ONDA ELƏYDİ, İNDİ BELƏ !!!

2010-cu il:

“Hesab edirəm ki, İqbal bəy bundan sonra da Azarbaycan siyasətində özünəməxsus xüsusi yeri olan bir siyasətçi kimi uzun müddət fəaliyyət göstərəcək və həmişə öndə olacaq.” !!!

(Müsavat Partiyası başqanının müavini)

2018-ci il:

“Mən bu qeyri-ciddi adamla debatda olmaq, eyni efiri paylaşmaq istəmirəm” !!! 

(Müsavat Partiyası başqanı)

———————————————————————————-

Zəruri qeyd:

Bu günlərdə, 2003-cü il 15-16 oktyabr hadisələri barəsində, “Ümid” partiyasının sədri İqbal Ağazadə ilə teledebatdan “Mən bu qeyri-ciddi adamla debatda olmaq, eyni efiri paylaşmaq istəmirəm” iddiası ilə efiri tərk edən Müsavat başqanı Arif Hacılının, 2005-ci il parlament seçkiləri öncəsində, İqbal Ağazədənin təbliğatı yönündə, o dövrün “Gün-Səhər” qəzetinin xüsusi nömrəsində dərc olunmuş yazısı saytımzın poçtuna daxil olub. Sözügedən yazını olduğu kimi dərc etməyə qərar verdik. Kimin haqlı, kimin haqsız olduğuna, hər zamankı kimi oxucular qiymət verməlidir və verəcək. Görünəni isə odur ki, 2016-cı ilin oktabrının pərdəarxas və gizlinləri ilə bağlı sensasion açıqlamalar ərəfəsindəyik. Allahdan xeyirlisi…   

Sərdar ƏLİBƏYLİ 

————————————————————————————

“O, HƏMİŞƏ ÖNDƏ OLACAQ…”

İqbal bəy son dövrlərdə üzə çıxmış və çox böyük sürətlə nüfuz qazanmış siyasi liderlərdəndir. Azərbaycanda mövcud siyasi şərait elədir ki, bu gün siyasi düşərgədə daha çox xalq hərəkatı dövründən üzə çıxmış siyasi liderlər adətən bütövlükdə siyasətin simasını müəyyənləşdirir. Yeni siyasətçilərin önə çıxıb siyasət Olimpinə qalxması xeyli problemlərlə üzləşir. Amma İqbal bəy bu baryerləri aşmağa nail olan ilk siyasətçidir. Çox qısa müddətdə Azərbaycanın əksər bölgələrində strukturlara malik olan Ümid Partiyasını yaratması hesab edirəm, İqbal bəyin bir siyasətçi kimi ən böyük uğurlarından biridir. Eyni zamanda o, millət vəkili kimi parlamentdə tutduğu birmənalı mövqeyi, xüsusilə 2003-cü il prezident seçkiləri ərəfəsində və ondan sonra nümayiş etdirdiyi fədakarlığıyla Azərbaycan siyasətçilərinin ən ön sıralarında şərəfli və layiqli bir yer tutmağa nail olub.

İqbal bəylə bizim yaxın münasibətlərimiz əsasən həbsxanada yaranıb. Bu dövrdə mən onu çox səmimi insan, ailəsinə qayğı, öz işinə masuliyyətlə yanaşan bir adam kimi gördüm. İqbal bəy öz dözümlüyü və siyasi məsələlərdə dönməzliyi ilə bir siyasətçi imici qazanmağa nail oldu. Məhkəmə prosesinin gedişində o, bu çətin mərhələni digər silahdaşları ilə birlikdə məharətlə adlaya bildi. Hesab edirəm ki, İqbal bəy bundan sonra da Azarbaycan siyasətində özünəməxsus xüsusi yeri olan bir siyasətçi kimi uzun müddət fəaliyyət göstərəcək və həmişə öndə olacaq.

Arif Hacılı

Müsavat Partiyası başqanının müavini

 

2 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*