“O, AZƏRBAYCANDA İNAMSIZLIQ FƏLAKƏTİ YARATDI”!!!

MİLLƏTLƏŞMƏYƏ İNAMSIZLIQ…

VƏTƏNLƏŞMƏYƏ İNAMSIZLIQ,

DÖVLƏTLƏŞMƏYƏ İNAMSZLIQ, 

ÖZGÜRLÜYƏ İNAMSIZLIQ… !!! 

 

Fb-NİN GÜNDƏMİNDƏN

Azərbaycan toplumunu H.Əliyev, illərlə, elə duruma gətirdi, toplum ona qarşı deyil, özünə qarşı inamsızlaşdı. Çünkü toplum illərlə içində yetirib inanmaq, güvənmək istədiyi aydınları – yazarları, bilim, sənət adamlarını H.Əliyevin çevrəsində yalmanan, yaltaqlanan, milli heysiyatını itirən gördü. Toplumun umudunu puç eləyən bu dönüklər daim xalqın mənəviyat dünyasını qaranlığa çevirirlər. İnsanlar bu durumun dəyişəcəyinə, dəyişdiriləcəyinə inanmırlar. Bir sözlə, H.Əliyev Azərbaycanda inamsızlıq fəlakəti yaratdı – Millətləşməyə inamsızlıq, Vətənləşməyə inamsızlıq, dövlətləşməyə inamsızlıq – Özgürlüyə inamsızlıq. 

Ancaq bu inamsızlığa inanmaq olmaz! Bilmək gərəkdir: Azərbaycan böyük şəxsiyyətlər yetirmək örnəyi olan bir Olaydır. Buna inana bilsək, H.Əliyevin yaratdığı inamsızlığı yenib Millətləşmə sürəcinə başlaya bilərik.

 

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*