NEMƏT O GÜNLƏRİN ŞƏKSİZ VƏ ŞƏRİKSİZ QƏHRƏMANIYDI !!!

İndi adının üzərində “AZADLIQ” kəlməsi olan bütün nəsnələrimiz həbs edilib, “AZADLIQ” meydanından “AZADLIQ” aşiqinə, “AZADIQ” qəzetindən MİLLİ AZADLIĞIMIZA qədər hər şeyimiz…

Nemət Pənahlı unuduldumu, yoxsa biriləri onu unutdurmaqmı istəyirlər, bilmirəm. Amma artıq təqvimdə noyabr ayıdı və günlər bizi, bir zamanlar dünyanı lərzəyə salmış, kürreyi-ərzin qarşısıında tir-tir əsdiyi imperiyanı dizə gətirən MEYDAN HƏRƏKATInın 30 illik yubileyinə götürməkdədi. O günlərin şəksiz və şəriksiz qəhrəmanıdı Nemət və onu unudanlar haqsızlıq edir, unutdurmağa çalışanlar isə günaha girirlər məncə. Milyonların sevgisini qazanmış bir qəhrəmanın, zamanında bütöv bir milləti azadlıq aşiqi yapa bilmiş bir liderin məhz bu günlərdə həbs olunmasının, məmləkətin halı və milyonlarla azadlıq aşiqlərinin yaşam tərzi ilə adekvat görüntüsü arasında mistik bir əlaqə var bəlkə…

Bəlkə də bu müstəvidə başqa paralellər də aparmaq olar, ancaq bunun bir şeyə yarayacağıını düşünmürəm. Olanlar olmuşların mabədi, olacaqlarıın anansudu məncə. İndiki amacım isə, sadəcə Neməti xatırlamaq və onu kütləşmiş, korlaşmış yaddaşlara qaytarmaqdı. Noyabr ayı onun ayıdı, ona görə… Bir də, dediyim kimi Meydanın yubileyi ərəfəsində olduğumuz üçün. Bir də ona görə ki, indi adının üzərində “AZADLIQ” kəlməsi olan bütün nəsnələrimiz həbs edilib, “AZADLIQ” meydanından “AZADLIQ” aşiqinə, “AZADIQ” qəzetindən MİLLİ AZADLIĞIMIZA qədər hər şeyimiz…

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*