“ONUN ÖLKƏYƏ QAYITMASINDAN NARAHATDIRLAR”!!!

TAMERLAN QARAYEVİN SÖZÜ İLƏ VERTALYOT VURMAQ MÜMKÜN İDİSƏ… !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Tamerlan Qarayev ləyaqətli adamdır. Onunla mübarizə apanlar haqda bunu demək çətindir…
Tamerlan 25 ilə yaxındır ki, Cənub Şərqi Asiyadadır. Və hər dəfə onun səfirlik müddəti bitməsi ərəfəsində ona qarşı “vertolyot qəzası” təbliğatı başlayır. Onun ölkəyə qayıtmasından çox narahatdırlar. İllər öncə, Cindəki səfirlik müddəti bitdikdən sonra o bir müddət ölkədə qaldı və “Qarabağ evi” adlı təşkilat yaratdı və dərhal da yenidən səfir göndərildi. Məsələ bu qədər bəsit… 

“Vertolyot qəzası” ilə bağlı əvvəlcə bütün rəhmətə gedənlərin ailələrinə başsağlığı verirəm, allah rəhmət eləsin. Amma bu məsələdən də kimisə şərləmək üçün istifadə edilməsi ən azı rəhmətliklərə qarşı hörmətsizlikdir. İkincisi onu qeyd eləyim ki, vertolyotu bizim vurmağımızla bağlı uydurulan yalan birbaşa ermənilərə xidmətdir, ermənilikdir. Üçüncüsü ermənilərin nəzarət etdiyi ərazidə Tamerlan bəyin sözü ilə vertolyot vurmaq mümkün idisə, onda prezidentin sözü ilə Yerevanı 3-5 dəqiqəyə işğal edərdik ki? Bəs onda necə oldu ki, Qarabağ erməni işğalındadır. Dördüncüsü başqa bir əsas olmadan rəhmətə getmiş adamın dilindən kimisə şərləmək şərəfsiz bir işdir. Beşincisi bu məsələ zamanla qaldırılıb, əsassız, aşkar sifaişli bir məsələ olduğundan heç vaxt ciddi əhəmiyyət verilməyib, indi yenidən bu məsələni gündəmə gətirənlərin kimliyinə fikir versəniz hər şey aydın olar. Altıncısı Mütəllibovu müdafiə edən, H.Əliyevi xilaskar sayan, Ə.Əliyevin dostu olan, İ.Əliyevi dəstəkləyən, M.Əliyevanın təbliğatını aparan buqələmunların, onların təbliğatını aparanların şahidliyinə inanmaq olarmı? Və ….

T. Qarayev ləyaqətli adamdır …

1992-ci ildə T, Qarayev Ali Sovetin sədr müavini, AXC Ali Məclisinin sədri idi, hər iki düşərgədə qəbul olunurdu, çox böyük nüfuzu var idi … və AXC məclisində “bəlli bir qrupun”, “biz sənə inanmırıq” kim heç bir əsası olmayan hücumları başladı. Mən o vaxt orda idim. Amma oyun olduğunu bilmirdim, inanmadım, dinmədim, sonralar hər şeyi bildim və o susqunluğuma görə, Azərbaycanda proseslərin normal, sivil qaydada gedə biməsinə dəstək vermədiyiimə görə indi də peşmnam, özümü günahkar sayıram. Tamerlanı təklədilər və o xeyli zala nəzər saldı, və “siz bunları nəyin əsasında deyirsiniz ?” sual etdi. AXC-nin bütün rəhbərliyi zalda idi, onların hamısı başını aşağı salıb susurdu. Tamerlan bəy istefa verdiyini bildirdi…

1993-cü ilin iyun ayı idi, H.Əliyevi dəvət edənlər ortada yox idi. Milli Məclisdə Prezident səlahiyyətlərinin H. Əliyevə verilməsi, məşhur “dondurma bəyanatı” müzakirə edilirdi,
Iclası Milli Məclisin sədrinin birinci müavin Tamerlan bəy aparmalı idi, amma o bu oyunda iştirak etmədi, iclas zalını tərk etdi, nə H.Əliyevin nüfuzundan, nə də Surətin Məclisdə olan narkomanlarından çəkindi…
Gözünüzün qarşısında ləyaqətli bir adama ləyaqətli olduğuna, sınmadığına görə gien sürüsü hücum edir və hamınız susursunuz.
Ey Hacıbaba Əzimov milli məsələlərlə məşğul olmaq lazımdır, …

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*