdan xarabları əli çomaqlı,
Başı olanların əlləri yalın.
Başını buraxıb günahkarların,
Suçsuzlar suç gəzir biri-birində.
Seçki keçirənin, vergi yığanın,
Quyruğu, buynuzu yeri-yerində.
Gözümdə dərdini oxumur qulu,
Nəticə çıxarmır şahı sözümdəm.
Mən də bu millətin oğluyam, Allah,
Xəcalət çəkirəm özüm özümdən .

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bu mövzuda ilk şərh:

  • 05/01/2017 at 02:15
    Permalink

    BƏLLİ, QANAN ADAMLAREIN HAMISI XƏCALƏT ÇƏKİR!!!!!!!! BU QƏDƏR MİSKİNLƏŞİB BİZİM MİILLƏTİN İNSANPƏRVƏRLİYİ, DİNƏ ,İMANA İTİRİLMİŞ İNANCLARIMIZ DA YOXA ÇIXIB?! 21 GÜN ÖNCƏ SUDAN MEYİDLƏRİ ŞIXARILMAMIŞ DƏNİZ KƏNARINDA BUR ÇATLASIN BAYRAMINI KEÇİRƏNLƏRİN, ORA TOPLAŞARAQ BAYRAM TƏNTƏNƏSİNDƏ İŞTİRAK EDƏNLƏR MÜSƏLMAN DEYİLMİ?! ƏZİZLƏRİ SU DİBİNDƏ QALAN AİLƏLƏRİN AH-NALƏSİNİ EŞİTMƏMİSİNİZMİ, GÖRMƏMİSİNİZMİ?!!!!!!!!!!!!! AİLƏ BAŞÇISIZ QALAN AİLƏLƏRİN FƏRYADINI GÖZ ÖNÜNƏ GƏTİRƏ DƏ BİLMİRSİNİZ? BU FACİƏLİ HƏYAT YAŞAYAN AİLƏLƏRƏ MİN MANAT YARDIMIN VERİLMƏSİNİ, HEÇ OLMASA BURALARDA YAZIB DÜŞMƏNLƏRİ ÜSTÜMÜZƏ GÜLDÜRMƏYİN ! VALLAH MƏN DƏ XƏCALƏT ÇƏKİRƏM ÖZÜM-ÖZÜMDƏN! GÖRÜN BİR İNSANIN CANI MÜQABİLİNDƏ MİN MANAT DƏFNƏ BELƏ ÇATIŞMAYACAQ MİN MANAT VERİLİR BU AİLƏLƏRƏ!!!!!!!!!!!!!!!!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir