ÖLKƏ BOYUNCA “BÜROKRATİK SÜRÜNDÜRMƏÇİLİK DAVAM EDİR” !!!

MƏHKƏMƏ “AZƏRİQAZ”A QARŞI İDDİANIN BAXIŞINI NİYƏ YUBADIR ???!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Ağstafa rayonunun sərhəd – ermənilərə qan udduran Köhnəqışlaq kəndində yaşayan, 86 yaşlı atam, Məmmədov Məhəmmədəli Qədir oğluna, “Azəriqaz” tərəfindən sayğaca “müdaxilə” adıyla 963 manat 87 qəpik cərimə aktı təqdim olunub. Atam cərimə aktı ilə razılaşmayaraq, qeyri-qanuni, hal şahidlərinin imzası olmayan cərimə aktının ləğvinə dair 4 ay əvvəl, Ağstafa Rayon Məhkəməsinə Azəriqaza qarşı iddia ərizəsilə müraciət edib. İş hakim Ilqar Əliyevin icraatındadır. Dünən 6-cı proses müxtəlif bəhanələrlə təxirə salınıb. Sonuncu bəhanə: işə ekspertizanın yenidən baxması “məsləhət”bilinib. Hakim cürət edib, vətəndaşın Azəriqaza qarşı haqlı iddiasını təmin edə bilmir. Nəticədə, 86 yaşlı insan bürokratik əngəllərlə süründürməçiliyə məruz qalıb. Atamın dediyinə görə, o Məhkəmə Hüquq Şurasına müraciət edəcək. Davam edir, bürokratik süründürməçilik…

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*