NİYƏ BU MƏMLƏKƏTƏ DAŞ YAĞMIR GÖRƏN ???!!!

Sərdar-010101Sərdar ƏLİBƏYLİ

İlham ƏliyevİLHAM ƏLİYEV, NURAYIN ÜRƏKLƏRİ DAĞLAYAN SƏSİNİ DUYMADINMI ???!!!

DUYMAN GƏRƏKİR AMA, DÜNYA DUYDU ARTIQ, DÖVLƏTİN ADINNAN BU YAPILIRMI ???

İndi bütün ölkə Nuray adlı qızcığazın başına gələnlərdən, daha doğrusu, gətirilənlərdən danışır. Burda deyəcək söz yoxdu, kadrlara baxıb hər şeyi özünüz görəcəksiniz. Bu qədərinə heç SS-də gestaponun zirzəmilərində də rast gəlinə bilməzdi. Bu məmləkətə niyə daş yağıb tarimar eləmir buraları. Bu insanları harda, necə yetişdirə bilillər axı, sözün bitdiyi yerə gəlmişik gerçəkdən… Ən dəhşətlisi isə bilirsinizmi nədi, bu məmləkətdə bütün bu cür biabırçılıqları və haqsızlıqları qanun adına, qanunun arxasında gizlənərək eliyillər. Bə nədi ki, adamların əlində dövlətin adından verilmiş məhkəmə hökmü, ya da qərarı var. Olsun…

Şok olay 10 yaşlı qızı Məhkəmə İcraçıları zor tətbiq edərək atasına verdi .Ürəyi Zəiflər Baxmasın.


https://www.youtube.com/embed/udyuR4JxukI

…Amma bu insanların bircə damla vicdanları, bircə qətrə insafları, bircə qram ağılları da yoxdumu görən? Bax, o anda, o yerdəcə, ya o uşağın, ya da o qadının ürəyi tab gətirməyib dayansa, əsəbləri davam gətirməyib əllərindən bir qəza çıxsa nə olacaq, kim bunun məsuliyyətinə qatlaşacaq. Hələ bundan sonra nələrin ola biləcəyini də kimsə təsəvvür belə edə bilməz.
atalar-ve-qizlari“Mən belimdən gələn uşağımı istiyirəm”- deyə yaxasını yırtan o kişinin də, fələk qarnını yerə qoya, ayrı marağı, ayrı dərdi var və zamanla bunu da hər kəs görəcək və biləcək. Bəlkə də ortada boş və mənasız təkəbür və ya prinsip də ola bilir. Amma heç bir halda məsələnin ata sevgisi və ya valideyn məhəbbəti ilə əlaqəsi yoxdu. Olsaydı, övladını sevən bir ata 10 yaşlarındakı qızcığaza o stressi, o əzabları yaşada bilməzdi, aylarla, illərlə o qadının qapısında yatar, onların, ən əsası da qızının sevgisini qazanmağa çalışardı, amma qız balasının bu yaşında yad kişilərin qaba əllərində o cür çabalamasına könlü razı gəlməzdi.
 
Bilmirəm, daha nə deyə billəm ki, amma bu olanlar tamam başqa bir duruma gəldiyimizdən, məmləkət əhlinin üzərində ciddi düşünməli olduğu vəziyyətdən xəbər verir. Hər halda, hələlik gördüklərimin şokundayam, bəlkə ayrı vaxt nəsə yazdım yenə bu haqda. Allaha asi düşməyi gəlir adamın, çünki bu allahların əlində indi Allahın özü də acizdi sanki.
 
heyd%c9%99r-%c9%99liyev-v%c9%99-ilham-%c9%99liyevBu situasiyada mənə ən çox təsir edən oydu ki, bu barbarlığı, bu vandallığı və bu vəhşiliyi divarda asılmış portretlərdən İlham Əliyev və Heydər Əliyev  şəxsən və çox sakitcə müşahidə eliyirdilər. Anlamadığım tək məsələ isə odu ki, o portretlərin altında yaşananları yaşayanlar da, yaşadanlar da onlara güvənillər, onlardan imdad diləyir, ondlaran haray umullar və hər dəfə də, qoluzorlular zəifləri, pullular pulsuzları, həyasızlar həyəlıları, abırsızlar abırlıları, tərbiyəsizlər tərbiyəliləri yenillər. Bu dəfə də elə oldu. Növbəti dəfə bütün dünya gördü və görəcək ki, İlham Əliyev qiluzorlularln (Güclülərin yox haaa, çünki güclü bir kişi qızının ətrafında belə rəzalətin yaşanmasına, ölərdi amma imkan verməzdi – S.Ə.), pulluların, həyasızların, abırsızların, tərbiyəsizlərin prezidentidi. Əks təqdirdə, o portretlərin asıldığı yerdə bu biabırçılığa kimsə rəvac verə bilməzdi. Həm də kamera qarşısında, Heç olmasa utanardılar, amma onlar da bilillər axı, o, utanmazların yanındadı, öz prezidentlərinə güvənillər, o qədər !!!
 
Bu arada, bir məsələni də deməyi vacib bildim. Bu gün ölkəboyu məhkəmələrin icrası idarələrində minlərlə icrasını illərdən, aylardan bəri gözləyən işlər var, minlərlə insanlar da  hər gün oralara ayaq döyür, min-bir əziyyətlərə qatlaşaraq, pulla aldıqları məhkəmə qərarlarının içrasına ümid eliyillər. Amma, bax burda gördüyünüz və bir qızcığazın bağrını yarmaq bahasına olsa belə, məhkəmə qərarının icrasını zorla həyata keçirən icraçılar, o biri işlər üçün barmaq belə tərpətmirlər. Niyəsini də hər kəs bilir. Mən isə yalnıcda onu bilirəm ki, son 20 ildə, bu xaraba qalmlş məhkəmələrdə, nübar üçün bircə dənə də olsa, haqqa söykənən, ədaləti bərpa edən, Quranı, kitabı əsas götürən, qnunların Hakimtələbinə uyğun gələn nə qərar verilib, nə də ki, hökm çıxarılıb. Buralarda ya haqqı pula satıllar, ya da ədaləti pulla alıllar. Çünki, məhkəmədə məsələni təkcə qnunlar, məcəllələr və kimin haqlı olması həll eləmir, burda həm də hakimin vicdanı ilə prokurorun şərəfi mühüm rol oynuyur. Amma nə o var, nə də o biri və hər ikisini məhkəmədəki tərəf müqabillərinin ciblərinin qalınlığı əvəz eliyir. Bu kadrlarda gördükləriniz də, bunu bir daha bariz şəkildə sübut etməkdədir. Çünki, heç bir hakimin vicdanı, heç bir prokurorun şərəfi bir körpə qızcığazın başına o oyunların gətirilməsinə yol verməzdi, əlbəttə ki, əgər o vicdanla o şərəf onlarda olsaydı.

P.S.

Şok olay 10 yaşlı qızı Məhkəmə İcraçıları zor tətbiq edərək atasına verdi .

Ürəyi Zəiflər Baxmasın

Müraciətdə azyaşlı Nuray qeyd edirdi ki, ona bu günə kimi atalıq etməyən “bioloji atası”ndan imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Qızcığaz açıq şəkildə bu günə kimi nə ona nə də xəstə anasına (anası artıq dünyasını dəyişib) baxmayan “bioloji ata”sını qəbul etmədiyini bildirirdi.

Lakin Azərbaycandakı məhkəmə hakimləri, məhkəmə icraçıları 10 yaşlı Nuray Bayramzadəni “bioloji atası”na, “belindən gəldiyi kişiyə” qaytarmaq üçün hansısa hakimin nəyinsə müqabilində verdiyi qanunsuz qərarın icrasına start verib. Bu zaman isə uşağa zor tətbiq edilib, azyaşlını psixoloji təzyiqə məruz qoyub, uşağın gələcək həyatını sual altına alıblar. Hazırda baş verənlərdən sarsılan 10 yaşlı Nuray Bayramzadə həkim nəzarəti altındadır və sayaqlamalarla müşahidə olunan həyəcanlar keçirir.

