ÖLKƏDƏ MEDİANIN NİCATI AZAD VƏ PEŞƏKAR KİV-LƏRİN İNKİŞAFI İLƏ BAĞLIDIR”!!!

“APA VƏ KİV-LƏ BAĞLI BAŞQA PROSESLƏR YANLIŞ MEDİA SİYASƏTİNİN NƏTİCƏSİDİR “!!!

Qulu MƏHƏRRƏMLİ:

“İstənilən media qurumunun bağlanması və ya ona hər hansı səbəbdən təzyiq göstərilməsi yolverilməzdir.”

Bu sözləri Peyktv.az-a açıqlamasında tanınmış professor Qulu Məhərrəmli APA holdinqlə bağlı məsələyə münasibət bildirərkən deyib:

“Bu mənada ölkənin ən iri media qurumlarından olan APA holdinqlə baş verənlər məndə ciddi təəssüf hissi doğurur. APA-nın bloklanması və onun bağlanması istiqamətində gedən proseslər çox ağrılıdır. Üstəgəl nəzərə alsaq ki, bu media holdinqinin strukturlarında çoxlu sayda istedadlı qələm adamları fəaliyyət göstərir, o zaman baş verənlərin necə ağrılı proses olduğunu anlamaq mümkündür. Məsələn, mən bu ölkəni ictimaiyyətin “ədəbi nəfəslik” kimi qəbul etdiyi kulis.az saytı olmadan təsəvvür edə bilimirəm. Fikrimcə, APA və media ilə bağlı gedən başqa proseslər, həm də ölkədə yanlış media siyasətinin aparılması ilə bağlıdır. Çünki azad, peşəkar və plüralist mətbuatın sıradan çıxarılması, dövlət vəsaitinin birrəngli və itaətkar media qurumlarına xərclənməsi həmişə cəmiyyətin düzgün məlumatlandırılmasında problemlər yaradır. APA-nı hökumət yaratmışdı və belə hesab edirdilər ki, bu qurumu yaratmaqla, “Turan” informasiya agentliyini çökdürəcəklər. Həqiqətən də, bəlli bir dövrdə bu istiqamətdə Vüsalə xanımın bacarıqları sayəsində APA-nın müəyyən uğurları oldu. Lakin hökumətə açıq bağlılığı və maliyyə mənbələrinin şübhəli olması cəmiyyətdə bu quruma etimad qazandırmadı. Ona görə də nüfuzlu xarici KİV-lər ölkə ilə bağlı ciddi hadisələrdə APA-ya deyil, müstəqil media qurumlarına istinad edirdilər. Bax, bütün bunlara görə mən hesab edirəm ki, ölkə mediasının nicatı azad və peşəkar KİV-lərin inkişafı ilə bağlıdır. Bu istiqamətdə addımların atılması, həm də ölkəmizin informasiya təhlükəsizliyini qorumaq üçün vacibdir”.

02-08-2018 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*