PƏNAH HÜSEYNİN NƏZƏRİ MÜLAHİZƏLƏRİ VƏ CAVABSIZ QALAN SUALLAR !!!

SABİQ BAŞ NAZİR SUALLARDAN NİYƏ VƏ NECƏ YAYINDI???!!!

Sərdar ƏLİBƏYLİ

Dünən  “AzeriFreedom” kanalının efirində, Qurban Məmmədovun moderatorluğu ilə, sabiq baş nazir Pənah Hüseynlə canlı debatımz oldu. Dəfələrlə cəhdlər göstərsəm də, Pənah bəyi, özünün seçdiyi və bu üsulla da, efirdəki bütün tərəf müqabilləri qarşısında üstünlük saxlaya bildiyi debat taktikasından çəkindirə bilmədim. Məsələ burasındadr ki, digər debat iştirakçlarından fərqli olaraq, mən sözügedən debatların mövzusu olan “4 iyun hadisələri”nin illərdən bəri adları, müsbət və ya mənfi mənada, hallandırılan personajlarndan biri deyiləm və bu baxımdan da, aylardır ki, davam edən debatlardan doğan, eləcə də özümü maraqlandıran bəzi sualları sabiq baş nazirə verərək, onlara konkret cavablar vetilməsini istəsəm də, Pənah bəy adətinə xilaf çıxmaq istəmədi və Qurban bəyin moderator kimi üzərində təkid elədiyi, bütün hallarda, Pənah bəyin   xeyrinə işlədi. Nəticə etibarilə, sabiq baş nazir, demək olar ki, bütün suallardan yayınmaq və bəzən nəzəri mülahizələrlə, bəzən də ehtimallar, araşdırmaya ehtiyacı olan qeyri-dəqiq məlumatları efirdən fakt kimi təqdim etməklə, vəziyyətdən çıxmağa çalışdı və etiraf etməliyəm ki, xeyli ölçülərdə buna nail də ola bildi. Modetatorun qoyduğu, əslində isə, debatların artıq formalaşmış  şərtlərinin mahiyyətini də, ümumiyyətlə söhbətin nədən getdiyini də, debata baxanda hər kəs özü görəcək. O səbəbdən də, bu haqda əlavə nəsə yazıb vaxt almaq, yorucu görünmək istəmirəm.  Yalnızca onu deyim ki, əvvəldən də dediyim kimi, Pənah Hüseyn, nəinki efirdən səsləndirilən suallara konkret cavablardan yayındı, hətta əvvəlki efirlərdə oluğundan daha artıq formada, nəzəri məsələlərdən danışdı, habelə,  növbəti dəfə özünün də, təmsil olunduğu hakimiyyətin də 4 iyundan əvvəlki və sonrakı, qanunən etməli olsalar da, etmədikləri hərəkətsizliklərə, eləcə də, aşkar qanunsuzluq kimi dəyərləndirilən hərəkətlərinə bəraət qazandıran çıxışlarına davam etdi. Bir sözlə, mən belə hesab edirəm ki, mənim debata qatılmaqla güddüyüm məqsəd özünü doğrultmadı və bütün suallar faktiki olaraq cavabsız qaldı…

Heç şübhəsiz, bu, mənim gəldiyim qənaətlərdi və dünənki debatla bağlı subyektiv fikirlərimdi, ki, mənim qənaətlərimi paylaşb-paylaşmamaq da hər kəsin öz biləcəyi işdir.  Bu mənada, buyurub debatın tamamının videoyazısına baxın və hər kəs də özü üçün qənaət formalaşdıırsın:

Pənah HÜSEYN / Sərdar ƏLİBƏYLİ: debatlardan doğan suallar…

6 028 просмотров

———————————————————————————————-

P.S.

Bu arada, hələ iki il öncədən sabiq baş nazir Pənah Hüseynin mətbuatda yayınlanmış və əsasən də 4 iyuna aparan  yollardan bəhs edən və ondan sonrakı dönəmə həsr edilmiş   

“CİNAYƏTİMİZ MƏĞLUBİYYƏTİMİZDİR”

sərlövhəli yazsından kiçik bir hissəni dərc edərək, Pənah bəyə bəzi suallar ünvanlamşdım. Bu günə qədər də həmin suallar cavabsız qalır və bu səbəbdən də həmin məqaləni yenidən cəmiyyətin diqqətinə və ictimai rəyin müzakirəsinə, təqdim etməyi vacib hesab elədim. Əgər istəsə, Pənah Hüseyn, gec də olsa, burdakı sualları cavablandıra da bilər və əgər bu baş verərsə, onun cavablarını da, elə burdaca, dərc etmək öhdəliyini də üzərimə götürürəm .   

SABİQ BAŞ NAZİRƏ BİR NEÇƏ RİTORİK SUAL

Sərdar ƏLİBƏYLİ

PƏNAH HÜSEYNİN GÜCÜ ÇATMAYAN ETİRAFLARI

Bu il, 1993-ün 4 iyun hadisələri haqqında əvvəlki illərdən çox danışıldı, həm də lap çox. Hətta, hələ də bu danışmalar bitmiyib. Əslində, elə bəndənizin bu yazısını da o qəbildən olan bir yazı kimi qəbul edənlər olacaq. Olacaqsa olsun, amma bu bir yazı da deyil, AXC-Müsavat hakimiyyətinin bir neçə aylıq baş naziri olmuş Pənah Hüseynin məşhur “CİNAYƏTİMİZ MƏĞLUBİYYƏTİMİZDİR” məqaləsindən sitat kimi götürdüyüm  bir bölüm və bu bölümdən doğan bir neçə ritorik sualdan ibarət subyektiv düşüncələrimdi.

Baxın, adına birilərinin usanmadan “MİLLİ” dedikləri hakimiyyətin baş naziri nə deyir, daha doğrusu, nə yazır:

Elçibəy - pənah hüseyn“Yeri gəlmişkən, S.Hüseynovun güya məhz bizim dövrümüzdə təbliğ olunub qüvvəyə çevrilməsi, yüksək vəzifələr tutması barədəki ittihamlara toxunmaq istəyirəm. Bu ittihamları tam şəkildə inkar etmək mümkün deyil, bu iradlarda müəyyən həqiqətlər var. Məsələn, S.Hüseynova Milli Qəhrəman adı verilməsinə necə haqq qazandırmaq olar? Mən əvvəllər bu barədə yazmışam. Onu əlavə etmək istəyirəm ki, aparat həmin təqdimatı rədd etdikdən sonra (bu barədə R.Qazıyevə mən o vaxt hazırlanan və geniş təbliğ olunan hərbi paraddan bir gün əvvəl qəti cavab vermişdim) R.Qazıyev Prezidentin yanına getmiş və paradı pozacağı ilə onu şantaj edərək fərmanı imzalatmışdı. S.Hüseynovun Qarabağ və ətraf rayonlarda Prezindentin səlahiyyətli nümayəndəsi və Baş nazirin müavini  təyin olunması məsələsinə gəldikdə isə burda bizim güddüyümüz əsas məqsəd R.Qazıyevi Müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaq üçün profilaktik tədbir olub. Ümumiyyətlə, Rəhim Qazıyev iyunun (1992) əvvəlində vəzifədən çıxarılmalı idi. Lakin Ağdərə ətrafında bizim qoşunların uğurlu əməliyyatları Prezidenti bu addımdan çəkindirdi: Ağdərə əməliyyatının müəmmalı yarımçıq Rəhim Qaziyev-Elçibəydayandırılması yenidən bu məsələni gündəliyə çıxardı. Ancaq  nəzərə almaq lazımdır ki, həmin əməliyyatdan sonra R.Qazıyevin cəmiyyətdə nüfuzu xeyli artmışdı. İyunun sonu, avqust aylarında kəşfiyyat və hərbi əkskəşfiyyat məlumatlarında R.Qazıyevin ruslar tərəfindən hərbi çevrilişə təhrik edildiyi barədə müntəzəm məlumatlar daxil olurdu. Ağdərə ətrafında uğursuzluqlardan sonra Prezident yenidən onun istefasına meylləndi. Lakin aydınlaşdırıldı ki, R.Qazıyev bu təqdirdə S.Hüseynovun şəxsən ona tabe olan qüvvələrindən istifadə edə bilər. Ümumiyyətlə, artıq həmin dövrdə S.Hüseynovun bölgədəki real gücü haqqında məlumatlar toplanmağa başlamışdı. S.Hüseynovun Prezidentin yanına çağırılaraq ona həmin vəzifə təklif olunan günün səhəri R.Qazıyevin istefa fərmanı verilməli idi. Hətta həmin hadisədən sonra S.Hüseynovun Müdafiə naziri təyin olunması barədəki şayiələrin məqsədi R.Qazıyevlə onun bağlılığını laxlatmaq və istefa fərmanını (R.Qazıyevin) imzalatdırmaq ümidi ilə bağlı idi və deyim ki, bu iş nəticəsiz deyildi. Nədənsə Prezident son anda tərəddüd etdi. R.Qazıyevin rus hərbi rəhbərliyi ilə əlaqələrindən istifadə olunması xatirinə Prezidentin ona dözəcəyi məlum olduqdan sonra üstəlik Surət probleminin həlli ilə Surət Huseynovməşğul olmağa başlamağa məcbur olduq.”

Baxdınızmı? Oysa mən bu yazılanlara, daha doğrusu, Pənah bəyin bu dediklərinə şərti olaraq

“BAŞ NAZİRİN GÜCÜ ÇATMAYAN ETİRAFLARI”

adını qoydum. Niyə belə düşünməmin səbəbləri haqda heç nə deməyəcəm, çünki indi deyəcəklərim, zatən, kəndimə məxsus olan subyektiv düşüncələrin məhsuludu və bu düşüncələrlə razılaşıb-razılaşmamaq hər kəsin şəxsi işidi. Deyəcəklərim isə,  əslində

“PƏNAH HÜSEYNƏ BİR NEÇƏ RİTORİK SUAL”

olacaq, o qədər. Amma bu suallara kimsənin, o cümlədən də Pənah bəyin ozünün cavab verib-verməmək mükəlləfliyi də yoxdu. Amma düşünməyi hələ yadırğamamış insanlardan, bu sualların üzərində və ətrafinda düşünməyi rica etmək zorundayam. Əks təqdirdə bu yazıni nə yazmağa, nə də oxumağa  vaxt səf etməyə dəyir.

Beləkiklə, vaxtınızı çox almadan, öz suallarımı da verim, bitsin bu iş:

1-ci sual:

Pənah bəy, yenicə qurulmuş dövlətin, hələ quruımamışdan ədalətsiz və qeyri-bərabər müharibəyə cəlb olunmuş bir ölkənin başında duranların, dövlətin müdafiə naziri kimi strateji postunu tutan bir şəxsin arxasından bu cür intriqalar həyata keçirmək cəhdi hansı zərurətdən doğurdu və naziri fərman verib işdən çıxarmaq gücünüz və iradəniz yox idisə, niyə özünüz istefa verib getmirdiniz?!!

2-ci sual:

Qurub sonradan idarə edə bilmədiyiniz bu intriqanın (Allah bilir, bu, “MLLİ” hakimiyyətdə təmsil olunan kişilərin qurduqları tək intriqa idimi və kim bilir  o bir ildə daha neçə bu cür intriqalara rəvac verilib? – S.Ə.) müəllifləri (suç ortağı da demək olar – S.Ə.) kimlər idi?!!

3-cü sual

Sarayda oynanılan və ehtirasların kəlləçarxa çıxdığı bu oyunlardan, belə namərdcəsinə toxunan intriqa torlarından prezidentin (Əbülfəz Elçibəyin) xəbəri var idimi ?!!

4-cü sual

Surət Hüseynovun məhz Rəhim Qazıyevə qarşı oynadılacaq fiqur kimi belə yüksək postlara gətirilərək, böyük səlahiyyətlərə sahib edilməsi prezidentlə (Əbülfəz Elçibəylə) razılaşdırılmışdımı?!!

5-ci sual:

Surət Hüseynova o boyda vəzifələri verən sizlər, onun Milli Qəhrəman adını almasına niyə qarşı çıxırdınız və bu, Surətin özünə də müvəqqəti füqur kimi baxmanız anlamına gəlirmi?!! Yəni, məqsədiniz, əvvəl Surətin əli ilə Rəhimi neytrallaşdırmaq, sonra da növbəti intriqalarda onun özünü qurbanlıq etmək idimi?!!

6-cı sual:

“Rəhim Qazıyev prezidenti (Əbülfəz Elçibəyi) şantaj edərək sənədə qol çəkdirdi” sözlərinin nə demək olduğunun fərqibdəsinizmi və Əbulfəz bəy doğrudanmı şantaja boyun əyəcək bir insan, bir prezident və nəhayət, bir kişiydi?!! (Allah xatirinə, bircə onu deməyin ki, Bəy bunu da humanistlik xatirinə eləmişdi – S.Ə.)

7-ci sual:

Bilmirəm, bütün bu dedilkərinizin hansı anlama gəldiyini və “MİLLİ” hakimiyyəti də, prezident Əbülfəz Elçibəyi də, cəmisi  ay yarım başçılıq etdiyiniz hökuməti də kənardan nə qədər rəzil, əfəl və maymaq göstərdiyini anlıyırsınızmı?!! Amma o “MİLLİ”hakimiyyətin də, hökumətin də canı cəhənnəm, fəqət, Əbülfəz Elçibəyin, bütün doğruları və yanlışları ilə, Azərbaycan tarixində oynadığı rola rəğmən, onu belə rəzalət girdabına batırmaqda  məqsədiniz nədir?!!

Əslində bu balaca mətndən doğan sualların sayı, ən azı ordakı cümlələrin iki misli qədər də ola bilərdi. Amma hələlik deyəcəklərim bu qədərdi. Son olaraq isə, yenə də ritorik olaraq bir atalar sözünü xatırlatmaq zərurəti hiss etdim :

“BAŞQASINA QUYU QAZANDA, GEN QAZIN Kİ, BİRDƏN ÖZÜNÜZ O QUYUYA DÜŞƏ BİLƏRSİNİZ”.

Pənah bəy və onun “MİLLİ” hakimiyətdəki intriqadaşları (suç ortaqları – S.Ə.) yəqin ki, bunu anlıyıblar, ama onlar bunu anlayanda artıq gec idi, həm də çox gec. Və özlərinin  qazdıqları dar quyuda hərəkət etmək, manevr eləmək, yeni intriqa torları qurmaq imkanı yox idi. Elə Pənah Heseynin sözü gedən məşhur məqaləsinə verdiyi

“CİNAYƏTİMİZ MƏĞLUBİYYƏTİMİZDİR”

başlığı da bunun gecikmiş etirafı idi. Bilmirəm, kiminsə diqqətini çəkdimi, amma o məqalənin sizlərə təqdim etdiyim bölümündə də, acı bir etiraf var. Pnah bəy ürək ağrısı ilə görün nə deyir:

“… Prezidentin ona dözəcəyi məlum olduqdan sonra üstəlik Surət probleminin həlli ilə məşğul olmağa başlamağa məcbur olduq.”

1 şərh

  1. Azərbaycanın başına onda daş düşdükü bunlar hakimiyyətə gəldilər və başladılar intiriqa aparmağa.Rəhim Qazıyevin mövqeyi əvvəldən bəlli olduğu halda onu orda niyə saxlayırdılar? belə görünürkü özləri Rəhim bəyin yanında GÖZÜKÖLGƏLİ idilər.Onu ört basır eləmək üçün orda saxlayırdılar. Surətdə bəydə Rəhim bəydə o dövürkülərdən də bu dövürkülərdən də təmiz insanlardır mənim şəxsi fikirimdir.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*