Uşağın heç bir rəyi soruşulmadan məhkəmə hakiminin verdiyi qərar qanunlarla tənzimlənmir. 10 yaşlı uşağı bu günə kimi atalıq etməyən, videogörüntülərdən də göründüyü kimi psixoloji və tərbiyəvi durumu yerində olmayan bir “ata”nın himayəsinə zorla vermək nə qədər qanunlarla sığan addımdır. 10 yaşlı uşağın hüquqlarını, gələcəyini nəyinsə müqabilində məhv etmək nə qədər doğrudur?

Məhkəmə icraçılarının da olduğu video görüntülər əsl biabırçılıqdır. Azyaşlı uşağa bu formalı təzyiqlərə görə, heç kim məsuliyyət daşımaq istəmir.

Belə halları, ölkə başçısı İlham Əliyev, uşaqların müdafiəçisi olan birinci xanım Mehriban Əliyeva və Ədliyyə naziri cənab Fikrət Məmmədovun da görməsi vacibdir… Bəlkə bundan sonra 10 yaşlı Nurayı sakit buraxarlar.

Videogörüntülərə aşağıdakı linkdən baxın, orda hər şey aydın görünür

Şok olay 10 yaşlı qızı Məhkəmə İcraçıları zor tətbiq edərək atasına verdi .Ürəyi Zəiflər Baxmasın.

https://www.youtube.com/embed/udyuR4JxukI

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bu mövzuda ilk şərh:

  • 07/01/2017 at 14:15
    Permalink

    Dəhşət təkcə bu fidan balanın məhkəmə tərəfindən başına gətirilən müsübət deyil! Məhkəmə sisteminin bərbad halda uzun illər davam edən xalqına qarşı yönəldilmiş ədalətsizliklərdir! Müqayisə üçün nəzərinizə çatdırmaq istərdim. Mənim zəbt olunmuş mənzilimə köçürülməm üçün Sabunçu rayon məhkəməsi 2 dəfə qərar qəbul edib. 2015-ci ilin avqust ayında və eyni ilə 22 sentyabr 2016-cı il tarixdə. 2016-cı il, aprel ayında məhkəmənin qərarı icra məmurlarının qeyri-qanuni,kobud qanun pozuntusu ilə icra olunduğu üçün təkrar məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Növbəti köçürülməm barədə qərar Sabunçu rayon məhkəməsinin hakimi Anar Rzayev tərəfindən 22 sentyabrda qərar qəbul edildi. Bu günə kimi mənə nə məhkəmənin qərarının surəti göndərilib, nə də icra vərəqəsi. Halbuku qərar qəbul olunan kimi Sabunçu rayon iara məmurlarının şöbə müdirinin qəbulunda mənə qərar onlara gələn kimi məni çağıracaqlarını bildirmişdi. Bu günə kimi mən 75 yaşında, ağbirçək vaxtımda qərarımın icrası üçün Sabunçu rayon məhkəməsində süründürülürəm. Bu barədə həm yazılı, həm də “qaynar xətt ” ilə Ədliyyə Nazirinə dəfələrlə müraciət etmişəm. Bunu mən müqayisə üçün nəzərinizə çatdırıram. Xalqının , millətinin bu hala düşməsinin səbəbindən biri də bu sistemin payına düşmürmü?! Baxın, məhkəmənin kobud qanun pozuntusu ilə qəbul etdiyi qərar, icra məmurlarının “it ilxısı” kimi bir balanın müqəddaratının həllini nə günə salıb?! Allahım, bu zülümlərin sonu olacaqmı?! Balaca Nurayın faciəsini izləyən , elə bir insan tapılmaz ki, göz yaşını saxlaya bilsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir